Məhkəmə qərarları › İş №8(108)-9/2025

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №8(108)-9/2025

25.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(108)-9/2025 25.04.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Kuimova Vera Gennadiyevna və Əliyev Zamiq Xudaverdi oğlundan ibarət tərkibdə, Babək Rayon Məhkəməsinin 8(079)-11/2025 nömrəli, 17 fevral 2025-ci il tarixli qərardadında yol verilmiş yalnışlığın düzəldilməsinə dair Babək Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 8(079)11/2025 nömrəli qərardadından Borclu nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə baxaraq m ü ə y y ə n e t d i: Tələbkar 03 fevral 2025-ci il tarixdə Babək Rayon Məhkəməsinin 2(079)-90/2017 nömrəli, 07 mart 2017-ci il tarixli qətnaməsi ilə ödənilməli olan sabit pul məbləğinin indeksasiyası barədə ərizə ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Babək Rayon Məhkəməsinin 07 mart 2017-ci il tarixli, 2(079)-90/2017 nömrəli qətnaməsi ilə Borclu hər ay hər bir uşaq üçün 75 manat olmaqla yetkinlik yaşına çatmamış 12 aprel 2009-cu il təvəllüdlü X7 və 08 iyul 2010-cu il təvəllüdlü X1 üçün qət edilmiş sabit məbləğdə cəmi 150 manat alimentin icra icraatı qaydasında 2025-ci il üzrə yaşayış minimumuna indeksasiya olunmasını məhkəmədən xahiş etmişdir. Babək Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli qərardadı ilə Tələbkar aliment miqdarının indeksasiyası barədə ərizəsi təmin edilmiş, Babək Rayon Məhkəməsinin 2(079)173/2018 nömrəli, 03 may 2018-ci il tarixli qətnaməsi ilə 12 aprel 2009-cü il təvəllüdlü X3 və 08 iyul 2010-cu il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Borclu hər ay iki uşağa görə Tələbk ar xeyrinə tutulması qət edilən alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,76 misli həddində indeksasiya edilməsi qərara alınmışdır. Babək Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli qərardadı ilə məhkəmənin 17 fevral 2025-ci il tarixli, 8(079)-11/2025 nömrəli qərardadında yol verilmiş yanlışlıq düzəldilmiş və 12 aprel 2009-cü il təvəllüdlü X7 və 08 iyul 2010-cu il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Borclu hər ay hər uşağa görə Tələbkar xeyrinə tutulması qət edilən alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,76 misli həddində indeksasiya edilməsi qərara alınmışdır. Borclu nümayəndəsi Nümayəndə 01 aprel 2025-ci il tarixdə məhkəməyə şikayətlə müraciət edərək Babək Rayon Məhkəməsinin 8(079)-11/2025 saylı, 18 mart 2025-ci il tarixli qərardadının ləğv edilməsi barədə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, Babək Rayon Məhkəməsinin 01 aprel 2025-ci il tarixli, 8(079)-11/2025 nömrəli qərardadı ilə şikayət əsaslı hesab edilməyərək, mülki işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına göndərilməsi qərara alınmışdır. Borclu nümayəndəsi Nümayəndə şikayətində qeyd etmişdir ki, borclu "xxxx" MMC-də sürücü vəzifəsində işləyir və 400 manat əmək haqqı alır. Təyin olunan aliment aldığı əmək haqqının 304 (üç yüz dörd) manatını təşkil edir. Onun başqa gəlir yeri yoxdur. Belə olduğu halda ona əmək haqqından 96 manat pul miqdarında pul qalır. Bundan əlavə, tələbkarla nikahl arı pozulduqdan sonra yenidən ailə həyatı qurmuşdur. Həmin nikahdan 2 (iki) övladı, 16 oktyabr 2017-ci il təvəllüdlü X8 və 30 noyabr 2020-ciil təvəllüdlü X9 dünyaya gəlmişdir. 96 manat bugünkü gündə nəinki iki övladını saxlamağa, heç öz ehtiyaclarını qarşılamağa belə kifayət etmir. Məhkəmə işin hallarını araşdırmadan, onun ziyanına qərardad qəbul etmişdir. Bu səbəbdən o, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,76 misli əvəzinə 0,33 misli həddində aliment müəyyən olunmasını istəyir. Hesab edir ki, Naxçıvan MR Babək Rayon Məhkəməsinin18 mart 2025-ci il tarixli, 8(079)11/2025 nömrəli qərardadı ilə iki uşağın saxlanılması üçün tələbkarın xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,76 misli həddində sa bit pul məbləğində aliment qət edilmişdir ki, belə olduğu təqdirdə məhkəmənin işin hallarını araşdırmaq vəzifəsi olduğu halda işin mahiyyətini tam olaraq araşdırmamış, alimentin təyin olunmasında cavabdehin maddi və ailə vəziyyəti nəzərə almadan işin hallarını tam sübuta yetirməmişdir. Nəticə etibarı ilə hesab edir və inanır ki, apellyasiya qaydasında işə baxılarkən məhkəmə heyəti şikayətin dəlillərini hərtərəfli, tam və obyektiv surətdə araşdırıb qanuni və əsaslı qərar qəbul edəcəkdir. Apellyator sonda Naxçıvan MR Babək Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 8(079)-11/2025 nömrəli qərardadının tamamilə ləğv edilib, iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmiş, şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hiss əsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə istinad etmişdir. Mülki iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün m üddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Bu Məcəllənin 139.4-cü maddəsi rəhbər tutulmaqla Tələbkar verilmiş şikayətlə bağlı izahat və etirazlarını Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsi təklif edilsə də, tələbkar tərəfindən kollegiyaya şikayətə dair izahat və ya etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə ba xır. Kollegiya işin araşdırılmış hallarına şikayətin dəlilləri ilə qarşılıqlı hüquqi qiymət verərək belə hesab edir ki, şikayət təmin edilməməli və Babək Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 8(079)-11/2025 nömrəli dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, şikayətə baxılması ilə əlaqədar tədqiq olunmuş iş materiallarına əsasən Babək Rayon Məhkəməsinin 2(079)-90/2017 nömrəli, 07 mart 2017-ci il tarixli qətnaməsinin surətindən (iş mat. səh.3-6) görünür ki, Babək Rayon Məhkəməsinin 2(079)-375/2016 nömrəli, 06 dekabr 2016-cı il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək Borclu hər ay bir uşaq üçün 75 manat olmaqla, cəmi 150 manat miqdarında sabit pul məbləğində aliment alınıb Samirə ilə Səmanın yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün X2 verilməs i qət edilmişdir. Həmçinin Babək Rayon Məhkəməsinin 2(079)-173/2018 nömrəli, 03 may 2018-ci tarixli qətnaməsinin surətindən (iş mat. səh.26-30) görünür ki, Babək Rayon Məhkəməsinin 2(079)90/2017 nömrəli, 07 mart 2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək Borclu hər ay hər uşaq üçün 100 (yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat miqdarında sabit pul məbləğində alimentin alınıb 12 aprel 2009-cu il tarixdə doğulmuş X7 və 08 iyul 2010-cu il tarixdə doğulmuş X6 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün X2 verilməsi və alimentin tutulmasının əvvəlinin qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması qət edilmişdir. Yuxarıda da qeyd olunduğu kimi, tələbkar X5 xx.xx.2025-ci il tarixdə Babək Rayon Məhkəməsinin 2(079)-90/2017 nömrəli, 07 ma rt 2017-ci il tarixli qətnaməsi ilə ödənilməli olan sabit pul məbləğinin indeksasiyası barədə ərizə ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Babək Rayon Məhkəməsinin 07 mart 2017-ci il tarixli, 2(079)-90/2017 nömrəli qətnaməsi ilə Borclu Təfıl oğlundan hər ay hər bir uşaq üçün 75 manat olmaqla yetkinlik yaşına çatmamış 12 aprel 2009-cu il təvəllüdlü X7 və 08 iyul 2010-cu il təvəllüdlü X1 üçün qət edilmiş sabit məbləğdə cəmi 150 manat alimentin icra icraatı qaydasında 2025-ci il üzrə yaşayış minimumuna indeksasiya olunmasını məhkəmədən xahiş etmiş, lakin daha sonra 17 fevral 2025-ci il tarixdə keçirilən məhkəmə iclası zamanı Tələbkar məhkəməyə ərizə təqdim edərək Babək Rayon Məhkəməsinin 2(079)-173/2018 nömrəli, 03 may 2018-ci tarixli qətnaməsi ilə ödənilməli olan sait pul məbləğinin ind eksasiyası kimi baxılmasını xahiş etmiş, birinci instansiya məhkəməsi tərəfindən də məhs həmin qətnamə əsasında indeksasiyanın olunması çərçivəsində ərizəyə baxılmışdır. Babək Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli qərardadı ilə Tələbkar aliment miqdarının indeksasiyası barədə ərizəsi təmin edilmiş, Babək Rayon Məhkəməsinin 2(079)173/2018 nömrəli, 03 may 2018-ci il tarixli qətnaməsi ilə 12 aprel 2009-cü il təvəllüdlü X3 və 08 iyul 2010-cu il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Borclu hər ay iki uşağa görə Tələbkar xeyrinə tutulması qət edilən alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,76 misli həddində indeksasiya edilməsi qərara alınmış, Babək Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli qərardadı ilə məhkəmənin 17 fevral 2025-ci il tarixli, e-8(079)-11/2025 nömrəli qərardadında yol verilmiş yanlışlıq düzəldilmiş və 12 aprel 2009-cü il təvəllüdlü X7 və 08 iyul 2010-cu il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Borclu hər ay hər uşağa görə Tələbkar xeyrinə tutulması qət edilən alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,76 misli həddində indeksasiya edilməsi qərara alınmışdır. İş üzrə Borclu nümayəndəsi Nümayəndə şikayətində “...borclunun "xxxx" MMC-də sürücü vəzifəsində işlədiyini və 400 manat əmək haqqı aldığını, təyin olunan alimentin aldığı əmək haqqının 304 (üç yüz dörd) manatını təşkil etdiyini, onun başqa gəlir yeri olmadığını, belə olduğu halda ona əmək haqqından 96 manat miqdar ında pul qaldığını, bundan əlavə tələbkarla nikahları pozulduqdan sonra yenidən ailə həyatı qurduğunu, həmin nikahdan iki övladı, 16 oktyabr 2017-ci il təvəllüdlü X8 və 30 noyabr 2020-ci il təvəllüdlü X4 dünyaya gəldiyini, 96 manatın bugün nəinki iki övladını saxlamağa, heç öz ehtiyaclarını qarşılamağa belə kifayət etmədiyini, məhkəmənin işin hallarını araşdırmadan, onun ziyanına qərardad qəbul etdiyini, bu səbəbdən onun ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,76 misli əvəzinə 0,33 misli həddində aliment müəyyən olunmasını istədiyini” bildirmişdir ki, kollegiya qeyd olunan bu halları mülki işin mövcud halları ilə qarşılıqlı tədqiq edərək bu halların birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslı olmadığı qənaətinə gəlir. Belə ki, kollegiya ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, şikayətçinin mübahisələndirdiyi qərar Tələbkar indeksasiya barədə ərizəsinə baxılması ilə bağlı Babək Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli, 8(079)-11/2025 nömrəli qərardadı deyil, həmin qərardadda yol verilmiş yanlışlığın düzəldilməsi ilə bağlı Babək Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 8(079)-11/2025 nömrəli qərardadıdır. Yuxarıda da qeyd olunduğu kimi, mübahisələndirilən bu qərardadla məhkəmənin 17 fevral 2025-ci il tarixli, 8(079)-11/2025 nömrəli qərardadında yol verilmiş yanlışlıq düzəldilmiş və 12 aprel 2009-cü il təvəllüdlü X7 və 08 iyul 2010-cu il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Borclu hər ay hər uşağa görə Tələbkar xeyrinə tutulması qət edilən alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,76 misli həddində indeksasiya edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi yol verilmiş yanlışlığın düzəldilməsi barədə qərardadını düzgün olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 228.2-ci maddəsinə əsaslanmaqla qəbul etmişdir ki, həmin maddənin tələbinə görə hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur. Qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqların və açıq hesab səhvlərinin düzəldilməsi barədə ərizəyə məhkəməyə daxil olduğu vaxtdan 10 gün müddətində baxılır və həll edilir. Babək Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 8(079)-11/2025 nömrəli qərardadı ilə 12 aprel 2009-cü il təvəllüdlü X7 və 08 iyul 2010-cu il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Borclu hər ay hər uşağa görə Tələbkar xeyrinə tutulması qət edilən alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.76 misli həddində indeksasiya edilməsinə dair borclunun nümayəndəsi Nümayəndə şikayətində qeyd etdiyi dəlillərə gəlincə, kollegiya bununla bağlı aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə görə alimentin ind eksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsi ödənilməli pul məbləğlərinin indeksasiyasına baxılmasını tənzimləyir. Həmin maddədə qeyd edilir ki, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadı ndan şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci maddəsində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məb ləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). X11 8.4-2-ci maddəsində qeyd edilmişdir ki, “...nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göst ərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən Mülki Prosessual Məcəllənin 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilik də alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, tələb üzrə 2023-cü ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2023-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2023-cü il üzrə müəyyən edilmiş 345 manat məbləğində minimum əmək haqqının 0,49 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,49 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Pr ezidentinin 25 dekabr 2017-ci il tarixli sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği 2018-ci il yanvarın 1-dən 130 manat müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Beləliklə, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, 2018-ci ilin yanvarından etibarən ölkə üzrə yaşayış minimumunun məbləğinin 130 manat həddində müəyyən olunması nəzərə alındıqda həmin vaxt bir uşaq üçün müvafiq məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 100 manat sabit pul məbləğində aliment məbləği minimum əmək haqqı məbləğinin 0.76 misli həddində müəyyən edilməlidir. İşin şərh olunmuş halları və şikayətin dəlillərinə hüquqi qiymət verərək koll egiya belə nəticəyə gəlir ki, qərardad qəbul olunarkən maddi və prosessual hüquq normalarının tələblərinə düzgün əməl olunmuşdur və birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Kollegiya həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, tədqiq olunmuş iş materiallarından da göründüyü kimi, hazırki işin başlanmasına səbəb Tələbkar Babək Rayon Məhkəməsinə ünvanlandığı müraciətin predmeti məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiya olunmasıdır. Alimentin indeksasiya olunması isə yuxarıda da qeyd olunduğu kimi Ailə Məcəlləsinin 110-cu və Mülki Prosessual Məcəllənin 232-ci maddələrinin tələbindən irəli gəlir. Borclunun verdiyi şikayətin mahiyyətindən isə görünür ki, o, alimentin indeksasiya olunmasından sonra yaranmış məbləğlə razı deyil. Halbuki qeyd olun malıdır ki, Ailə Məcəlləsinin 110-cu maddəsinin tələbi maraqlı şəxsin müraciəti əsasında qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin indeksasiya olunmasını qaçınılmaz edir. Yəni qanunla müəyyən edilmiş subyektiv hüquqa malik olan maraqlı şəxs sözü gedən tələblə məhkəməyə müraciət etdiyi halda hüquq tətbiqedici alimentin indeksasiyası haqqında məhkəmə aktının qəbul etməlidir. Kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 232.3-cü maddəsində pul məbləğlərinin indeksasiya olunması barədə məhkəmə qərardadlarından şikayət verilə bilmə imkanı nəzərdə tutulsa da, bu şikayət ilkin müraciətin predmeti ilə bağlı olmaqla, ondan kənara çıxmamalı, şikayət edən müraciətində pul məbləğinin və alimentin indeksasiyası zamanı yaranmış məbləğin çoxluğunu mübahi sələndirməməlidir. Hazırki şikayətin məzmunundan isə göründüyü kimi, borclunun nümayəndəsi Nümayəndə şikayətində indeksasiya nəticəsində alimentin miqdarının yüksək olmasını mübahisələndirir ki, həmin məsələnin hüquqi əsasını Ailə Məcəllənin 110-cu maddəsi deyil, 112-ci maddəsi təşkil edir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Bu baxımdan borclunun nümayəndəsi Nümayəndə izah olunur ki, Ailə Məcəlləsinin yuxarıda istinad olunan maddəsində göstərilən əsaslar üzrə qanunun ona verdiyi imkanlardan istifadə etməklə aliment məbləğinin azaldılmasını arzulayacağı halda iddia icraatı qaydasında aidiyyəti məhkəməyə müraciət hüququndan istifadə edə bilər. Beləliklə, kollegiya hesab edir ki, Babək Rayon Məhkəməsinin 8(079)-11/2025 nömrəli, 17 fevral 2025-ci il tarixli qərardadında yol verilmiş yalnışlığın düzəldilməsinə dair Babək Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 8(079)-11/2025 nömrəli qərardadından Borclu nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 397, 398.0.1-ci maddələrini rəhbər tutaraq kol legiya qəraraalır: Babək Rayon Məhkəməsinin 8(079)-11/2025 nömrəli, 17 fevral 2025-ci il tarixli qərardadında yol verilmiş yalnışlığın düzəldilməsinə dair Babək Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 8(079)-11/2025 nömrəli qərardadından Borclu nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Babək Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 8(079)-11/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Bu qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar