Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 8(110)-17/2022 28.04.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X7 məhkəmə iclas katibliyi, təqdimat verən Şərur rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 iştirakı ilə, Şərur rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 Şərur rayon Məhkəməsinin 2(110)-60/2022 saylı 10 yanvar 2022-ci il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşıdırılmasına dair 19 aprel 2022-ci il tarixli təqdimatına Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şərur rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3 təqdimatla məhkəməyə müraciət edərək Şərur rayon Məhkəməsinin 2(110)-60/2022 saylı 10 yanvar 2022-ci il tarixli icra sənədinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Şərur rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3 məhkəmədə vermiş olduğu təqdimatını müdafiə edərək izahatında bildirdi ki, 11 yanvar 2022-ci il tarixli qərarla icraata başladığım Şərur rayon Məhkəməsinin 2(110)-60/2022 saylı 10 yanvar 2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.1988-ci il tarixində Şərur rayon Alışar kəndində anadan olmuş və Şərur rayon Alışar kəndində qeydiyyatda olan və yaşayan Borclu 16 noyabr 2021-ci il tarixdən başlayaraq hər ay bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi 11.01.2022-ci il tarixində Naxçıvan MR ƏN Şərur rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək qərarın surəti və bildiriş Borclu göndərilmişdir. Borclu 01.02.2022-ci il tarixdə xəbərdarlıq göndərilməsinə baxmayaraq bugünədək yaranmış 750 manat aliment borcunu ödəmədiyi üçün tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyatı təşkilatlara sorğu göndərilmiş, borclunun adına tələbin yönəldilə biləcək hər hansı əmlak və mülk aşkar edilməmişdir. Hesab edirəm ki, icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Şərur rayon Məhkəməsinin 2(110)- 60/2022 saylı 10 yanvar 2022-ci il tarixli icra sənədinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Borclu və Tələbkar məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş, lakin onlar məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 231.2-ci maddəsinə müvafiq olaraq təqdimata borclunun və tələbkarın iştirakı olmadan baxmışdır. Məhkəmə icra məmurunu dinləyib, təqdimatı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Təqdimata əlavə edilmiş 11.01.2022-ci il tarixli qərardan görünür ki, Şərur rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3 tərəfindən Şərur Rayon Məhkəməsinin 2(110)- 60/2022 saylı 10 yanvar 2022-ci il tarixli İcra sənədi üzrə icraata başlanılmışdır. Təqdimata əlavə edilmiş “poçt göndərişlərinin verilməsi haqqında” xəbərnamədən görünür ki, 11.01.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildiriş Borclu rəsmi qaydada göndərilmişdir. Təqdimata əlavə edilmiş 01.02.2022-ci il tarixli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, icra sənədi icra olunmayacağı təqdirdə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşıdırılması barədə təqdimatla məhkəməyə müraciət olunacağı barədə Borclu xəbərdarlıq edilmişdir. Təqdimata əlavə edilmiş “Elektron İcra Sistemi”ndən çıxarışdan görünür ki, Borclu adına bank hesabları, daşınar və daşınmaz əmlaklar, əmək müqaviləsi üzrə iş yeri aşkar olunmamışdır. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, Şərur rayon Məhkəməsinin 2(110)- 60/2022 saylı 10 yanvar 2022-ci il tarixli icra sənədinə əsasən 16 noyabr 2021-ci il tarixdən hesablanmaqla 12 iyun 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Borclu hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. Borclu 11 yanvar 2022-ci il tarixdə tələbin könüllü icrası haqqında bildiriş və icraata başlamaq haqqında qərarın surəti rəsmi qaydada göndərilmişdir. Əlavə olaraq borclu 01 fevral 2022-ci il tarixli məktubla Borclu icra sənədi üzrə borcunu ödəməyəcəyi təqdirdə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət ediləcəyi haqda xəbərdar edilmişdir. Borclu icra vərəqəsini üzrsüz səbəbdən icra etmədiyindən Şərur rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1 Rayon Məhkəməsinin 2(110)-60/2022 saylı 10 yanvar 2022-ci il tarixli icra sənədinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məhkəməsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun: 3.1-ci maddəsinin tələbinə əsasən məhkəmə digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikası ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri üçün məcburidir; 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir; 12.1-ci maddəsinin tələbinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir; 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məhkəməsinin 231.3-cü maddəsinə əsasən icra üzrə icraatın dayandırılması məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşıdırlması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, inzibatiiqtisadi məhkəmənin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin inzibati-iqtisadi məhkəmə və ya icra məmurunun olduğu yer üzrə müvafiq inzibati-iqtisadi məhkəmə tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşıdırlması haqqında təqdimatlara bu məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə təqdimatı, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, icra məmurunun izahatını dinləyib, qanunvericiliyin qeyd edilən tələblərinə əsasən hesab edir ki, borclunun ölkə hüdudlarını tərk edəcəyi təqdirdə icra sənədinin icrasına maneələr yaranacaq ki, bu isə öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnəcəkdir. Ona görə də Şərur rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 təqdimatı əsaslı olduğundan təmin edilməli və Şərur rayon Məhkəməsinin 2(110)-60/2022 saylı 10 yanvar 2022-ci il tarixli icra sənədi üzrə xx.xx.1988-ci il tarixində Şərur rayon Alışar kəndində anadan olmuş, Şərur rayon Alışar kəndində qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə yuxarıda qeyd edilənləri, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263, 264, 266, 268-ci maddələrini rəhbər tutaraq, qərar verdi: Təqdimat təmin edilsin. Şərur rayon Məhkəməsinin 2(110)-60/2022 saylı 10 yanvar 2022-ci il tarixli icra sənədi üzrə xx.xx.1988-ci il tarixində Şərur rayon Alışar kəndində anadan olmuş, Şərur rayon Alışar kəndində qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №8(110)-17/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №8(110)-17/2022
28.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver