Məhkəmə qərarları › İş №8(110)-22/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №8(110)-22/2025

14.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 8(110)-22/2025 14.02.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X8 məhkəmə iclas katibliyi ilə, Ərizəçi Yıldırım (Sərxanbəyova) Gülşənşən Şəmsəddin qızının iştirakı ilə, Ərizəçi Yıldırım (Sərxanbəyova) Gülşənşən Şəmsəddin qızının “alimentin indeksasiya olunması” barədə ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Yıldırım (Sərxanbəyova) Gülşənşən Şəmsəddin qızı ərizəla məhkəməyə müraciət edərək Şərur rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(110)-865/2023 nömrəli qətnaməsi ilə yetkinlik yaşına çatmamış övladı xx.xx.2010-cu il təvəllüdlü X1 üçün 130 (bir yüz otuz) manat sabit pul məbləğdə təyin edilmiş alimentin icra icraatı qaydasında 2023-cü il üzrə minimum əməkhaqqı məbləğinə indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Yıldırım (Sərxanbəyova) Gülşənşən Şəmsəddin qızı ərizəsində o Yıldırım (Sərxanbəyova) Gülşənşən Şəmsəddin qızı cavabdeh Borclu ilə 2009-cu ilin iyul ayında el adəti üzrə nikah bağlayaraq ailə həyatı qurduqlarını, onların bu nikahlarından 05 iyul 2010-cu il tarixdə "Ayşən" adlı qız övladları doğulduğunu, müxtəlif səbəblərdən birgə yaşamaqlarının mümkün olmadığını və övladları dünyaya gəldikdən az müddət sonra onlar ayrılmaqla ailə münasibətlərinin pozulduğunu, rəsmi nikahları olmadığından və borclu uşağa atalıq vermədiyindən qızı Ayşənin atalığına dair məsələ məhkəmə qaydasında həll edildiyini və Şərur rayon məhkəməsinin 2(110)-865/2023 saylı xx.xx.2023-ci il tarixli qətnaməsi ilə Borclu qızı Ayşənin atası olması müəyyən edilməklə, həmin qətnamə ilə qızının saxlanması üçün borclu şəxsdən 130 (bir yüz otuz) manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi qət edildiyini, qeyd edilən sonuncu qətnamənin qəbulundan artıq iki ilə yaxın vaxt keçdiyini, bu müddət ərzində də cavabdehin mənə ödədiyi aliment də bəzən ardıcıl xarakter daşımır. Eyni zamanda ödənilən aliment məbləği hazırki şəraitdə də övladının tələbatını ödəmək üçün yetərli olmadığını, buna görə də məhkəmə tərəfindən ödənilmiş aliment məbləğinin artırılması və yeni qaydalara uyğun olaraq indeksasiya olunmasını istədiyini bildirmişdir. Ərizəşiyə, onun nümayəndəsinə və borcluya məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 231.2-ci maddəsinə müvafiq olaraq ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəyə əlavə edilmiş: - Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, iş üzrə tərəflər xx.xx.2010-cu il təvəllüdlü X5 valideynləridir; -Şərur Rayon Məhkəməsinin 2(110)-865/2023 saylı 03 noyabr 2023-cü il tarixli qətnamənin surətindən görünür ki, İddia qismən təmin edilmiş, iddiaçı X2 doğduğu 05 iyul 2010-cu il təvəllüdlü X5 atasının Borclu olması müəyyən edilməsi, 05 iyul 2010-cu il təvəllüdlü X6 doğum haqqında şəhadətnamə verilərkən şəhadətnamədə uşağın soyadı “Kərimova”, ata qrafasında atasının soyadı isə “Kərimov” qeyd edilməsi, 25 avqust 2023-cü il tarixdən hesablanmaqla 05 iyul 2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Borclu hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 ödənilməsi, Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilməsi, İddiaçı X4 tərəfindən Mediasiyaya çəkilən 50 manat xərcin əvəzi və ödənilmiş 50 manat dövlət rüsumunun 32 manatı cavabdeh Borclu alınaraq iddiaçıya ödənilməsi iddia digər hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024- cü il tarixli 15 nömrəli Qərarının: - 8.4-1 - ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74= 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan Anın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir); - 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir); - 8.11-1-ci bəndinə əsasən alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. Həmçinin Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir; - 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Məhəkəmə qeyd edir ki, “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 2023-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2023-ci il tarixdən 345 manathəddində müəyyən edilmişdir. Eyni zamanda “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2025-ci il tarixdən 400 manat həddində müəyyən edilmişdir. Ona görə də, məhkəmə qeyd edir ki, alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alaraq Şərur Rayon Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli 2(110)-865/2023 saylı qətnaməsi ilə tutulan 130 məbləğində alimentin indeksasiyanı həyata keçirən zaman 130 manat məbləğində alimentin 2023-cü il üzrə müəyyən edilmiş 345 manat minimum əmək haqqının 0.38 mislini təşkil ütdiyini nəzərə alaraq, ərizə üzrə alimentin məbləğinin indeksasiyası ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.38 misli həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: - 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər; - 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Beləliklə də, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, Şərur Rayon Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli 2(110)-865/2023 saylı qətnaməsi ilə tutulan aliment indeksasiya edilməli və 06 fevral 2025-ci il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Borclu sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.38 misli həddində sabit pul məbləğində aliment alınaraq Yıldırım (Sərxanbəyova) Gülşənşən Şəmsəddin qızına ödənilməlidir. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263 - 264, 266 və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Ərizə təmin edilsin. Şərur Rayon Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli, 2(110)-865/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya edilsin. 06 fevral 2025-ci il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Borclu sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.38 misli həddində sabit pul məbləğində aliment alınaraq Yıldırım (Sərxanbəyova) Gülşən Şəmsəddin qızına ödənilsin. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar