Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 8(110)-35/2025 03.03.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, Şərur rayon İcra və Probasiya şöbəsinin rəisi X7 iştirakı ilə, Şərur rayon İcra və Probasiya şöbəsinin rəisi X7 Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-5885/2015 nömrəli, xx.xx.2015-ci il tarixli məhkəmə əmrinin, Şərur Rayon Məhkəməsinin 2(110)-609/2022 saylı xx.xx.2022-ci il tarixli, 2(110)-737/2022 saylı xx.xx.2022-ci il tarixli və 2(110)- 136/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair 21 fevral 2025-ci il tarixli təqdimatına Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şərur rayon İcra və Probasiya şöbəsinin rəisi X10 təqdimatla məhkəməyə müraciət edərək Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-5885/2015 nömrəli, xx.xx.2015-ci il tarixli məhkəmə əmrinin, Şərur Rayon Məhkəməsinin 2(110)-609/2022 saylı xx.xx.2022-ci il tarixli, 2(110)-737/2022 saylı xx.xx.2022-ci il tarixli və 2(110)-136/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Şərur rayon İcra və Probasiya şöbəsinin rəisi X10 təqdimatında qeyd etmişdir ki, xx.xx.2015-ci il tarixli qərarla icraata başladığım Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş 2(007)- 5885/2015 nömrəli, xx.xx.2015-ciil tarixli, xx.xx.2022-ci il tarixli qərarla icraata başladığım Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 2(110)-609/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022ci il tarixli qərarla icraata başladığım Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 2(110)-737/2022 nömrəli, xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli qərarla icraata başladığım Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 2(110)-136/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, icra sənədlərinə əsasən xx.xx.1990-cı il də anadan olmuş və ünvan 1i ünvanında qeydiyyatda olan Borclu 6072.07 ABŞ dolları məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə, 2961.75 manat tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə, 2045.41 manat tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə və 859 manat tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədləri Şərur rayon İcra və Probasiya şöbəsinə daxil olmuş qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərarlar qəbul edilərək, qərarların surəti bildirişlərlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədlərində olan tələbləri könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədlərində olan tələblər könüllü təmin edilmədiyi üçün aidiyyatı təşkilatlara sorğu göndərilmiş, borclunun adına tələbin yönəldilə biləcək hər hansı əmlak və mülk aşkar edilməmişdir. Hesab edirəm ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsini rəhbər tutaraq, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş edirəm. Məhkəmə iclasında iştirak edən Şərur rayon İcra və Probasiya şöbəsinin rəisi X10 izahatında təqdimatda qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən təqdimatın təmin olunmasını xahiş etmişdir.. Borclu, tələbkarlar "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Tələbkar3 Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" X8 Səhmdar Cəmiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş, onlar məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 231.2-ci maddəsinə müvafiq olaraq təqdimata borclunun və tələbkarların iştirakı olmadan baxmasını mümkün hesab etmişdir. Eyni zamanda tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək ərizəsində qeyd etmişdir ki, iddiaçı "xxxx" MMC-nin cavabdeh Borclu qarşı Nax MR Şərur rayon məhkəməsində başlamış 8(110)-35/2025 N-li mülki iş üzrə məhkəmə iclası xx.xx.2025-ci il, saat 12:00 tarixinə təyin olunmuşdur. Məhkəmə iclasında üzrlü səbəbdən iştirak etmək mümkün olmadığına görə məhkəmə iclasına bizim iştirakımız olmadan baxılmasına etirazımız yoxdur. Təqdimata əlavə edilmiş: - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-5885/2015 nömrəli, xx.xx.2015-ci il tarixli məhkəmə əmrinin surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Y.Səfərov küçəsi, 24/15 sayla evda yaşayan, 05 may 1983-cü ildə Şəmkir şəhərində doğulmuş borclu X4, Nançavan. Muxtar Respublikası, Şərur rayonu, Çəmənli kəndində yaşayan, xx xxxx 1990-cı ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Çəmənli kəndində doğulmuş Borclu və Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Dəmirçi kandimda yaşayan, 18 may 1969-cu ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Dəmirçi kəndində doğulmuş borclu X1 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə əsas borc qismində 5.000 (beş min) ABŞ dolları, faiz borcu qismində 1072 (min yetmiş iki) ABŞ dolları 07 (yeddi) sent, cəmi 6.072 (altı min yetmiş iki) ABŞ dollar 07 (yeddi) sent ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan menen de velmiş dövlət rüsumunun əvəzi qismində 20 (iyirmi) manat məbləğində pul vəsaiti tutulması əmr edilmişdir; - xx.xx.2015-ci il tarixli qərardan görünür ki, Şərur Rayon İcra və Probasiya şöbəsinin rəisi tərəfindən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-5885/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən icra icraatına başlanılmışdır; - xx.xx.2015-ci il tarixli bildirişdən görünür ki, icraata başlama haqqında qərar, tələbin könüllü icrası haqqında bildiriş Borclu göndərilmişdir; - Şərur Rayon Məhkəməsinin 2(110)-609/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin surətindən görünür ki, iddia təmin edilməklə, Borclu xx.xx.2021-ci il tarixli, 3980nkSTB2/21 nömrəli Kredit Müqaviləsi üzrə 2518 (iki min beş yüz on səkkiz) manat əsas, 384.16 (üç yüz səksən dörd manat on altı qəpik) manat faiz və 10.06 (on manat altı qəpik) manat cərimə, cəmi 2912.22 (iki min doqquz yüz on iki manat iyirmi iki qəpik) manat borc və 49.13 (qırx doqquz manat on üç qəpik) manat dövlət rüsumunun, 0.40 manat xidmət haqqının əvəzi olmaqla, ümumilikdə 2961.75 (iki min doqquz yüz altmış bir manat yetmiş beş qəpik) manat məbləğində pul tutularaq "xxxx" X8 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir; - xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şərur Rayon İcra və Probasiya şöbəsinin rəisi tərəfindən Şərur Rayon Məhkəməsinin 2(110)-609/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən icra icraatına başlanılmışdır; - xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, icraata başlama haqqında qərar, tələbin könüllü icrası haqqında bildiriş Borclu göndərilmişdir; - Şərur Rayon Məhkəməsinin 2(110)-737/2022 saylı xx.xx.2022-ci il tarixliicra sənədinin surətindən görünür ki, iddia təmin edilməklə, Cavabdehlər Borclu və X2 müştərək qaydada əsas borc üzrə 1676.95 (bir min altı yüz yetmiş altı manat doxsan beş qəpik) manat, faiz borcu üzrə 249.55 (iki yüz qırx doqquz manat əlli beş qəpik) manat, cərimə olaraq 78.85 (yetmiş səkkiz manat səksən beş qəpik) manat, cəmi 2005.35 (iki min beş manat otuz beş qəpik) manat borc və 40.06 (qırx manat altı qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 2045.41 (iki min qırx beş manat qırx bir qəpik) manat məbləğində pul tutularaq Tələbkar3 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir; - xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şərur Rayon İcra və Probasiya şöbəsinin rəisi tərəfindən Şərur Rayon Məhkəməsinin 2(110)-609/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən icra icraatına başlanılmışdır; - xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, icraata başlama haqqında qərar, tələbin könüllü icrası haqqında bildiriş Borclu göndərilmişdir; - Şərur Rayon Məhkəməsinin e-2(110)-136/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinin surətindən görünür ki, iddia təmin edilməklə, cavabdeh Borclu xx.xx.2020-ci il tarixli, 21221141 saylı Müqaviləyə əsasən İmei kodu **********15310 X12 9 markalı telefon üçün 753.6 (yeddi yüz əlli üç manat altmış qəpik) manat ödənilməmiş hissə, 75.4 (yetmiş beş manat qırx qəpik) manat cərimə, ümumilikdə 829 (səkkiz yüz iyirmi doqquz) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 859 (səkkiz yüz əlli doqquz) manat məbləğində pul alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir; - xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şərur Rayon İcra və Probasiya şöbəsinin rəisi tərəfindən Şərur Rayon Məhkəməsinin e-2(110)-136/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən icra icraatına başlanılmışdır; - xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, icraata başlama haqqında qərar, tələbin könüllü icrası haqqında bildiriş Borclu göndərilmişdir; - “Poçt göndərişlərinin verilməsi haqqında” xəbərnamədən görünür ki, tələbin könüllü icrası haqqında bildirişlər Borclu rəsmi qaydada çatdırılmışdır; - “Elektron İcra Sistemi”ndən çıxarışdan görünür ki, Borclu adına bank hesabları, daşınar və daşınmaz əmlaklar, əmək müqaviləsi üzrə iş yeri aşkar olunmamışdır. Məhkəmə təqdimat verən şəxsi dinləyib, təqdimatı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-5885/2015 nömrəli, xx.xx.2015-ci il tarixli məhkəmə əmrinin surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Y.Səfərov küçəsi, 24/15 sayla evda yaşayan, 05 may 1983-cü ildə Şəmkir şəhərində doğulmuş borclu X4, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Çəmənli kəndində yaşayan, xx xxxx 1990-cı ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Çəmənli kəndində doğulmuş Borclu və Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Dəmirçi kandimda yaşayan, 18 may 1969-cu ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Dəmirçi kəndində doğulmuş borclu X1 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə əsas borc qismində 5.000 (beş min) ABŞ dolları, faiz borcu qismində 1072 (min yetmiş iki) ABŞ dolları 07 (yeddi) sent, cəmi 6.072 (altı min yetmiş iki) ABŞ dollar 07 (yeddi) sent ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan manatı dövlət rüsumunun əvəzi qismində 20 (iyirmi) manat məbləğində pul vəsaiti tutulması, Şərur Rayon Məhkəməsinin 2(110)-609/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin surətindən görünür ki, iddia təmin edilməklə, Borclu xx.xx.2021-ci il tarixli, 3980nkSTB2/21 nömrəli Kredit Müqaviləsi üzrə 2518 (iki min beş yüz on səkkiz) manat əsas, 384.16 (üç yüz səksən dörd manat on altı qəpik) manat faiz və 10.06 (on manat altı qəpik) manat cərimə, cəmi 2912.22 (iki min doqquz yüz on iki manat iyirmi iki qəpik) manat borc və 49.13 (qırx doqquz manat on üç qəpik) manat dövlət rüsumunun, 0.40 manat xidmət haqqının əvəzi olmaqla, ümumilikdə 2961.75 (iki min doqquz yüz altmış bir manat yetmiş beş qəpik) manat məbləğində pul tutularaq "xxxx" X8 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, Şərur Rayon Məhkəməsinin 2(110)-737/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin surətindən görünür ki, iddia təmin edilməklə, cavabdeh Borclu xx.xx.2020-ci il tarixli, 21221141 saylı Müqaviləyə əsasən İmei kodu **********15310 X12 9 markalı telefon üçün 753.6 (yeddi yüz əlli üç manat altmış qəpik) manat ödənilməmiş hissə, 75.4 (yetmiş beş manat qırx qəpik) manat cərimə, ümumilikdə 829 (səkkiz yüz iyirmi doqquz) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 859 (səkkiz yüz əlli doqquz) manat məbləğində pul alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, həmçinin Şərur Rayon Məhkəməsinin 2(110)-136/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinin surətindən görünür ki, iddia təmin edilməklə, cavabdeh Borclu xx.xx.2020-ci il tarixli, 21221141 saylı Müqaviləyə əsasən İmei kodu **********15310 X12 9 markalı telefon üçün 753.6 (yeddi yüz əlli üç manat altmış qəpik) manat ödənilməmiş hissə, 75.4 (yetmiş beş manat qırx qəpik) manat cərimə, ümumilikdə 829 (səkkiz yüz iyirmi doqquz) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 859 (səkkiz yüz əlli doqquz) manat məbləğində pul alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsiqət edilmişdir. Borclu icraata başlamaq haqqında qərarların surətləri və tələbin könüllü icrası haqqında bildirişlər göndərilmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borclu icra sənədlərinin icrası istiqamətində heç bir addım atmamışdır. Belə olan təqdirdə məhkəmə bu qənaətə gəlir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-5885/2015 nömrəli, xx.xx.2015-ci il tarixli məhkəmə əmrinin, Şərur Rayon Məhkəməsinin 2(110)-609/2022 saylı xx.xx.2022-ci il tarixli, 2(110)-737/2022 saylı xx.xx.2022-ci il tarixli və e-2(110)-136/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məhkəməsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun: - 3.1-ci maddəsinin tələbinə əsasən məhkəmə digər orqanların qərarlarının icrası ilə əlaqədar rəisinun tələbləri Azərbaycan Respublikası ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri üçün məcburidir; - 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir; - 12.1-ci maddəsinin tələbinə görə rəisi icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir; - 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün rəisi tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məhkəməsinin 231.3-cü maddəsinə əsasən icra üzrə icraatın dayandırılması məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşıdırlması rəisinun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat rəisinun olduğu yer üzrə məhkəmə tərəfindən, inzibati-iqtisadi məhkəmənin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin inzibati-iqtisadi məhkəmə və ya rəisinun olduğu yer üzrə müvafiq inzibati-iqtisadi məhkəmə tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə rəisinun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşıdırlması haqqında təqdimatlara bu məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ rəisinun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə rəisi tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Beləliklə də, məhkəmə qeyd edir ki, borclunun ölkə hüdudlarını tərk edəcəyi təqdirdə icra sənədinin icrasına maneələr yaranacaq ki, bu isə öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnəcəkdir. Ona görə də Şərur rayon İcra və Probasiya şöbəsinin rəisi X7 təqdimatı əsaslı olduğundan təmin edilməli Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-5885/2015 nömrəli, xx.xx.2015-ci il tarixli məhkəmə əmrinin, Şərur Rayon Məhkəməsinin 2(110)-609/2022 saylı xx.xx.2022-ci il tarixli, Şərur Rayon Məhkəməsinin 2(110)-737/2022 saylı xx.xx.2022-ci il tarixli və e-2(110)-136/2023 saylı xx.xx.2023cü il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədilə xx.xx.1990-cı il tarixində Şərur rayon Çəmənli kəndində doğulmuş və Şərur rayon Çəmənli kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə yuxarıda qeyd edilənləri, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84- 1.1-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263, 264, 266, 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Təqdimat təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-5885/2015 nömrəli, xx.xx.2015-ci il tarixli məhkəmə əmrinin, Şərur Rayon Məhkəməsinin 2(110)-609/2022 saylı xx.xx.2022-ci il tarixli, Şərur Rayon Məhkəməsinin 2(110)-737/2022 saylı xx.xx.2022-ci il tarixli və e-2(110)-136/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədilə xx.xx.1990-cı il tarixində Şərur rayon Çəmənli kəndində doğulmuş və Şərur rayon Çəmənli kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №8(110)-35/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №8(110)-35/2025
03.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver