Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 8(110)-38/2025 07.03.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X8 məhkəmə iclas katibliyi ilə, Ərizəçi Tələbkar “alimentin indeksasiya olunması” barədə ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Tələbkar ərizəla məhkəməyə müraciət edərək ərizəsində Şərur rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(110)-110/2022 nömrəli qətnaməsi ilə yetkinlik yaşına çatmamış övladı xx.xx.2018-cı il təvəllüdlü X1 üçün qət edilmiş 150 (bir yüz əlli) manat sabit pul məbləğdə alimentin icra icraatı qaydasında 2022-ci il üzrə minimum əməkhaqqı məbləğinə indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Tələbkar ərizəsində onunla borclu X7 arasında 18 sentyabr 2017-ci il tarixdə Şərur rayon VVADQ Şöbəsində 296 nömrəli akt qeydi ilə rəsmi nikah bağlanıldığını, onların birgə nikahdan xx.xx.2018-cı il təvəllüdlü X5 adında bir övladları doğulduğunu, borclu şəxslə nikaha daxil olduqdan 1 il 6 ay bir yerdə yaşadıqdan sonra 2018-ci ilin dekabr ayında aralarında mübahisə yarandığını, həmin mübahisədən sonra ayrılıb ata evinə qayıtdığını, ata evində yaşadığı müddətdə Əbdüləli uşağı ilə maraqlanmadığını, uşağın saxlanmasında hər hansı bir köməklik göstərmədiyini, ona görə də tərəfindən aliment tələbi ilə əlaqədar Şərur rayon məhkəməsinə mürciət olunduğunu və həmin məhkəmənin xx.xx.2022-ci il tarixli 2(110)-110/2022 saylı qətnaməsi ilə 05 yanvar 2022-ci il tarixdən hesablanmaqla xx.xx.2018-cı il təvəllüdlü X1 üçün borclu şəxsdən onun xeyrinə 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin tutulması qət edildiyini, sonradan isə onların birlikdə yaşamaqlarının mümkün olmadığından Şərur rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(110)- 612/2023 saylı qətnaməsi ilə Şərur rayon Qeydiyyat Şöbəsində bağlanmış xx.xx.2017-ci il tarixli 296 nömrəli nikah pozulduğunu, yuxarıda qeyd edilən alimentlə bağlı qətnamənin qəbulundan artıq iki ildən çox vaxt keçdiyini, bu müddət ərzində də borclu şəxsin ona ödədiyi aliment məbləği hazırki şəraitdə övladının tələbatını ödəmək üçün yetərli olmadığını, buna görə də məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilmiş aliment məbləğinin artırılaraq, yeni qaydalara uyğun minimum əməkhaqqı məbləğinə indeksasiya olunmasını istədiyini bildirmişdir. Ərizəçi və borcluya məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 231.2-ci maddəsinə müvafiq olaraq ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəyə əlavə edilmiş Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(110)-110/2022 nömrəli qətnamənin surətindən görünür ki, iddia təmin edilmiş, 05 yanvar 2022-ci il tarixdən hesablanmaqla 27 may 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X4 hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X6 ödənilməsi, Qətnamə aliment tutulmasına dair hissədə dərhal icra edilməsi, iddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilməsi müəyyən olunmuş 38 (otuz səkkiz) manat məbləğində dövlət rüsumu cavabdeh X4 alınaraq dövlət büdcəsinə qət edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024- cü il tarixli 15 nömrəli Qərarının: - 8.4-1 - ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74= 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan Anın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir); - 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir); - 8.11-1-ci bəndinə əsasən alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. Həmçinin Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir; - 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Məhəkəmə qeyd edir ki, “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 2021 - ci il tarixli sərəncamı ilə minimumum aylıq əmək haqqının məbləği 2022-ci il yanvarın 1-dən 300 manat müəyyən edilmişdir. Eyni zamanda “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2025-ci il tarixdən 400 manat həddində müəyyən edilmişdir. Ona görə də, məhkəmə qeyd edir ki, alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alaraq Şərur Rayon Məhkəməsinin 2 mart 2022-ci il tarixli 2(110)-110/2022 saylı qətnaməsi ilə bir uşaq üçün tutulan 150 məbləğində alimentin indeksasiyanı həyata keçirən zaman 150 manat məbləğində alimentin 2022-cü il üzrə müəyyən edilmiş 300 manat minimum əmək haqqının 0.5 mislini təşkil etdiyini nəzərə alaraq, ərizə üzrə alimentin məbləğinin indeksasiyası hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: - 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər; - 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Beləliklə də, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, Şərur Rayon Məhkəməsinin 2 mart 2022-ci il tarixli 2(110)-110/2022 saylı qətnaməsi ilə tutulan aliment indeksasiya edilməli və 27 fevral 2025-ci il tarixdən başlayaraq xx.xx.2018-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün X2 artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində sabit pul məbləğində aliment alınaraq Tələbkar ödənilməlidir. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263 - 264, 266 və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Ərizə təmin edilsin. Şərur Rayon Məhkəməsinin 2 mart 2022-ci il tarixli 2(110)-110/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya edilsin. 27 fevral 2025-ci il tarixdən başlayaraq xx.xx.2018-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün X2 artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində sabit pul məbləğində aliment alınaraq Tələbkar ödənilsin. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №8(110)-38/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №8(110)-38/2025
07.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver