Məhkəmə qərarları › İş №8(110)-4/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №8(110)-4/2025

17.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 8(110)-4/2025 17.01.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X6 məhkəmə iclas katibliyi, Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 iştirakı ilə, Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 Şərur Rayon Məhkəməsinin 2(110)- 313/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair 06 yanvar 2024-cü il tarixli təqdimatına Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X8 təqdimatla məhkəməyə müraciət edərək Şərur Rayon Məhkəməsinin 2(110)-313/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X8 taqdimatında bildirmişdir ki, xx.xx.2021-ci il tarixli qərarla icraata başladığım Şərur Rayon Məhkəməsinin 2(110)-313/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən xx.xx.1992-ci il tarixində anadan olmuş və Şərur rayon Xələc kəndində qeydiyyatda olan Borclu hər ay bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 120 manat sabit pul məbləğində alimentin tutularaq tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2021-ci il tarixində Naxçıvan MR ƏN Şərur rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək qərarın surəti və bildiriş Borclu göndərilmişdir. Borclu bugünədək yaranmış 1608 manat borcunu ödəmədiyi üçün tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyatı təşkilatlara sorğu göndərilmiş, borclunun adına tələbin yönəldilə biləcək hər hansı əmlak və mülk aşkar edilməmişdir. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsini rəhbər tutaraq X3 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul eilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X8 təqdimatda qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən təqdimatın təmin olunmasını xahiş etmişdir. Borclu və tələbkar X2 məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş, onlar məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 231.2-ci maddəsinə müvafiq olaraq təqdimata borclunun və tələbkarın iştirakı olmadan baxmışdır. Məhkəmə təqdimatı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Təqdimata əlavə edilmiş Şərur Rayon Məhkəməsinin 2(110)-313/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinin təsdiq edilmiş surətindən görünür ki, Şərur rayon Xələc kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Borclu xx.xx.2019-cu il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Şərur rayon Dərəkənd kəndində yaşayan X2 ödənilməsi, alimentin tutulması xx.xx.2021-ci il tarixdən hesablansması və dərhal icraya yönəldilməsi, Borclu 30 (otuz) manat məbləğində pul dövlət rüsumu olaraq alınıb dövlət nəfinə ödənilməsi qət edilmişdir. Təqdimata əlavə edilmiş xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Şərur Rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən Şərur Rayon Məhkəməsinin 2(110)-313/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən icra icraatına başlanılmışdır. Təqdimata əlavə edilmiş xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, icraata başlama haqqında qərar, tələbin könüllü icrası haqqında bildiriş Borclu ünvanına göndərilmişdir. Təqdimata əlavə edilmiş “Poçt göndərişlərinin verilməsi haqqında” xəbərnamədən görünür ki, tələbin könüllü icrası haqqında bildiriş Borclu rəsmi qaydada çatdırılmışdır. Təqdimata əlavə edilmiş “Elektron İcra Sistemi”ndən çıxarışdan görünür ki, Borclu adına bank hesabları, daşınar və daşınmaz əmlaklar, əmək müqaviləsi üzrə iş yeri aşkar olunmamışdır. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, Şərur Rayon Məhkəməsinin 2(110)-313/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şərur rayon Xələc kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Borclu xx.xx.2019-cu il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Şərur rayon Dərəkənd kəndində yaşayan X2 ödənilməsi, alimentin tutulması xx.xx.2021-ci il tarixdən hesablansması və dərhal icraya yönəldilməsi, Borclu 30 (otuz) manat məbləğində pul dövlət rüsumu olaraq alınıb dövlət nəfinə ödənilməsi qət edilmişdir. Borclu tələbin könüllü icrası haqqında bildiriş və icraata başlamaq haqqında qərarın surəti göndərilmiş, lakin borclu icra sənədinin icrası istiqamətində heç bir addım atmamışdır. Belə olan təqdirdə məhkəmə bu qənaətə gəlir ki, Şərur Rayon Məhkəməsinin 2(110)-313/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məhkəməsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun: - 3.1-ci maddəsinin tələbinə əsasən məhkəmə digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikası ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri üçün məcburidir; - 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir; - 12.1-ci maddəsinin tələbinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir; - 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məhkəməsinin 231.3-cü maddəsinə əsasən icra üzrə icraatın dayandırılması məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşıdırlması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, inzibatiiqtisadi məhkəmənin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin inzibati-iqtisadi məhkəmə və ya icra məmurunun olduğu yer üzrə müvafiq inzibati-iqtisadi məhkəmə tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşıdırlması haqqında təqdimatlara bu məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə təqdimatı, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, icra məmurunun izahatını dinləyib, qanunvericiliyin qeyd edilən tələblərinə əsasən hesab edir ki, borclunun ölkə hüdudlarını tərk edəcəyi təqdirdə icra sənədinin icrasına maneələr yaranacaq ki, bu isə öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnəcəkdir. Ona görə də Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 təqdimatı əsaslı olduğundan təmin edilməli Şərur Rayon Məhkəməsinin 2(110)-313/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə xx.xx.1992-ci il tarixində anadan olmuş və Şərur rayon Xələc kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə yuxarıda qeyd edilənləri, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263, 264, 266, 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Təqdimat təmin edilsin. Şərur Rayon Məhkəməsinin 2(110)-313/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə xx.xx.1992-ci il tarixində anadan olmuş və Şərur rayon Xələc kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar