Məhkəmə qərarları › İş №8(110)-40/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №8(110)-40/2025

14.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 8(110)-40/2025 14.03.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 iştirakı ilə, Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 Şərur Rayon Məhkəməsinin e-2(110)- 892/2024 saylı xx.xx.2024-cü il tarixli və e-2(110)-904/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair 03 mart 2025-ci il tarixli təqdimatına Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 təqdimatla məhkəməyə müraciət edərək Şərur Rayon Məhkəməsinin e-2(110)-892/2024-009 nömrəli xx.xx.2024-cü il tarixli və e-2(110)- 904/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 təqdimatda qeyd etmişdir ki xx.xx.2024-cü il tarixli qərarla icraata başlanılmış Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(110)-892/2024 saylı xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərarla icraata başlanılmış Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(110)-904/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədlərinə əsasən xx.xx.1992-ci il tarixində anadan olmuş, Şərur rayon Qarxun kəndində qeydiyyatda olan Borclu 880.70 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar1, 546.17 məbləğində pul vəsaiti isə tutularaq tələbkar ABC-telekom MMC-nin xeyrinə ödənilməlidi. Yuxarıda qeyd olunan icra sənədləri xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə Naxçıvan MR ƏN Şərur rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərarlar qəbul edilərək qərarların surəti və bildirişlər Borclu göndərilmişdir. Borclu bugünədək yaranmış borclarını ödəmədiyi üçün tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyatı təşkilatlara sorğu göndərilmiş, həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Məhkəmə iclasında iştirak edən Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 izahatında təqdimatda qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən təqdimatın təmin olunmasını xahiş etmişdir. Tələbkarlar "xxxx" MMC-nə, Tələbkar1 MMC-nə və Borclu məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş, lakin onlar məhkəməyə gəlməmişlər.Lakin tələbkar “ABC-telekom“ MMC-in nümayəndəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək, ərizəsində qeyd etmişdir iddiaçı "xxxx" MMC-nin cavabdeh Borclu qarşı Nax MR Şərur rayon məhkəməsində başlamış 8(110)- 40/2025 N-li mülki iş üzrə məhkəmə iclası xx.xx.2024-cü il, saat 12:30 tarixinə təyin olunmuşdur. Məhkəmə iclasında üzrlü səbəbdən iştirak etmək mümkün olmadığına görə məhkəmə iclasına bizim iştirakımız olmadan baxılmasına etirazımız yoxdur. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 231.2-ci maddəsinə müvafiq olaraq təqdimata tələbkarların və borclunun iştirakı olmadan baxmışdır. Təqdimata əlavə edilmiş: - Şərur Rayon Məhkəməsinin e-2(110)-892/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinin surətindən görünür ki, iddia qismən təmin edilməklə Borclu xx.xx.2023-cü il tarixli 142559 saylı Müqaviləyə əsasən 800 (səkkiz yüz) manat ödənilməmiş hissə, 56 (əlli altı) manat cərimə, ümumilikdə 856 (səkkiz yüz əlli altı) manat borc və 30.42 manat ödənilmiş dövlət rüsumunun 24.70 manatı olmaqla, ümumilikdə 880.70 (səkkiz yüz səksən manat yetmiş qəpik) manat məbləğində pul tutularaq Tələbkar1nə ödənilməsi qət edilmişdir; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şərur Rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən Şərur Rayon Məhkəməsinin e-2(110)-892/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən icra icraatına başlanılmışdır; - xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, icraata başlama haqqında qərar, tələbin könüllü icrası haqqında bildiriş Borclu göndərilmişdir; - “Poçt göndərişlərinin verilməsi haqqında” xəbərnamədən görünür ki, tələbin könüllü icrası haqqında bildiriş Borclu rəsmi qaydada çatdırılmışdır; - Şərur Rayon Məhkəməsinin e-2(110)-904/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinin surətindən görünür ki, iddia qismən təmin edilməklə cavabdeh Borclu xx.xx.2023-cü il tarixli, 09413477 saylı Müqaviləyə əsasən 483.19 (dörd yüz səksən üç manat on doqquz qəpik) manat ödənilməmiş hissə, 33.82 (otuz üç manat səksən iki qəpik) manat cərimə, ümumilikdə 517.01 (beş yüz on yeddi manat bir qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun 29.16 manatı olmaqla, ümumilikdə 546.17 (beş yüz qırx altı manat on altı qəpik) manat məbləğində pul alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şərur Rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən Şərur Rayon Məhkəməsinin e-2(110)-904/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən icra icraatına başlanılmışdır; - xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, icraata başlama haqqında qərar, tələbin könüllü icrası haqqında bildiriş Borclu göndərilmişdir; - “Poçt göndərişlərinin verilməsi haqqında” xəbərnamədən görünür ki, tələbin könüllü icrası haqqında bildiriş Borclu rəsmi qaydada çatdırılmışdır. - “Elektron İcra Sistemi”ndən çıxarışdan görünür ki, Borclu adına bank hesabları, daşınar və daşınmaz əmlaklar, əmək müqaviləsi üzrə iş yeri aşkar olunmamışdır. Məhkəmə icra məmurunu dinləyib, təqdimatı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, Şərur Rayon Məhkəməsinin e-2(110)- 892/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinin surətindən görünür ki, iddia qismən təmin edilməklə Borclu xx.xx.2023-cü il tarixli 142559 saylı Müqaviləyə əsasən 800 (səkkiz yüz) manat ödənilməmiş hissə, 56 (əlli altı) manat cərimə, ümumilikdə 856 (səkkiz yüz əlli altı) manat borc və 30.42 manat ödənilmiş dövlət rüsumunun 24.70 manatı olmaqla, ümumilikdə 880.70 (səkkiz yüz səksən manat yetmiş qəpik) manat məbləğində pul tutularaq Tələbkar1nə ödənilməsi, həmçinin Şərur Rayon Məhkəməsinin e-2(110)-904/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinin surətindən görünür ki, iddia qismən təmin edilməklə cavabdeh Borclu xx.xx.2023-cü il tarixli, 09413477 saylı Müqaviləyə əsasən 483.19 (dörd yüz səksən üç manat on doqquz qəpik) manat ödənilməmiş hissə, 33.82 (otuz üç manat səksən iki qəpik) manat cərimə, ümumilikdə 517.01 (beş yüz on yeddi manat bir qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun 29.16 manatı olmaqla, ümumilikdə 546.17 (beş yüz qırx altı manat on altı qəpik) manat məbləğində pul alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Borclu tələbin könüllü icrası haqqında bildirişlər və icraata başlamaq haqqında qərarların surətləri göndərilmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borclu icra sənədlərinin icrası istiqamətində heç bir addım atmamışdır. Belə olan təqdirdə məhkəmə bu qənaətə gəlir ki, Şərur Rayon Məhkəməsinin e-2(110)-892/2024 saylı xx.xx.2024-cü il tarixli və e-2(110)-904/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. “İcra“ haqqında” Azərbaycan Respublikası Qanunun: - 3.1-ci maddəsinin tələbinə əsasən məhkəmə digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikası ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri üçün məcburidir;“ - 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir;“““““““““““ - 12.1-ci maddəsinin tələbinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir; - 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məhkəməsinin 231.3-cü maddəsinə əsasən icra üzrə icraatın dayandırılması məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşıdırlması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, inzibatiiqtisadi məhkəmənin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin inzibati-iqtisadi məhkəmə və ya icra məmurunun olduğu yer üzrə müvafiq inzibati-iqtisadi məhkəmə tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşıdırlması haqqında təqdimatlara bu məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları“əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Həmçinin məhkəmə qeyd edir ki, iş materiallarında olan sərhədkeçmə məlumatlarından görünür ki, Borclu hal hazırda ölkə hüdudlarından kənardadır. Lakin borclu Azərbaycan Respublikasının ərazisinə qayıtdıqdan sonra, yenidən ölkə hüdudlarını tərk edəcəyi təqdirdə icra sənədinin icrasına yenidən maneələr yaranacaq ki, bu isə öz növbəsində icra sənədinin icrasının daha da qeyri müəyyən müddətə mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnəcəkdir. Ona görə də Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 təqdimatı əsaslı olduğundan təmin edilməli Şərur Rayon Məhkəməsinin e-2(110)-892/2024 saylı xx.xx.2024-cü il tarixli və e-2(110)- 904/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə xx.xx.1992-ci il tarixində Şərur rayon Qarxun kəndində doğulmuş və Şərur rayon Qarxun kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə yuxarıda qeyd edilənləri, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263, 264, 266, 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Təqdimat təmin edilsin. Şərur Rayon Məhkəməsinin e-2(110)-892/2024 saylı xx.xx.2024-cü il tarixli və e-2(110)-904/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədilə xx.xx.1992-ci il tarixində Şərur rayon Qarxun kəndində doğulmuş və Şərur rayon Qarxun kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar