Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 8(110)-41/2025 18.03.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi ilə, Tələbkar alimentin indeksasiya olunmasına dair ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək Şərur Rayon Məhkəməsinin 2(110)- 110/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təyin edilmiş aliment miqdarının indeksasiya olunması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tələbkar ərizənin əsası kimi Şərur Rayon Məhkəməsinin 2(110)-110/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə hər ay iki uşağa 180 manat məbləğində aliment təyin edildiyini, bir uşağının xx.xx.2024-cü il tarixdə vəfat etdiyini, haliyədə digər övladının böyüdüyünü, gündəlik tələbatlarının artdığını, təyin olunan alimentin miqdarının gündəlik tələbatını ödəməyə yetmədiyini, heç bir yerdə işləmədiyini, uşağın tələbatlarını ödəməkdə çətinlik çəkdiyini, ona görə də alimentin miqdarının artırılmasını istədiyini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilmiş, lakin tərəflər heç bir üzrlü səbəb olmadan iştirak etməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmışdır. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin 2(110)-110/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Şərur rayon Həmzəli kəndində yaşayan Borclu xx.xx.2016-cı il tarixdə doğulmuş X3 və xx.xx.2017-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 180 manat sabit pul məbləğində aliment tutularaq Şərur rayon Aşağı Yaycı kəndində yaşayan Tələbkar ödənilməsi qət edilmişdir. Elektron Məhkəmə informasiya sistemindən görünür ki, 2(110)-110/2023 nömrəli icra sənədi üzrə xx.xx.2023-cü il tarixdə Şərur Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən icraata başlanılmış, icra sənədi hazırda onun icraatındadır. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli, 15 nömrəli qərarının 1.2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında edilmiş dəyişikliyə görə qərarının 8.4-2-ci bəndinə göstərilir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. 2023-cü ildə minimum əmək haqqı 345 manat olmuşdur. Buna görə alimentin məbləği həmin il ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,52 misli həddində (180 manat / 345 manat) indeksasiya olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarının 8.11-1-ci bəndinə əsasən belə nəticəyə gəlir ki, indeksasiya olunmuş alimentin tutulması bu barədə məhkəməyə müraciət edildiyi vaxtdan hesablanmalıdır. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263 - 264, 266 və 268-ci maddələrini rəhbər tutaraq, qərar verdi: Ərizə təmin edilsin. Şərur Rayon Məhkəməsinin 2(110)-110/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya edilsin. xx.xx.2025-ci il tarixindən başlayaraq xx.xx.2016-cı il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şərur rayon Həmzəli kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Borclu Şərur rayon Aşağı Yaycı kəndində yaşayan Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,52 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Şərur Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №8(110)-41/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №8(110)-41/2025
18.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver