Məhkəmə qərarları › İş №8(110)-53/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №8(110)-53/2025

11.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 8(110)-53/2025 11.04.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, Şərur rayon İcra və Probasiya şöbəsinin rəisi X6 iştirakı ilə, Şərur rayon İcra və Probasiya şöbəsinin rəisi X6 Şərur Rayon Məhkəməsinin 2(110)-770/2023 nömrəli xx.xx.2023-cü il tarixli və Lənkəran Rayon Məhkəməsinin 2(049)-247/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair 01 aprel 2025-ci il tarixli təqdimatına Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X11 təqdimatla məhkəməyə müraciət edərək Lənkəran Rayon Məhkəməsinin 2(049)-247/2024-009 nömrəli xx.xx.2024-cü il tarixli və Şərur Rayon Məhkəməsinin 2(110)-770/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X11 təqdimatda qeyd etmişdir ki, xx.xx.2024cü il tarixli qərarla icraata başlanılmış Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)- 247/2024-009 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 100 manat sabit pul məbləğində alimentin tələbkar X1 xeyrinə və xx.xx.2023-cü il tarixli qərarla icraata başlanılmış Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 2(110)- 770/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədlərinə əsasən 1113.66 manat pulun Tələbkar2 ASC-nin xeyrinə xx.xx.1989-cu ildə anadan olmuş və Şərur rayon Ərəbyengicə kəndində qeydiyyatda olan Borclu ödənilməlidi. Yuxarıda qeyd olunan icra sənədləri Naxçıvan MR ƏN Şərur rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərarlar qəbul edilərək qərarların surəti və bildirişlər Borclu göndərilmişdir. Borclu bugünədək yaranmış borclarını ödəmədiyi üçün tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyatı təşkilatlara sorğu göndərilmiş, həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsini rəhbər tutaraq, borclu X2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X11 izahatında təqdimatda qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən təqdimatın təmin olunmasını xahiş etmişdir. Tələbkarlar X5, Tələbkar2 ASC-nə və Borclu məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş, lakin onlar məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 231.2ci maddəsinə müvafiq olaraq təqdimata tələbkarların və borclunun iştirakı olmadan baxmışdır. Təqdimata əlavə edilmiş: - Lənkəran Rayon Məhkəməsinin 2(049)-247/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədinin surətindən görünür ki, xx.xx.2018-ci il il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh Borclu hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X5 verilməsi, alimentin tutulmasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanması edilmişdir; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şərur Rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən Şərur Rayon Məhkəməsinin 2(049)-247/2024-009 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən icra icraatına başlanılmışdır; - xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, icraata başlama haqqında qərar, tələbin könüllü icrası haqqında bildiriş Borclu göndərilmişdir; - “Poçt göndərişlərinin verilməsi haqqında” xəbərnamədən görünür ki, tələbin könüllü icrası haqqında bildiriş Borclu rəsmi qaydada çatdırılmışdır; - Şərur Rayon Məhkəməsinin 2(110)-770/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinin surətindən görünür ki, iddia təmin edilməklə xx.xx.2022-ci il tarixli RGTK5849924A121 saylı Kredit müqaviləsinə əsasən cavabdeh Borclu 931.52 (doqquz yüz otuz bir manat əlli iki qəpik) manat əsas borc, 151.31 (bir yüz əlli bir manat otuz bir qəpik) manat faiz borcu, cəmi 1082.83 (bir min səksən iki manat səksən üç qəpik) manat məbləğində borc və 30.83 (otuz manat səksən üç qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 1113.66 (bir min yüz on üç manat altmış altı qəpik) manat məbləğində pul alınaraq Tələbkar2 Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir; - xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şərur Rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən Şərur Rayon Məhkəməsinin 2(110)-770/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən icra icraatına başlanılmışdır; - xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, icraata başlama haqqında qərar, tələbin könüllü icrası haqqında bildiriş Borclu göndərilmişdir; - “Poçt göndərişlərinin verilməsi haqqında” xəbərnamədən görünür ki, tələbin könüllü icrası haqqında bildiriş Borclu rəsmi qaydada çatdırılmışdır. - “Elektron İcra Sistemi”ndən çıxarışdan görünür ki, Borclu adına bank hesabları, daşınar və daşınmaz əmlaklar, əmək müqaviləsi üzrə iş yeri aşkar olunmamışdır. Məhkəmə icra məmurunu dinləyib, təqdimatı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, Şərur Rayon Məhkəməsinin 2(110)-770/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinin surətindən görünür ki, iddia təmin edilməklə xx.xx.2022ci il tarixli RGTK5849924A121 saylı Kredit müqaviləsinə əsasən cavabdeh Borclu 931.52 (doqquz yüz otuz bir manat əlli iki qəpik) manat əsas borc, 151.31 (bir yüz əlli bir manat otuz bir qəpik) manat faiz borcu, cəmi 1082.83 (bir min səksən iki manat səksən üç qəpik) manat məbləğində borc və 30.83 (otuz manat səksən üç qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 1113.66 (bir min yüz on üç manat altmış altı qəpik) manat məbləğində pul alınaraq Tələbkar2 Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, həmçinin Lənkəran Rayon Məhkəməsinin 2(049)- 247/2024-009 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədinin surətindən görünür ki, xx.xx.2018-ci il il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh Borclu hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X5 verilməsi, alimentin tutulmasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanması qət edilmişdir. Borclu tələbin könüllü icrası haqqında bildirişlər və icraata başlamaq haqqında qərarların surətləri göndərilmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borclu icra sənədlərinin icrası istiqamətində heç bir addım atmamışdır. Belə olan təqdirdə məhkəmə bu qənaətə gəlir ki, Şərur Rayon Məhkəməsinin 2(110)-770/2023 nömrəli xx.xx.2023-cü il tarixli və Lənkəran Rayon Məhkəməsinin 2(049)-247/2024-009 nömrəli xx.xx.2024cü il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məhkəməsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun: - 3.1-ci maddəsinin tələbinə əsasən məhkəmə digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikası ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri üçün məcburidir; - 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir; - 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məhkəməsinin 231.3-cü maddəsinə əsasən icra üzrə icraatın dayandırılması məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşıdırlması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, inzibatiiqtisadi məhkəmənin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin inzibati-iqtisadi məhkəmə və ya icra məmurunun olduğu yer üzrə müvafiq inzibati-iqtisadi məhkəmə tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşıdırlması haqqında təqdimatlara bu məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Həmçinin məhkəmə qeyd edir ki, iş materiallarında olan sərhədkeçmə məlumatlarından görünür ki, Borclu hal hazırda ölkə hüdudlarından kənardadır. Lakin borclu Azərbaycan Respublikasının ərazisinə qayıtdıqdan sonra, yenidən ölkə hüdudlarını tərk edəcəyi təqdirdə icra sənədinin icrasına yenidən maneələr yaranacaq ki, bu isə öz növbəsində icra sənədinin icrasının daha da qeyri müəyyən müddətə mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnəcəkdir. Ona görə də Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 təqdimatı əsaslı olduğundan təmin edilməli Şərur Rayon Məhkəməsinin 2(110)-770/2023 nömrəli xx.xx.2023-cü il tarixli və Lənkəran Rayon Məhkəməsinin 2(049)-247/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə xx.xx.1989-cu il tarixində Şərur rayon Ərəbyengicə kəndində doğulmuş və həmin ünvanda qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə yuxarıda qeyd edilənləri, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263, 264, 266, 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Təqdimat təmin edilsin. Şərur Rayon Məhkəməsinin 2(110)-770/2023 nömrəli xx.xx.2023-cü il tarixli və Lənkəran Rayon Məhkəməsinin 2(049)-247/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədilə xx.xx.1989-cu il tarixində Şərur rayon Ərəbyengicə kəndində doğulmuş və həmin ünvanda qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar