Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 8(110)-62/2025 11.04.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur rayon məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 Şərur Rayon Məhkəməsinin (110)- 99/2025 saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərarı üzrə barəsində inzibati həbs tətbiq edilmiş şəxsin tutulması və inzibati həbsin əvvəlinin şəxsin tutulduğu vaxtdan hesablanması haqqında 09 aprel 2025-ci il tarixli təqdimatına və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 təqdimatla məhkəməyə müraciət edərək Şərur Rayon Məhkəməsinin 2 (110)-99/2025 saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərarı ilə 08 (səkkiz) gün müddətində inzibati həbs edilmiş Borclu inzibati həbsin icrası yerinə təhvil verilməsi məqsədilə və inzibati həbsin əvvəlinin şəxsin tutulduğu vaxtdan hesablanmasına dair qərardad verilməsini xahiş etmişdir. Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 xx.xx.2025-ci il tarixdə Şərur Rayon Məhkəməsinə ərizə ünvanlayaraq, ərizəsində Borclu barəsində olan 09 aprel 2025-ci il tarixli təqdimatı geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə təqdim edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, təqdimat analogiya üzrə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152-ci maddəsinin tələblərinə uyğun olaraq ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 13.4-cü maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir; - 152.1.9- cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; - 152.2 - ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Beləliklə də, məhkəmə qeyd edir ki, təqdimat və ona əlavə edilmiş sənədlər Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 geri qaytarılmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının MPM-in 13, 260, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 Şərur Rayon Məhkəməsinin 3(110)- 99/2025 saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərarı üzrə barəsində inzibati həbs tətbiq edilmiş şəxsin tutulması və inzibati həbsin əvvəlinin şəxsin tutulduğu vaxtdan hesablanması haqqında təqdimatı geri qaytarılsın. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Seymur Qarayev
Məhkəmə qərarları › İş №8(110)-62/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №8(110)-62/2025
11.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver