Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 8(110)-68/2025 23.04.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X12 məhkəmə iclas katibliyi, Borclu X1 iştirakı ilə, Şərur rayon İcra və Probasiya şöbəsinin rəisi X19 Şərur Rayon Məhkəməsinin 2(110)-587/2023 nömrəli xx.xx.2023-cü il tarixli və 2(110)-592/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədilə X1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair 14 aprel 2025-ci il tarixli təqdimatına Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X21 təqdimatla məhkəməyə müraciət edərək Şərur Rayon Məhkəməsinin 2(110)-587/2023-012 nömrəli xx.xx.2023-cü il tarixli və Şərur Rayon Məhkəməsinin 2(110)-592/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə borclu X1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X21 təqdimatda qeyd etmişdir ki, xx.xx.2023cu il tarixli qərarla icraata başladığım Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 2(110)-587/2023- 012 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 380 manat sabit pul məbləğində aliment tələbkar X6 xeyrinə və xx.xx.2024cü il tarixli qərarla icraata başladığım Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 2(110)-592/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən 2277.40 manat pul tələbkar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xeyrinə xx.xx.1988-ci ildə anadan olmuş və Şərur rayon Çomaxtur kəndində qeydiyyatda olan və yaşayan Borclu tutularaq ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədləri müvafiq olaraq xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə Şərur Rayon İcra və Probasıya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərarlar qəbul edilərək, qərarların surətlərı bildirişlərlə icra sənədi üzrə borclu X5 göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edirəm ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsini rəhbər tutaraq, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş edirəm. Tələbkarlar X8 və Şərur rayon İcra və Probasiya şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş, lakin onlar məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPMin 231.2-ci maddəsinə müvafiq olaraq təqdimata tələbkarların iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak edən borclu X7 izahatında 10 aydır cəcaçəkmə müəsisəsində cəza çəkbiyini, cəzasının yeni bitdiyini, ona görədə həmin borcları ödəyə bilmədiyini, təzəlikdə maşın yuma məntəqəsində işə düzəldiyini, işləyərək borclarını hissə-hissə ödədiyini, ayağında sınıq olduğunu, gələcəkdə müalicə üçün Türkiyə Respublikasına gedəcəyiniqeyd edərək məhkəmədən təqdimatın rədd edilməsini xahiş etmişdir. Təqdimata əlavə edilmiş: - Şərur Rayon Məhkəməsinin 2(110)-592/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədinin surətindən görünür ki, iddia təmin edilmiş, elektron nəzarət qurğusunun dəyəri olan 2277 (iki min iki yüz yetmiş yeddi) manat 40 (qırx) qəpik məbləğində pul cavabdeh Borclu alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilməsi, idianın təmin edilmiş hissəsinə müvafiq olaraq ödənilməsi müəyyən olunmuş 42.47 (qırx iki manat qırx yeddi qəpik) manat məbləğində dövlət rüsumu cavabdeh Borclu alınaraq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şərur Rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən Şərur Rayon Məhkəməsinin 2(110)-592/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən icra icraatına başlanılmışdır; - xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, icraata başlama haqqında qərar, tələbin könüllü icrası haqqında bildiriş borclu X3 göndərilmişdir; - “Poçt göndərişlərinin verilməsi haqqında” xəbərnamədən görünür ki, tələbin könüllü icrası haqqında bildiriş borclu X3 rəsmi qaydada çatdırılmışdır; - Şərur Rayon Məhkəməsinin 2(110)-587/2023-012 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinin surətindən görünür ki, Şərur rayon Çomaxtur kəndində yaşayış yeri üzrə qeydiyyatda olan X2 xx.xx.2018-ci il tarixdə doğulmuş X9 və xx.xx.2019-cu il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 190 (bir yüz doxsan) manat olmaqla, ümumlikdə 380 (üç yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Şərur rayon Dərvişlər kəndində yaşayan X10 ödənilməsi, alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablanması və dərhal icraya yönəldilməsi, Şərur Rayon Məhkəməsinin müvəqqəti alimentin tutulmasına dair xx.xx.2023-cü il tarixli 2(110)-587/2023 saylı qərardadı ləğv edilsin və həmin qərardad əsasında aparılmış ödənişlər nəzərə alınması qət edilmişdir; - xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şərur Rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən Şərur Rayon Məhkəməsinin 2(110)-587/2023-012 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən icra icraatına başlanılmışdır; - xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, icraata başlama haqqında qərar, tələbin könüllü icrası haqqında bildiriş borclu X3 göndərilmişdir; - “Poçt göndərişlərinin verilməsi haqqında” xəbərnamədən görünür ki, tələbin könüllü icrası haqqında bildiriş borclu X3 rəsmi qaydada çatdırılmışdır. - “Elektron İcra Sistemi”ndən çıxarışdan görünür ki, X1 adına bank hesabları, daşınar və daşınmaz əmlaklar, əmək müqaviləsi üzrə iş yeri aşkar olunmamışdır. Məhkəmə borclunun izahatını, təqdimatı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, Şərur Rayon Məhkəməsinin 2(110)- 587/2023-012 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinə ısasın Şərur rayon Çomaxtur kəndində yaşayış yeri üzrə qeydiyyatda olan X2 xx.xx.2018-ci il tarixdə doğulmuş X9 və xx.xx.2019-cu il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 190 (bir yüz doxsan) manat olmaqla, ümumlikdə 380 (üç yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Şərur rayon Dərvişlər kəndində yaşayan X10 ödənilməsi, alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablanması və dərhal icraya yönəldilməsi, Şərur Rayon Məhkəməsinin müvəqqəti alimentin tutulmasına dair xx.xx.2023-cü il tarixli 2(110)-587/2023 saylı qərardadı ləğv edilsin və həmin qərardad əsasında aparılmış ödənişlər nəzərə alınması, həmçinin Şərur Rayon Məhkəməsinin 2(110)-592/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədinin surətindən görünür ki, iddia təmin edilmiş, elektron nəzarət qurğusunun dəyəri olan 2277 (iki min iki yüz yetmiş yeddi) manat 40 (qırx) qəpik məbləğində pul cavabdeh Borclu alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilməsi, idianın təmin edilmiş hissəsinə müvafiq olaraq ödənilməsi müəyyən olunmuş 42.47 (qırx iki manat qırx yeddi qəpik) manat məbləğində dövlət rüsumu cavabdeh Borclu alınaraq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Borclu X3 tələbin könüllü icrası haqqında bildirişlər və icraata başlamaq haqqında qərarların surətləri göndərilmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borclu icra sənədlərinin icrası istiqamətində heç bir addım atmamışdır. Belə olan təqdirdə məhkəmə bu qənaətə gəlir ki, Şərur Rayon Məhkəməsinin 2(110)-587/2023-012 nömrəli xx.xx.2023-cü il tarixli və 2(110)-592/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədilə borclu X1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məhkəməsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun: - 3.1-ci maddəsinin tələbinə əsasən məhkəmə digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikası ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri üçün məcburidir; - 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir; - 12.1-ci maddəsinin tələbinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir; - 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məhkəməsinin 231.3-cü maddəsinə əsasən icra üzrə icraatın dayandırılması məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşıdırlması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, inzibatiiqtisadi məhkəmənin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin inzibati-iqtisadi məhkəmə və ya icra məmurunun olduğu yer üzrə müvafiq inzibati-iqtisadi məhkəmə tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşıdırlması haqqında təqdimatlara bu məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə təqdimatı, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, borclunun izahatını dinləyib, qanunvericiliyin qeyd edilən tələblərinə əsasən hesab edir ki, borclu haliyədə ölkə ərazisindədir, o, ölkə hüdudlarını tərk edəcəyi təqdirdə icra sənədinin icrasına maneələr yaranacaq ki, bu isə öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnəcəkdir. Ona görə də Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X19 təqdimatı əsaslı olduğundan təmin edilməli Şərur Rayon Məhkəməsinin 2(110)-587/2023 nömrəli xx.xx.2023-cü il tarixli və 2(110)-592/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə xx.xx.1988-ci il tarixində Şərur rayon Çomaxtur kəndində doğulmuş və həmin ünvanda qeydiyyatda olan borclu X1 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə yuxarıda qeyd edilənləri, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263, 264, 266, 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Təqdimat təmin edilsin. Şərur Rayon Məhkəməsinin 2(110)-587/2023 nömrəli xx.xx.2023-cü il tarixli və 2(110)-592/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədilə xx.xx.1988-ci il tarixində Şərur rayon Çomaxtur kəndində doğulmuş və həmin ünvanda qeydiyyatda olan borclu X1 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №8(110)-68/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №8(110)-68/2025
23.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver