Məhkəmə qərarları › İş №8(110)-75/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №8(110)-75/2025

02.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 8(110)-75/2025 02.05.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 iştrakı ilə, Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 Şərur rayon Məhkəməsinin 2(110)-282/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus “daşınar əmlakın üzərinə həbs qoyulması”na dair təqdimatına Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Şərur rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X4 təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus “MAZ 5549” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini məhkəmədən xahiş xahiş etmişdir. Şərur rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X4 təqdimatla məhkəməyə müraciət edərək Şərur rayon Məhkəməsinin 2(110)-282/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, Borclu 2150 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməsi xeyrinə ödənilməli olduğunu, icra sənədinin xx.xx.2024-cü il tarixdə Şərur rayon İcra və Probasiya şöbəsinə daxil olduğunu və qanuna müvafiq qaydada icraya yönəldiyini, icraata başlamaq haqqında qərar qəbul olunaraq surəti bildirişlə bərabər Borclu icra sənədində qeyd olunan ünvanına göndərildiyini, borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi tam təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə“Elektron icra” informasiya sistemindən sorğular edildiyini, belə ki, “Elektron icra”informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunduğunu ki, Borclu məxsus olan “MAZ 5549” yük markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili mövcud olduğunu, icra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməli olduğunu hesab etdiyini, yuxarıda göstərilənlərə və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsini rəhbər tutaraq icra sənədi üzrə Borclu məxsus olan “MAZ 5549” yük markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şərur rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X4 izahatında təqdimatda qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tələbkar və Borclu məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş, lakin onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 231.2-ci maddəsinə müvafiq olaraq təqdimata tələbkarın nümayəndəsinin iştirakı olmadan baxmışdır. Təqdimata əlavə edilmiş: - Şərur rayon Məhkəməsinin 2(110)-282/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, iddia qismən təmin edilməklə cavabdehlər Şərur rayon Diyadin kəndində qeydiyyatda olan Borclu 2150 (iki min bir yüz əlli) manat, Kəngərli rayon Qıvraq qəsəbəsində qeydiyyatda olan X3 300 (üç yüz) manat məbləğində pul alınaraq Şərur rayon Dərvişlər kəndində qeydiyyatda olan iddiaçı Tələbkar ödənilməsi, ödənilmiş 80 manat dövlət rüsumunun 41.54 manatı iddiaçıya aid edilsin, 38.46 manatı isə cavabdehlər Borclu və X3 müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi, iddia digər hissədə rədd edilməsi qət edilmişdir; - xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Şərur Rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən Şərur rayon Məhkəməsinin 2(110)-282/2024-013 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən icra icraatına başlanılmışdır; - “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildiriş Borclu rəsmi qaydada göndərilmişdir.; - “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına çıxarışa əsasən Borclu adına “MAZ 5549” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı yük avtomobili qeydə alınmışdır. Məhkəmə təqdimatı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, Şərur Rayon Məhkəməsinin Məhkəməsinin 2(110)-282/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, iddia qismən təmin edilməklə cavabdehlər Şərur rayon Diyadin kəndində qeydiyyatda olan Borclu 2150 (iki min bir yüz əlli) manat, Kəngərli rayon Qıvraq qəsəbəsində qeydiyyatda olan X3 300 (üç yüz) manat məbləğində pul alınaraq Şərur rayon Dərvişlər kəndində qeydiyyatda olan iddiaçı Tələbkar ödənilməsi, ödənilmiş 80 manat dövlət rüsumunun 41.54 manatı iddiaçıya aid edilsin, 38.46 manatı isə cavabdehlər Borclu və X3 müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi, iddia digər hissədə rədd edilməsi qət edilmişdir. Borclu tələbin könüllü icrası haqqında bildiriş və icraata başlamaq haqqında qərarın surəti göndərilmiş, lakin borclu icra sənədinin icrası istiqamətində heç bir addım atmamışdır. Haliyədə isə onun tələbkara ödənilməmiş 2150 manat borcu vardır. Belə olan təqdirdə məhkəmə bu qənaətə gəlir ki, Şərur Rayon Məhkəməsinin 2(110)-282/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə təqdimat təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: - 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir; - 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir; - 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsasıdır; - 45.1. maddəsində göstərilir ki, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir; - 50.1-ci maddəsinə əsasən, icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur; -50.2-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək nhüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, Şərur rayon Məhkəməsinin 2(110)-282/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək üçün məcburi icra tədbiri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi məqsədilə Şərur rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X4 tərəfindən verilmiş təqdimat təmin edilməli və Borclu mülkiyyətində olan “MAZ 5549” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin üzərinə həbs qoyulmalıdır. Yuxarıda qeyd edilənləri və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : Təqdimat təmin edilsin. Şərur Rayon Məhkəməsinin 2(110)-282/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus “MAZ 5549” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin üzərinə həbs qoyulsun. Qərardadın icrası Şərur rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar