Məhkəmə qərarları › İş №8(110)-78/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №8(110)-78/2025

07.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 8(110)-78/2025 07.05.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X6 məhkəmə iclas katibliyi ilə, Ərizəçi Tələbkar Borclu qarşı “alimentin indeksasiya olunması” barədə ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Tələbkar ərizəla məhkəməyə müraciət edərək ərizəsində Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(110)-400/2022 saylı qətnaməsi ilə təyin edilmiş aliment miqdarının indeksasiya edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Tələbkar ərizəsində Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(110)-400/2022 saylı qətnaməsi ilə hər ay üç uşağa 300 manat sabit pul məbləğində aliment təyin edildiyini, o uşağın tələbatlarını ödəməkdə çətinlik çəkdiyini, təyin olunan alıment uşağın tələbatını ödəmədiyini bildirmişdir. Ərizəçi və borcluya məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 231.2-ci maddəsinə müvafiq olaraq ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəyə əlavə edilmiş Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(110)-400/2022 nömrəli qətnamənin surətindən görünür ki, iddia təmin edilmiş, iddiaçı X4 ilə cavabdeh Borclu arasında Şərur rayon Qeydiyyat şöbəsində 27 iyun 2019-cu il tarixdə 182 saylı akt qeydi ilə bağlanmış nikah pozulması, iş üzrə tərəflərin birgə nikahlarından doğulmuş yetkinlik yaşlarına çatmayan uşaqları- 18 iyul 2014-cü il təvəllüdlü X9, 13 noyabr 2015-ci il təvəllüdlü X7 və 12 yanvar 2018-ci il təvəllüdlü X11 anaları - iddiaçı X1 yanında saxlanılması, iş üzrə tərəflərin birgə nikahlarından doğulmuş yetkinlik yaşlarına çatmayan uşağı 18 iyul 2014-cü il təvəllüdlü X9 cavabdeh Borclu alınaraq iddiaçı X2 verilməsi, 24 may 2022-ci il tarixdən hesablanmaqla 13 noyabr 2015-ci il təvəllüdlü X3 və 12 yanvar 2018-ci il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdeh Borclu hər ay bir uşağa 100 (bir yüz) manat olmaqla, ümumilikdə iki uşağa görə 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 ödənilməsi, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla 18 iyul 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün cavabdeh Borclu hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 ödənilməsi, nikahın pozulması dövlət qeydiyyatına alınarkən cavabdeh Borclu 20 (iyirmi) manat məbləğində rüsum alınaraq dövlət büdcəsinə köçürülsün, iddiaçı X4 bu xərci çəkməkdən azad edilməsi qət edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024- cü il tarixli 15 nömrəli Qərarının: - 8.4-1 - ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74= 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan Anın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir); - 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir); - 8.11-1-ci bəndinə əsasən alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. Həmçinin Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir; - 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Məhəkəmə qeyd edir ki, “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 2021 - ci il tarixli sərəncamı ilə minimumum aylıq əmək haqqının məbləği 2022-ci il yanvarın 1-dən 300 manat müəyyən edilmişdir. Eyni zamanda “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2025-ci il tarixdən 400 manat həddində müəyyən edilmişdir. Ona görə də, məhkəmə qeyd edir ki, alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alaraq Şərur Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2(110)-400/2022 saylı qətnaməsi ilə uşaq üçün tutulan 100 məbləğində alimentin indeksasiyanı həyata keçirən zaman 100 manat məbləğində alimentin 2022-cü il üzrə müəyyən edilmiş 300 manat minimum əmək haqqının 0.33 mislini təşkil etdiyini nəzərə alaraq, ərizə üzrə alimentin məbləğinin indeksasiyası hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.33 misli həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: - 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər; - 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Beləliklə də, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, Şərur Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2(110)-400/2022 saylı qətnaməsi ilə tutulan aliment indeksasiya edilməli və 28 aprel 2025-ci il tarixdən başlayaraq 18 iyul 2014-cü il təvəllüdlü X5, 13 noyabr 2015-ci il təvəllüdlü X3 və 12 yanvar 2018-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Borclu sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.33 misli həddində sabit pul məbləğində aliment alınaraq Tələbkar ödənilməlidir. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263 - 264, 266 və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Ərizə təmin edilsin. Şərur Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2(110)-400/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya edilsin. 28 aprel 2025-ci il tarixdən başlayaraq 18 iyul 2014-cü il təvəllüdlü X5, 13 noyabr 2015-ci il təvəllüdlü X3 və 12 yanvar 2018-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Borclu sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.33 misli həddində sabit pul məbləğində aliment alınaraq Tələbkar ödənilsin. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar