Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 8(110)-81/2025 12.05.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Şərur rayon İcra və Probasiya şöbəsinin rəisi X2 iştirakı ilə, Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 2(110)-600/2024 saylı, 13 sentyabr 2024-cü il tarixli və 2(110)-819/2024 saylı, 11 oktyabr 2024-cü il tarixli və Bakı Şəhər Xəzər Rayon Məhkəməsi tərəfindən verilmiş 2(003)-120/2025 saylı 23 yanvar 2025-ci il tarixli icra sənədlərinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair 30 aprel 2025-ci il tarixli təqdimatına Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şərur rayon İcra və Probasiya şöbəsinin rəisi X4 təqdimatla məhkəməyə müraciət edərək Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 2(110)-600/2024 saylı, 13 sentyabr 2024-cü il tarixli, Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 2(110)-819/2024 saylı, 11 oktyabr 2024-cü il tarixli və Bakı Şəhər Xəzər Rayon Məhkəməsi tərəfindən verilmiş 2(003)-120/2025 saylı 23 yanvar 2025-ci il tarixli icra sənədlərinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Şərur rayon İcra və Probasiya şöbəsinin rəisi X4 təqdimatda qeyd etmişdir ki, 18 oktyabr 2024-cü il tarixli qərarla icraata başladığım Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 2(110)-600/2024 saylı, 13 sentyabr 2024-cü il tarixli icra sənədinə əsasən 51000 manat pul tələbkar Mahmudov Sadıqın xeyrinə, 06 dekabr 2024-cü il tarixli qərarla icraata başladığım Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 2(110)-819/2024 saylı, 11 oktyabr 2024-cü il tarixli icra sənədinə əsasən 18496 manat pul Tələbkar2 xeyrinə və 19 mart 2025-ci il tarixli qərarla icraata başladığım Bakı Şəhər Xəzər Rayon Məhkəməsi tərəfindən verilmiş 2(003)-120/2025 saylı, 23 yanvar 2025-ci il tarixli icra sənədinə əsasən 90364 manat pul Tələbkar3 xeyrinə Borclu alınaraq ödənilməlidir. Şərur rayonu Ərəbyengicə kəndində qeydiyyatda olan xx.xx.1966-cı təvəllüdlü Borclu tələbin könüllü icrası haqqında bildirişlərdə verilən müddətin keçməsinə baxmayaraq bu günədək icra sənədində göstərilən məbləği tam şəkildə icra etməkdən heç bir səbəb göstərmədən yayınmışdırlar. Göstərilənlərə əsasən və "İcra Haqqında" Azərbaycan Respublikası qanununun 84-1-ci maddəsini rəhbər tutaraq Borclu ölkədən getmək hüquqlarının müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş edirəm. Məhkəmə iclasında iştirak edən Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 izahatında təqdimatda qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən təqdimatın təmin olunmasını xahiş etmişdir. Tələbkarlar Tələbkar2, Tələbkar3, Makhmudov Sadıqə və Borclu məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş, lakin onlar məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 231.2-ci maddəsinə müvafiq olaraq təqdimata tələbkarların və borclunun iştirakı olmadan baxmışdır. Təqdimata əlavə edilmiş: - Şərur Rayon Məhkəməsinin 2(110)-600/2024 saylı 13 sentyabr 2024-cü il tarixli icra sənədinin surətindən görünür ki, iddia təmin edilməklə cavabdeh Borclu 51000 (əlli bir min) manat məbləğində pul alınaraq iddiaçı Mahmudov Sadıqa ödənilməsi, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şərur Rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən Şərur Rayon Məhkəməsinin 2(110)-600/2024 saylı 13 sentyabr 2024-cü il tarixli icra sənədinə əsasən icra icraatına başlanılmışdır; - xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, icraata başlama haqqında qərar, tələbin könüllü icrası haqqında bildiriş Borclu göndərilmişdir; - Şərur Rayon Məhkəməsinin 2(110)-819/2024 saylı 11 oktyabr 2024-cü il tarixli icra sənədinin surətindən görünür ki, iddia təmin edilməklə cavabdeh Borclu 18350 (on səkkiz min üç yüz əlli) manat məbləğində pul və 146 (bir yüz qırx altı) manat dövlət rüsumu olmaqla, ümumilikdə 18496 (on səkkiz min dörd yüz doxsan altı) manat alınaraq iddiaçı Tələbkar2 ödənilməsi qət edilmişdir; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şərur Rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən Şərur Rayon Məhkəməsinin 2(110)-819/2024 saylı 11 oktyabr 2024-cü il tarixli icra sənədinə əsasən icra icraatına başlanılmışdır; - xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, icraata başlama haqqında qərar, tələbin könüllü icrası haqqında bildiriş Borclu göndərilmişdir; - Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-120/2025 saylı 23 yanvar 2025-ci il tarixli icra sənədinin surətindən görünür ki, Borclu 90000,0 manat məbləğində pul vəsaiti və 364,0 manat dövlət rüsumu olmaqla, cəmi 90.364,0 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı Tələbkar3 ödənilməsi qət edilmişdir; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şərur Rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən Şərur Rayon Məhkəməsinin e-2(110)-892/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən icra icraatına başlanılmışdır; - xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, icraata başlama haqqında qərar, tələbin könüllü icrası haqqında bildiriş Borclu göndərilmişdir; - “Poçt göndərişlərinin verilməsi haqqında” xəbərnamədən görünür ki, tələbin könüllü icrası haqqında bildirişlər Borclu rəsmi qaydada çatdırılmışdır; - “Elektron İcra Sistemi”ndən çıxarışdan görünür ki, Borclu adına bank hesabları, daşınar və daşınmaz əmlaklar, əmək müqaviləsi üzrə iş yeri aşkar olunmamışdır. Məhkəmə icra məmurunu dinləyib, təqdimatı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, Şərur Rayon Məhkəməsinin 2(110)-600/2024 saylı 13 sentyabr 2024-cü il tarixli icra sənədinin surətindən görünür ki, iddia təmin edilməklə cavabdeh Borclu 51000 (əlli bir min) manat məbləğində pul alınaraq iddiaçı Mahmudov Sadıqa ödənilməsi, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi, Şərur Rayon Məhkəməsinin 2(110)- 600/2024 saylı 13 sentyabr 2024-cü il tarixli icra sənədinin surətindən görünür ki, iddia təmin edilməklə cavabdeh Borclu 18350 (on səkkiz min üç yüz əlli) manat məbləğində pul və 146 (bir yüz qırx altı) manat dövlət rüsumu olmaqla, ümumilikdə 18496 (on səkkiz min dörd yüz doxsan altı) manat alınaraq iddiaçı Tələbkar2 ödənilməsi, həmçinin Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-120/2025 saylı 23 yanvar 2025-ci il tarixli icra sənədinin surətindən görünür ki, Borclu 90000,0 manat məbləğində pul vəsaiti və 364,0 manat dövlət rüsumu olmaqla, cəmi 90.364,0 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı Tələbkar3 ödənilməsi qət edilmişdir. Borclu tələbin könüllü icrası haqqında bildirişlər və icraata başlamaq haqqında qərarların surətləri göndərilmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borclu icra sənədlərinin icrası istiqamətində heç bir addım atmamışdır. Belə olan təqdirdə məhkəmə bu qənaətə gəlir ki, Şərur Rayon Məhkəməsinin 2(110)- 600/2024 saylı 13 sentyabr 2024-cü il tarixli, Şərur Rayon Məhkəməsinin 2(110)-819/2024 saylı 11 oktyabr 2024-cü il tarixli və Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-120/2025 saylı 23 yanvar 2025-ci il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun: - 3.1-ci maddəsinin tələbinə əsasən məhkəmə digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikası ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri üçün məcburidir; - 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir; - 12.1-ci maddəsinin tələbinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir; - 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məhkəməsinin 231.3-cü maddəsinə əsasən icra üzrə icraatın dayandırılması məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşıdırlması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, inzibatiiqtisadi məhkəmənin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin inzibati-iqtisadi məhkəmə və ya icra məmurunun olduğu yer üzrə müvafiq inzibati-iqtisadi məhkəmə tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşıdırlması haqqında təqdimatlara bu məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə təqdimatı, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, icra məmurunun izahatını dinləyib, qanunvericiliyin qeyd edilən tələblərinə əsasən hesab edir ki, borclu haliyədə ölkə ərazisindədir, lakin borclunun ölkə hüdudlarını tərk edəcəyi təqdirdə icra sənədinin icrasına maneələr yaranacaq ki, bu isə öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnəcəkdir. Ona görə də Şərur rayon İcra və Probasiya şöbəsinin rəisi X2 təqdimatı əsaslı olduğundan təmin edilməli Şərur Rayon Məhkəməsinin 2(110)-600/2024 saylı, 13 sentyabr 2024-cü il tarixli, Şərur Rayon Məhkəməsinin 2(110)-819/2024 saylı, 11 oktyabr 2024-cü il tarixli və Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-120/2025 saylı 23 yanvar 2025-ci il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə xx.xx.1966-cı il tarixində Şərur rayon Ərəbyengicə kəndində doğulmuş və həmin ünvanda qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə yuxarıda qeyd edilənləri, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263, 264, 266, 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Təqdimat təmin edilsin. Şərur Rayon Məhkəməsinin 2(110)-600/2024 saylı, 13 sentyabr 2024-cü il tarixli, 2(110)-819/2024 saylı, 11 oktyabr 2024-cü il tarixli və Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-120/2025 saylı 23 yanvar 2025-ci il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədilə xx.xx.1966-cı il tarixində Şərur rayon Ərəbyengicə kəndində doğulmuş və həmin ünvanda qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №8(110)-81/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №8(110)-81/2025
12.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver