Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 8(110)-82/2024 16.12.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə, Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 Şərur Rayon Məhkəməsinin 2(110)- 826/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair 06 dekabr 2024-cü il tarixli təqdimatına Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək Şərur Rayon Məhkəməsinin 2(110)-826/2024-007 saylı xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 təqdimatında qeyd etmişdir ki, xx.xx.2024cü il tarixli qərarla icraata başladığım Naxçıvan MR Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 2(110)-826/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.1987-ci ildə anadan olmuş və Şərur rayon Mahmukənd kəndində qeydiyyatda olan Borclu hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2024-cü il tarixində Naxçıvan MR ƏN Şərur rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyətı təşkilatlara sorğular göndərilmişdir. Hesab edirəm ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsini rəhbər tutaraq Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 izahatında təqdimatda qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən təqdimatın təmin olunmasını xahiş etmişdir Borclu və Tələbkar məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş, onlar məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 231.2-ci maddəsinə müvafiq olaraq təqdimata borclunun və tələbkarın iştirakı olmadan baxmışdır. Məhkəmə təqdimatı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Təqdimata əlavə edilmiş: - Şərur Rayon Məhkəməsinin 2(110)-826/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinin təsdiq edilmiş surətindən görünür ki, iddiaçı Tələbkar cavabdeh Borclu qarşı “nikahın pozulması, uşaqların ananın yanında saxlanılmasının müəyyən olunması və aliment tələbi barədə” mülki iş üzrə məhkəmə qətnaməsi çıxarılanadək xx.xx.2024-cü il tarixdən hesablanmaqla xx.xx.2021-ci il tarixdə doğulmuş X6 və xx.xx.2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Borclu hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, ümumulikdə iki uşağa görə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkar ödənilməsi və dərhal icraya yönəldilməsi qət edilmişdir. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şərur Rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən Şərur Rayon Məhkəməsinin 2(110)-826/2024-007 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən icra icraatına başlanılmışdır; - xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, icraata başlama haqqında qərar, tələbin könüllü icrası haqqında bildiriş Borclu ünvanına göndərilmişdir; -“Poçt göndərişlərinin verilməsi haqqında” xəbərnamədən görünür ki, tələbin könüllü icrası haqqında bildiriş Borclu rəsmi qaydada çatdırılmışdır; - “Elektron İcra Sistemi”ndən çıxarışdan görünür ki, Borclu adına bank hesabları, daşınar və daşınmaz əmlaklar, əmək müqaviləsi üzrə iş yeri aşkar olunmamışdır; Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, Şərur Rayon Məhkəməsinin 2(110)-826/2024saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, məhkəmə tərəfindən Şərur rayon Mahmukənd kəndində yaşayış yeri üzrə qeydiyyatda olan cavabdeh Borclu xx.xx.2021-ci il tarixdə doğulmuş X6 və xx.xx.2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, ümumulikdə iki uşağa görə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkar ödənilməsi, alimentin tutulmasının xx.xx.2024-cü il tarixdən hesablanması və dərhal icraya yönəldilməsi məhkəmə tərəfindən qət edilmişdir. Borclu tələbin könüllü icrası haqqında bildiriş və icraata başlamaq haqqında qərarın surəti göndərilmiş, lakin borclu icra sənədinin icrası istiqamətində heç bir addım atmamışdır. Haliyədə isə onun 1200 manat aliment borcu yaranmışdır. Belə olan təqdirdə məhkəmə bu qənaətə gəlir ki, Şərur Rayon Məhkəməsinin 2(110)-826/2024-saylı xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məhkəməsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun: - 3.1-ci maddəsinin tələbinə əsasən məhkəmə digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikası ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri üçün məcburidir; - 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir; - 12.1-ci maddəsinin tələbinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir; - 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məhkəməsinin 231.3-cü maddəsinə əsasən icra üzrə icraatın dayandırılması məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşıdırlması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, inzibatiiqtisadi məhkəmənin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin inzibati-iqtisadi məhkəmə və ya icra məmurunun olduğu yer üzrə müvafiq inzibati-iqtisadi məhkəmə tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşıdırlması haqqında təqdimatlara bu məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Həmçinin məhkəmə qeyd edir ki, iş materiallarında olan sərhədkeçmə məlumatlarından görünür ki, Borclu hal - hazırda ölkə hüdudlarından kənardadır. Lakin borclu Azərbaycan Respublikasının ərazisinə qayıtdıqdan sonra, yenidən ölkə hüdudlarını tərk edəcəyi təqdirdə icra sənədinin icrasına yenidən maneələr yaranacaq ki, bu isə öz növbəsində icra sənədinin icrasının daha da qeyri müəyyən müddətə mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnəcəkdir. Ona görə də Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 təqdimatı əsaslı olduğundan təmin edilməli Şərur Rayon Məhkəməsinin 2(110)-826/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə xx.xx.1987-ci il tarixində Şərur rayon Mahmukənd kəndində doğulmuş və Şərur rayon Mahmukənd kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə yuxarıda qeyd edilənləri, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263, 264, 266, 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Təqdimat təmin edilsin. Şərur Rayon Məhkəməsinin 2(110)-826/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə xx.xx.1987-ci il tarixində Şərur rayon Mahmukənd kəndində doğulmuş və Şərur rayon Mahmukənd kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №8(110)-82/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №8(110)-82/2024
16.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver