Məhkəmə qərarları › İş №8(110)-90/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №8(110)-90/2025

20.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 8(110)-90/2025 20.06.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X5 Elmar oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Şərur Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun təqdimatına Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şərur Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 xx.xx.2025-ci il tarixdə təqdimatla məhkəməyə müraciət edərək Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş e- 2(110)-958/2023-008 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İcra məmuru təqdimatın əsası kimi xx.xx.2023-cü il tarixli qərarla icraata başladığı Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(110)-958/2023-008 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədinə əsasən Şərur rayon Muğanlı kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Borclu xx.xx.2013-cü il tarixdə doğulmuş X4 və xx.xx.2013-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 200 manat olmaqla, ümumilkdə 400 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməsi göstərildiyini, icra sənədinin xx.xx.2023-cü il tarixdə Şərur Rayon İcra və Probasiya Şöbəsinə daxil olduğunu, həmin vaxtdan icraata başlamaq haqqında qərar qəbul edilərək qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərildiyini, lakin borclunun icra sənədində olan tələbi könüllü icra etmədiyindən onun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyatı təşkilatlara sorğular göndərildiyini, borclunun icra sənədi üzrə 2025-ci ilin may ayıda daxil olmaqla 4000 manat aliment borcu olduğu göstərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə icra məmuruna, tələbkara və borcluya rəsmi qaydada məlumat verilmişdir. Lakin onlar məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Buna görə məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar: İş materiallarında olan Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 2(110)-958/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən, xx.xx.2023-cü il tarixli icraata başlamaq qərarının surətindən və bildirişdən görünür ki, icra vərəqəsi əsasında icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, təqdimat təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı məlum oldu ki, tələbin könüllü icrası üçün borcluya bildiriş göndərilməsinə, xəbərdarlıq edilməsinə baxmayaraq borclu icra sənədlərinin icrasından üzrsüz səbəbdən yayınmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən icra üzrə icraatın dayandırılması məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə, işin hallarını, borcun məbləğini və borclunun tələbin yönəldilə biləcəyi əmlakının olmamasını nəzərə alaraq hesab edir ki, təqdimat təmin edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263, 264, 266, 268-ci və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1- ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: Təqdimat təmin edilsin. Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(110)-958/2023-008 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququ həmin icra sənədi tam icra olunana qədər müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Şərur Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar