Məhkəmə qərarları › İş №8(125)-1008/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №8(125)-1008/2023

02.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(125)-1008/2023 02.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X5 və ərizəçi (borclu) X2 nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi (borclu) X2 Gəncə Şəhər Məhkəməsinin e-2(125)-3120/2023 nömrəli, 19 aprel 2023-cü il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi tələbinə dair ərizəsi üzrə işə məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi (borclu) X4 ərizə ilə məhkəməyə müraciət edərək, icra sənədi üzrə borclu olaraq ondan, yəni 2996,2 manat məbləğində pul vəsaiti və 49,76 manat dövlət rüsumunun cəmi 3045,96 manat məbləğində vəsaitin tutulması tələbinə dair iddianı hissəhissə ayda 25 manat olmaqla, icra olunmasına dair qərar verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərara, əsasən, icra sənədi üzrə borclu olaraq ondan, yəni 2996,2 manat məbləğində pul vəsaiti və 49,76 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməsi göstərilmişdir. Bununla bağlı Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. İş üzrə tərəfindən iddiaya qarşı hər-hansı etirazının olması barədə məhkəməyə təqdim etməsi üçün xəbərdar edilməmişdir. Qeyd olunan əşyaları kreditlə götürdüyü zaman maddi durumu nisbətən normal idi və kredit öhdəliyini yerinə yetirəcəyinə əmin idi. Lakin, bəzi problemlərə görə maddi sıxıntıları yaranmışdır. Həmin vaxt iş yeri var idi. Ödənişlər tərəfindən vaxtında həyata keçirilirdi. Hazırda müqavilədə nəzərdə tutulmuş öhdəliyin icrasının tərəfindən mümkün olmadığı üçün ərizə ilə müraciət edir. Odur ki, işsiz olmasını, əmək haqqının olmamasını nəzərə alaraq, maddi sıxıntılarının olması səbəbi ilə qeyd olunan məbləği bir dəfəyə ödəyə bilməyəcəkdir. O, kredit müqaviləsi üzrə borc məbləğini qaytarmaqdan imtina etmir. Lakin, borc məbləğini bir dəfəyə ödəmək imkanı yoxdur. Yaranmış vəziyyətdə o, borc məbləğini başqa qaydada ödəməyə qadir deyildir. Ona görə də həmin ərizə ilə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında ərizəçi (borclu) X2 nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, ərizəçi (borclu) Pərvanə Elyasova əvvəllər icra sənədi üzrə borcundan cüzi də olsa da, ödənişlər etmişdir. Lakin, hal-hazırda işsizdir və Gəncə Şəhər Məhkəməsinin e-2(125)- 3120/2023 nömrəli, 19 aprel 2023-cü il tarixli icra sənədi üzrə borcu ödəməyə maddi imkanı yoxdur. Əvvəllər iş yeri olmuş, lakin daha sonra işdən çıxmışdır. Borc məbləğini bir dəfəyə ödəməyə maddi vəziyyəti imkan vermir. Ona görə də Gəncə Şəhər Məhkəməsinin e-2(125)-3120/2023 nömrəli, 19 aprel 2023-cü il tarixli qətnaməsinin hissə-hissə icra edilməsini istəyir. Odur ki, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X5 izahatında bildirdi ki, ərizəçi (borclu) X8 Şəhər Məhkəməsinin e-2(125)-3120/2023 nömrəli, 19 aprel 2023-cü il tarixli icra sənədi üzrə borcundan 6 ay ərzində cəmi 30 manat ödəniş etmişdir. Ərizəçi (borclu) icra sənədi üzrə borcunu vaxtı-vaxtında ödəmir və icra sənədinin icrasından yayınır. Bu müddət ərzində borclu xarici ölkələrə hətta səfərlər etmişdir. Bu isə onu deməyə əsas verir ki, borclu borcunu məqsədli şəkildə icra etmir. Odur ki, ərizənin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumat verilməsinə baxmayaraq, icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəmə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Ərizəyə əlavə edilmiş: Gəncə Şəhər Məhkəməsinin e-2(125)-3120/2023 nömrəli, 19 aprel 2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, cavabdeh X1 iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə əsas borcdan 2976,20 (iki min doqquz yüz yetmiş altı manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə məbləği və ödənilmiş dövlət rüsumunun 49,76 (qırx doqquz manat yetmiş altı qəpik) manat olmaqla, ümumilikdə 3045,96 (üç min qırx beş manat doxsan altı qəpik) manat pul tutulması qət edilmişdir. X3 ünvanlanmış tələbin könüllü icrası barədə bildirişdən görünür ki, X3 icra məmuru tərəfindən ona, icra sənədi icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, ərizəni araşdıraraq hesab edir ki, borclu X2 qətnamənin hissə-hissə icra olunmasına dair ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, borclunun borcun ödənilməsinə kifayət edə biləcək əmlakı aşkar olunmadığı təqdirdə və heç bir yerdə işləməməsi, ümumiyyətlə mütəmadi qazancı və ya gəliri olmaması mötəbər sübutlarla təsdiq olunarsa və bunun nəticəsində borclunun borcunu bir dəfəyə ödəməyə maddi imkanı olmazsa, o halda məhkəmə, qətnamənin hissə-hissə icrası məsələsinə baxa bilər. Hazırki vəziyyətdə isə qeyd olunan halların heç biri məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Həmçinin, məhkəmə ağlabatanlılıq, mütənasiblik və ədalətlilik meyarlarını rəhbər tutaraq hesab edir ki, 3045,96 manat məbləğində borcun hər ay 25 manat olmaqla hissəhissə ödənilməsinə dair ərizə təmin olunarsa, bu artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icra olunmasını lüzumsuz olaraq həddən artıq uzanmasına səbəb olacaqdır. Məhkəmə həmçinin hesab edir ki, tələbkarın qanuni mənafeyi baxımından da hazırkı iş üzrə qətnamənin hissə-hissə icrasının təmin olunması məqsədəuyğun sayıla bilməz. Əks təqdirdə bu məhkəmə qətnaməsinin səmərəliliyini azaldır və tələbkar öz hüquqlarını realizə etmək imkanından məhrum olur. Buna görə də, ərizənin təmin olunması əlavə olaraq məhkəmə qətnaməsinin icrasını ləngidəcəkdir ki, bu da tələbkarın qanuni mənafeləri baxımından yolverilən deyildir. Ona görə də ərizəçi (borclu) X2 qətnamənin hissə-hissə icra olunmasına dair ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Ərizəçi (borclu) X2 Gəncə Şəhər Məhkəməsinin e-2(125)-3120/2023 nömrəli, 19 aprel 2023-cü il tarixli qətnaməsinin hissə-hissə icrasına dair ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən işə baxan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar