Məhkəmə qərarları › İş №8(125)-1108/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №8(125)-1108/2024

26.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(125)-1108/2024 26.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, Tələbkar, X1 iştrakı ilə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2824/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə X1 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək Ali Məhkəmənin 2(102)-2824/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının hisə-hissə icra edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli 2(125)-1152\2022 saylı qətnaməsi ilə 3135.45 manat məbləğində pulun ondan tutularaq Tələbkar verilməsi qət edilmişdir. Hər iki tərəf qətnamədən Apellyasiya şikayəti vermişdir. Gəncə şəhər Apellyasiya məhkəməsinin 2(104)-754/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməyərək Gəncə şəhər məhkəməsinin 2(125)- 1152\2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hər iki tərəf qətnamədən Kassasiya şikayəti vermişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-2824/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)- 754/2023 nömrəli, 24 oktyabr 2023-cü il tarixli qətnaməsi cavabdehdən (qarşılıqlı iddia üzrə iddiaçı) iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) xeyrinə tutulmalı pulun məbləği hissəsində dəyişdirilmiş. Ondan 3.535,45 manat məbləğində pul vəsaiti alınaraq, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Tələbkar verilməsinə dair qərar qəbul edilmişdir. Hazırda iş icraya yönəldilmişdir və işin icrası Gəncə şəhər üzrə İcra İdarəsinin icraatındadır. İcra məmuru məhkəmə qətnaməsi üzrə olan borcun birdəfəlik ödənilməsini tələb etsə də, həmin məbləği birdəfəyə ödəməyə imkanı yoxdur. O, borcun hissə-hissə ödənilməsini istəsə də, həm tələbkar, həm də icra məmuru bununla razı olmamışdır. O, səhhətində ciddi problem olduğu üçün müalicə alır. Müalicəyə boyuk miqdarda xərci çıxdığı üçün maddi vəziyyəti ağırdır. Hazırda icra məmuru tərəfindən borcun tam ödənilməsi tələb edilir və o, məcbur qalıb hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən borclu ərizəsinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar ərizənin əsassız olduğu üçün təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyərək, ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin tələblərinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. «İcra Haqqında» Qanunun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Hazırkı iş üzrə borclu ərizəsinə əsasən, 3560.45 manat borcu hər ay 296.70 manat olmaqla hissə-hissə ödəmək istədiyini bildirmişdir, lakin belə ödəməyə tələbkar razı olmamamaqla yanaşı, qətnamənin qeyd edilən qaydada icra olunması tələbkarın mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına gətirib çıxaracaqdır. Buna görə də ərizə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2824/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə X1 ərizəsi təmin olunmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar