Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(125)-13/2025 08.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, X3nın, Tələbkar iştirakı ilə, Gəncə Şəhər Məhkəməsinin 2(125)-3173/2023 nömrəli iş üzrə məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsi barədə X3nın ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X3 ərizə ilə məhkəməyə müraciət edərək Gəncə Şəhər Məhkəməsinin 2(125)- 3173/2023 nömrəli mülki iş üzrə 26 iyul 2023-cü il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi və icraya möhlət verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Borclu sonradan ərizə ilə müraciət edərək bildirmişdir ki, həmin məbləği birdəfəlik ödəməyə imkanı yoxdur, borcun hissə-hissə ödənilməsini istəyir. O həmin məbləğin ödənilməsinə etiraz etmir, lakin hazırda yalnız məbləğin hissə-hissə ödənilməsinə, yəni hər ay 500 manat ödəməyə imkanı çatır. Odur ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)- 3173/2023 saylı mülki iş üzrə 26 iyul 2023-cü il tarixli qətnaməsinin hissə-hissə, yəni hər ay 500 manat olmaqla icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə Gəncə Şəhər Məhkəməsinin 2(125)-3173/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Tələbkar cavabdeh X9 qarşı “pul tələbi”nə dair iddiasının təmin edilməsi, cavabdeh X6 13000 (on üç min) manat, hüquqi yardıma görə vəkilə ödənilmiş 110 (bir yüz on) manat və ödənilmiş dövlət rüsumuna görə 129 (bir yüz iyirmi doqquz) manat məbləğində pul vəsaitinin alınaraq iddiaçı Tələbkar verilməsi qət olunmuşdur. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-528/2024 nömrəli, 28 mart 2024-cü il tarixli qətnaməsi ilə həmin qətnamədən cavabdeh X13 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin 2(125)-3173/2023 saylı mülki iş üzrə 26 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3142/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə cavabdeh X13 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 mart 2024-cü il tarixli, 2(104)-528/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İcra sənədi icraya yönəldilmiş, icra məmurunun qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır. Borclu ərizəsini onunla əsaslandırmışdır ki, hazırda iş icraya yönəldilmişdir və işin icrası Gəncə şəhəri üzrə icra İdarəsinin icraatındadır. Həmin məbləği birdəfəlik ödəməyə imkanı yoxdur. O borcun hissə-hissə ödənilməsini istəsə də, həm tələbkar, həm də icra məmuru bununla razı olmamışdır. O heç bir yerdə işləmir, çox ağır durumdadır, xəstəliklərdən əziyyət çəkir, bir övladı 11 yaşında xəstəlikdən vəfat edibdir, digər övladı X10 hazırda Daxili Qoşunlarda xidmət edir, mərhum atası X14 35 il dövlət orqanlarında (ədliyyə orqanlarında) xidmət edibdir, mərhum babası X15 1941-1945-ci il X20 iştirakçısı olmuşdur. X4 himayəsində olmaqla psixoloji xəstəlikdən əziyyət çəkir (anlaqsızdır), heç bir yerdən gəliri yoxdur. Həmin məbləği yaxınlarının köməkliyi ilə müəyyən müddət ərzində ödəyə bilər. Odur ki, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Əgər qətnamənin hissə-hissə icrası barədə qərar qəbul olunmazsa, bu gələcəkdə ümumiyyətlə qətnamənin icrasını çətinləşdirəcəkdir ki, bu hal tələbkarın da xeyrinə olmayacadır. Belə bir vəziyyət onun da gələcəkdə özündən asılı olmayan səbəblərə görə məsuliyyətlə üzləşməyinə gətirib çıxaracaqdır. O həmin məbləğin ödənilməsinə etiraz etmir. Lakin hazırda yalnız məbləğin hissə-hissə ödənilməsinə imkanı çatır. Müəyyən məbləği də hissə-hissə ödəmişdir və qəbzləri ərizəsinə əlavə etmişdir. Məhkəmə iclasında iştirak edən borclu ərizənin təmin olunması, qətnamə ilə müəyyən edilmiş pul məbləğininin hissə-hissə, hər ay 500 manat olmaqla icra olunması barədə qərardad qəbul edilməsini xahiş etdi və izahatında bildirdi ki, maddi imkanı zəifdir, buna görə də 2 ildir ki, ödəniş edə bilmir. Hazırda oğlu hərbi xidmətdədir, bir oğlu isə 11 yaşında vəfat etmişdir. Bundan başqa, atası müharibə veteranı olmuşdur, qardaşı da dövlət orqanında işləyir. Anası isə hazırda psixoloji xəstəlikdən əziyyət çəkir, pensiya almır, anlaqsız olmaqla onun himayəsindədir. Borcunu ödəmək üçün evini satışa çıxarmaq məcburiyyətində qalmışdır. Borcun ödənilməsindən qərəzli olaraq yayınmır, həmin məbləğin ödənilməsinə etiraz etmir. Lakin hazırda yalnız məbləğin hissə-hissə ödənilməsinə imkanı çatır. Məhkəmə iclasında iştirak edən tələbkar ərizənin əsassız olduğundan təmin olunmamasını xahiş etdi və izahatında bildirdi ki, borcunun tam şəkildə ödənilməsini tələb edir. Belə ki, onun özünün də bir neçə banka kredit borcu var, həmçinin aliment ödəyir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, icra məmuru məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 231.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, borclunu və tələbkarı dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. İş materiallarında olan Gəncə Regional “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 013412 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2019-cu il tarixdə Gəncə şəhərində “yuxarı tənəffüs yollarının çoxsaylı və dəqiqləşdirilməmiş lokal kəskin infeksiyası” səbəbindən ölmüşdür. Gəncə şəhər Kəpəz rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 096017 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X16 xx.xx.2020-ci il tarixdə Gəncə şəhərində “dəqiqləşdirilməmiş qaraciyər çatmamazlığı” səbəbindən ölmüşdür. Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 667701 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2005-ci il tarixdə Gəncə şəhərində doğulmuşdur, atası X11, anası X5r. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya X1 verilmiş xx.xx.2024-cü il tarixli məşğulluq haqqında arayışdan görünür ki, X13 işsiz statusu ilə qeydiyyata alınmış, arayışın etibarlılıq müddəti xx.xx.2025-ci il tarixədək müəyyən edilmişdir. Borclu tərəfindən məhkəməyə təqdim edilmiş qəbzlərdən görünür ki, borclu xx.xx.2024-cü il tarixdə 50 manat, xx.xx.2024-cü il tarixdə 50 manat, xx.xx.2024-cü il tarixdə 50 manat olmaqla, tələbkarın "xxxx" ASC-də olan hesabına cəmi 150 manat ödəniş etmişdir. Məhkəmə qeyd edir ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. MPM-in 231.1-ci maddəsinin tələblərinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə qeyd edir ki, qanunvericilik işdə iştirak edən şəxslərin ərizəsi əsasında məhkəmə aktının hissə-hissə icrasının mümkünlüyünü müəyyən etməklə yanaşı, bunu ilk növbədə tərəflərin əmlak vəziyyətindən, eləcə də işin digər diqqətəlayiq hallarından asılı etmişdir. Qanunvericiliyin mənasına görə bu zaman borclunun əmlak vəziyyətinin və ya digər halların borcun birdəfəlik ödənilməsinə imkan verməməsini sübut etmək vəzifəsi belə ərizə ilə məhkəməyə müraciət etmiş borclunun üzərinə düşür. Bu cür ərizələrə baxılarkən tələbkarın əmlak mənafeləri də nəzərdən yayınmamalıdır. İcra sənədinin hissə-hissə icra edilməsi qanunla borclu şəxsin əmlak vəziyyəti ilə müəyyən edildiyindən, borclu isə, məhkəmə qətnaməsinin hissə-hissə icra olunmasına əsas ola biləcək bu və ya digər müstəsna halların mövcudluğuna dair hər hansı bir sübutu nə ərizəsinə əlavə etmədiyi, nə də məhkəməyə təqdim etmədiyinə görə onun əmlak vəziyyətini müəyyən etmək mümkün olmadığından, məhkəmə hesab edir ki, borclunun ərizəsinin əsası kimi istinad etdiyi hallar sübut olunmur. Belə ki, məhkəmə qətnaməsi əsasında tutulmalı borcun hər ay 500 manat ödənilməsi, xx.xx.2023-cü il tarixli məhkəmə qətnaməsi üzrə qalıq borcun hələ bundan sonra da uzun müddətə ödənilməməsi deməkdir. Bu isə tələbkarın mənafeyinə zidd olmaqla məhkəmə qətnaməsinin də vaxtında icrasının təmin edilməməsinə gətirib çıxarar. Məhkəmə hesab edir ki, 2(125)-3173/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnamənin hissə-hissə icra olunması tələbkarın milli və beynəlxalq hüquq normaları ilə təsbit olunmuş işinin ədalətli, açıq və ağlabatan müddət ərzində araşdırılması hüququnun kobud şəkildə pozulması ilə nəticələnə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Məhkəmə qərarının hissə-hissə icra olunması tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, hissə-hissə icra olunma müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli və tərəflərin hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəlməməlidir. Konstitusiyanın və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası MPM-nin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı). Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Gəncə Şəhər Məhkəməsinin 2(125)-3173/2023 nömrəli, xx.xx.2023-cü il tarixli tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə X3nın ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №8(125)-13/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №8(125)-13/2025
08.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver