Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(125)-16/2025 13.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-71/2022 saylı icra sənədi üzrə X1nın qətnamənin icra üsulunun dəyişdirilməsi barədə ərizəsinə, Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X1 ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(125)-71/2022 saylı icra sənədi üzrə qətnamənin icra üsulunun dəyişdirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-71/2022 saylı qətnaməsi üzrə verilmiş icra sənədinə əsasən mülkiyyətində olan torpaq sahələrində cavabdeh tərəfindən tikilmiş qanunsuz tikililərin cavabdehin öz hesabına sökülməsi və.s haqqında qətnaməsi icraya yönəldilmişdir. Qətnamənin icrası zamanı cavabdeh Borclu zəbt etdiyi torpaq sahəsi ona təhvil verilmiş, lakin cavabdeh qanunsuz inşa etdiyi evi sökməkdən imtina etmişdir. Bu səbəbdən də qətnamənin icrası tam təmin olunmamışdır. İcra barədə tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktda da bu barədə qeyd edilmişdir. Odur ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-71/2022 saylı mülki iş üzrə qətnaməsinin icra üsulunun tikintinin cavabdehin öz hesabına sökülməsi hissəsində dəyişdirilərək qətnamədə qeyd edilən evin məcburi qaydada sökülməsi haqqında yeni icra vərəqəsinin verilməsi haqqında qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar olunan X1 məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək ailə vəziyyəti ilə bağlı məhkəmə iclasına gələ bilmədiyini qeyd edib, işə onun iştirakı olmadan baxılmasını və ərizəsinin təmin olunmasını xahiş etmişdir. İcra məmuru və borclu ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş, nümayəndələrinin iştirakını təmin etməmişdirlər. Bu səbəbdən məhkəmə ərizəyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizənin dəlillərini iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-71/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, **********48 reyestr nömrəli çıxarışa əsasən X3 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, Həsənbəy Ağayev küçəsində yerləşən 385 kvadratmetr həyətyanı torpaq sahəsinin 362,95 kvadratmetr hissəsindən, **********76 reyestr nömrəli çıxarışa əsasən X3 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, Məhəllə E-4, sahə 15-də yerləşən 400 kvadratmetr torpaq sahəsindən bütövlüklə və **********87 reyestr nömrəli çıxarışa əsasən X3 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, Məhəllə E-4, sahə 6-da yerləşən 400 kvadratmetr həyətyanı torpaq sahəsinin 391,67 kvadratmetr hissəsindən cavabdeh Borclu çıxarılması; "xxxx" MMC-nin Gəncə LTİ-nin mütəxəssis rəyinə əsasən cavabdeh Borclu tərəfindən inşa edilmiş fərdi yaşayış evinin yerləşdiyi 263,31 kvadratmetr torpaq sahəsinin 236,73 kvadratmetr hissəsi **********48 reyestr nömrəli çıxarışa əsasən X3 mülkiyyətində olan həyətyanı torpaq sahəsi ilə, 1,89 kvadratmetr hissəsi **********76 reyestr nömrəli çıxarışa əsasən X3 mülkiyyətində olan həyətyanı torpaq sahəsi ilə, 17,63 kvadratmetr hissəsi **********87 reyestr nömrəli çıxarışa əsasən X3 mülkiyyətində olan həyətyanı torpaq sahəsi ilə üst üstə düşdüyündən Borclu tərəfindən inşa edilmiş 263,31 kvadratmetr fərdi yaşayış evinin zəbt edilmiş əraziyə düşən 256.25 kvadratmetr hissəsi Borclu vəsaiti hesabına sökülməsi və torpaq sahəsi iddiaçı X4 təhvil verilməsi, iddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməsi; Cavabdeh Borclu aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X2, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, MEM VÖEN**********, Hesab AZ34CTRE********************) ödənilməsi; Torpaq sahələrinin inventarlaşdırılmasına dair aparılmış tədqiqatın dəyəri olan 311 (üç yüz on bir) manat məhkəmə xərci iddiaçı tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müvafiq hesabına ödənildiyindən həmin məbləğ cavabdeh Borclu tutularaq iddiaçı X4 ödənilməsi; İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdeh Borclu tutularaq iddiaçı X4 ödənilməsi qət olunmuşdur. Gəncə şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X7 tərəfindən qəbul edilən xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-71/2022 saylı icra sənədinə xitam verilmişdir. Həmçinin həmin qərarın mətnində icra sənədində qeyd olunan tələbin Borclu tərəfindən icra olunduğu qeyd olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. “İcra haqqında” Qanunun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. “İcra vərəqəsinin verilməsi və icrası ilə əlaqədar məhkəmə təcrübəsinin bəzi məsələləri barədə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 14 yanvar tarixli, 1 №-li Qərarının 3-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, qətnamənin icra edilməsinə möhlət verilməsi, hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi məsələləri yalnız birinci instansiya qaydasında işə baxan məhkəmələr tərəfindən həll edilsin. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 iyul 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə qətnaməsinin icra üsulları iş üzrə tərəflərdən birinin pozulmuş hüquqlarının bərpasına yönəlmiş hərəkətlər sistemini nəzərdə tutur. Məhkəmə qətnaməsinin icra qaydası isə müvafiq məhkəmə aktının icra üsullarının məzmununu təşkil edən, müəyyən ardıcıllıqla və müvafiq qaydalara riayət etməklə yerinə yetirilən hərəkətlərin məcmusudur. Qətnamənin icra qaydasının dəyişdirilməsi məhkəmə tərəfindən icra hərəkətlərinin yerinə yetirilməsi ardıcıllığının (növbəliliyinin), yaxud göstərilən hərəkətlərin məzmununun (həyata keçirilməsi şərtlərinin) dəyişdirilməsində ifadə olunur. Məhkəmə, qətnamənin icrasını müəyyən hadisənin gələcəkdə baş verməsi ilə əlaqələndirib, möhlət verərək qətnamənin müvafiq icra qaydasını müəyyən etmiş olur. Bu ardıcıllıqla icra hərəkətlərinin yerinə yetirilməsində çətinliklər yarandıqda həmin icra qaydasının dəyişdirilməsi zərurəti yarana bilər. Qeyd olunmalıdır ki, qətnamənin icra qaydasının dəyişdirilməsi işdə iştirak edən şəxslərin məhkəmə müdafiəsi hüququnun səmərəliliyini təmin edən vasitə kimi qiymətləndirilir və belə yanaşma Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin tələblərinə cavab verir. Burada bir daha nəzərə almaq lazımdır ki, möhlət verilməsi nəticəsində qanuni qüvvəyə minmiş qətnamə üzrə icra hərəkətlərinin uzun müddət ərzində başlaya bilməməsi məhkəməyə müraciət etmək hüququnun, habelə məhkəmə müdafiəsi təminatının ağlabatan müddətdə həyata keçirilməsi tələbinin pozulmasına gətirib çıxara bilər. Qətnamənin icra qaydasının dəyişdirilməsinə gəldikdə qeyd olunmalıdır ki, bu məsələnin həlli qətnamənin mahiyyətinə aid deyil və yalnız həmin qətnamənin çıxarılmasından sonra yaranmış icra məsələlərini tənzimləyir. Eyni zamanda, möhlət verilməsi qətnamədə ifadə olunsa belə işin mahiyyətinə toxunmur. Buna görə də qətnamə qüvvəyə mindikdən sonra icra qaydasının dəyişdirilməsi məsələsi işdə iştirak edən şəxslərin ərizəsi əsasında işə baxmış birinci instansiya məhkəməsi tərəfindən həll edilir. Bu qayda yuxarı instansiya məhkəməsi tərəfindən həmin qətnamə ləğv edilib yeni qətnamə qəbul edildiyi halı da ehtiva edir. Birinci instansiya məhkəməsinin belə qaydada qəbul edilən qərardadlarından Mülki Prosessual Məcəllənin 231.4-cü maddəsinə müvafiq olaraq şikayət verilə bilər. Hazırkı iş üzrə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tələbkar məhkəmə qətnaməsi ilə müəyyən edilmiş öhdəliyin (sökülməli olan predmetin) məcburi qaydada cavabdehin vəsaiti hesabına icraya yönəldilməsi kimi qeyd olunmasını xahiş etmişdir. Başqa sözlə, tələbkar, borclunun məcburi qaydada məhkəmə qətnaməsini icra etməsi öhdəliyinin onun üzərinə həvalə edilməklə, qətnamənin icrasına nail olmaq niyyətindədir. Halbuki, tələbkarın həmin xahişi məhkəmə qətnaməsinə öz əksini tapmışdır. Qətnamənin icra qaydasının dəyişdirilməsi dedikdə məhkəmə tərəfindən icra hərəkətlərinin yerinə yetirilməsi ardıcıllığının yaxud göstərilən hərəkətlərin məzmununun (həyata keçirilməsi şərtlərinin) dəyişdirilməsi başa düşülür. Qeyd olunmalıdır ki, icra sənədində sökülməli olan obyekt dəqiq göstərilməklə yanaşı onun məhz kimin vəsaiti hesabına sökülməli olması da göstərilmişdir. Başqa sözlə, tələbkarın ərizəsində qeyd olunan icra üsulu kimi sökülməli obyektin borclunun hesabına məcburi qaydada sökülməsi artıq müəyyən olunmuşdur. Digər tərəfdən icra sənədi üzrə icra məmuru tərəfindən artıq icraata xitam verilməsi barədə qərar qəbul olunmuşdur. Tələbkar icra məmurunun həmin qərarından şikayət verməli olduğu halda hansı ki, qətnamə ilə müəyyən olunan halın icra üsulu kimi yenidən müəyyən olunmasını xahiş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qətnamənin icra üsulunun dəyişdirilməsi ilə bağlı tələbkarın dəlillərini əsaslı deyildir. Ona görə də Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-71/2022 saylı icra sənədi üzrə X1nın qətnamənin (icra sənədinin) icra üsulunun dəyişdirilməsi barədə ərizəsi rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-71/2022 saylı icra sənədi üzrə X1nın qətnamənin (icra sənədinin) icra üsulunun dəyişdirilməsi barədə ərizəsi rədd edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən işə baxan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №8(125)-16/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №8(125)-16/2025
13.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver