Məhkəmə qərarları › İş №8(125)-176/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №8(125)-176/2023

08.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(125)-176/2023 08.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi ilə, Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Səməd İsmayılov təqdimatla məhkəməyə müraciət edərək, icra sənədinin icrasının təmin edilməsi məqsədilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli qərarla icraata başlandığı Gəncə Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(125)-1798/2022-004 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.1986-cı ildə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixində Gəncə şəhəri üzrə İcra idarəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, eyni zamanda borcluya təqdim edilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmiş, borclu da tələbin yönəldilə biləcəyi hər hansı bir əmlak aşkar edilməmişdir. Bununla yanaşı Borclu izahatı alınmış və barəsində məcburi icra tədbirlərinin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamış və onu bu günə 4300 manat aliment borcu var. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və "İcra Haqqında" Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsini rəhbər tutaraq, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, icra məmuru, tələbkar və borclu məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Təqdimata əlavə edilmiş, Gəncə Şəhər Məhkəməsinin 2(125)-1798/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, Borclu xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün Tələbkar hər ay 350 (üç yüz əlli) manat vəsait ödəməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası barədə bildirişin surətindən görünür ki, Borclu şəxsən imza edərək qeyd edilən sənədi qəbul etmişdir. İş materiallarından görünür ki, icra vərəqəsi üzrə icra məmuru icraata başlamış, borclunun izahatı alınmışdır. İş materiallarına əlavə edilmiş Borclu ünvanlanmış xəbərdarlığın surətindən görünür ki, borcluya xəbərdarlığın göndərilməsinə baxmayaraq, icra məmuru tərəfindən ona, icra sənədi icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. İş materiallarına əlavə edilmiş 11 noyabr 2022-ci il tarixli tələbkar Əliyeva (Ağayeva) Xəyalə Nazim qızının ərizəsinin surətindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-1798/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu ümumilikdə aliment borcundan 960 manat pul ödəmişdir. Əlbəəl ödədiyi pul isə mediasiyadan əvvəlki günlərə təsadüf edir. Ona görə də qalıq olan aliment borcunun ödənilməsi istiqamətində məcburi icra tədbirlərinin görülməsini tələb etmişdir. “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 22 aprel 2013-cü il tarixli “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” təlimatın 2.2.-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl, könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin etməli, icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirməlidir. Həmçinin borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirib, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olubolmamasını yoxlamalıdır. Məhkəmə təqdimatı və təqdimata əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 2(125)- 1798/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borc ödənilənədək, xx.xx.1986cı ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Həmçinin qərardad dərhal icra edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-1798/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borc ödənilənədək, xx.xx.1986-cı ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardad dərhal icra edilsin. Qərardaddan, rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə yazılı şikayət verə bilərlər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar