Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(125)-178/2023 23.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Borclu iştirakı ilə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X3 təqdimatla məhkəməyə müraciət edərək, Gədəbəy Rayon Məhkəməsinin 2(042)- 1016/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Gədəbəy Rayon Məhkəməsinin 2(042)- 1016/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Borclu 24 sentyabr 2018-ci il tarixdən başlayaraq hər ay iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa görə 110 manat olmaqla cəmi 220 manat sabit pul məbləği ilə aliment tutularaq Tələbkar ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2018-ci il taridə Gəncə şəhəri üzrə İcra İdarəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək qərarın surəti bildirişlə birlikdə icra sənədi üzrə borcluya göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin etməsi üçün 10 gün müddətində müddət müəyyən edilmişdir. Borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara elektron sorğular göndərilmişdir. Borclunun tələbin yönəldilə biləcəyi əmlak və gəliri aşkar olunmamışdır. Borclu aliment borcu hazırda 9840 manat təşkil edir. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasında Borclu izahat verərək bildirdi ki, aliment tutulması barədə qətnamə qəbul edilərkən Rusiya Federasiyasında olmuş, astma xəstəsi olduğu üçün işləyə bilməmiş və aliment ödəməmişdir. Rusiyadan qayıtdıqdan sonra qardaşının köməyi ilə aliment borcundan bir miqdar ödəmişdir. Hazırda hər ay 150 manat aliment ödəyir. Ölkədən getmək hüququnun məhdudlaşdırılmasına etirazı yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğu üçün təmin edilməlidir. Təqdimata əlavə edilmiş Gədəbəy Rayon Məhkəməsinin 2(042)-1016/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, Borclu 24 sentyabr 2018-ci il tarixdən başlayaraq, xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləği ilə hər bir uşağa görə 110 manat olmaqla, iki uşaq üçün 220 manat aliment tutularaq Tələbkar ödənilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin və icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Borclu Gədəbəy Rayon Məhkəməsinin 2(042)-1016/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarında olan “Elektron icra” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, tələbin yönəldilməsi üçün borclunun heç bir əmlakı, o cümlədən əmanəti, qazancı və gəlirləri müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2 və 15.3-cü maddələrinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Həmin Məcəllənin 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Göründüyü kimi icra məmuru tərəfindən görülmüş tədbirlərə baxmayaraq icra sənədi icra edilməmişdir. Borcluya məxsus tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmiş, borclu tələbi könüllü olaraq icra etməmişdir. Belə olan halda borclunun ölkədən getməsi icra sənədinin icrasız qalması ilə nəticələnəcəkdir. Buna görə də icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin 2(042)-1016/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi icra olunanadək xx.xx.1990-cı il tarixdə Xanlar rayonunda doğulmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №8(125)-178/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №8(125)-178/2023
23.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver