Məhkəmə qərarları › İş №8(125)-181/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №8(125)-181/2023

13.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(125)-181/2023 13.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Tahir oğlunun sədrliyi, Arıxova Nigar Azər qızının katibliyi ilə, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)-3693/2021 nömrəli icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1 tərəfindən verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1 məhkəməyə təqdimat verərək Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)-3693/2021 nömrəli icra sənədi üzrə Borclu icra idarəsinə məcburi gətirilməsinə dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3693/2021-002 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 520,25 (beş yüz iyirmi manat 25 qəpik) manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2021-ci il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş, edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq Gəncə şəhəri üzrə İcra İdarəsinə gəlməkdən boyun qaçırmışdır. Borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Təqdimata baxılması ilə əlaqədar işdə iştirak edən şəxslərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata işdə iştirak edən şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, «İcra Haqqında» Azərbaycan Respublikası Qanunun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmin Qanunun 84.3 maddəsinə əsasən bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Qeyd olunan qanunvericilikdən görünür ki, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində icra məmuru müvafiq qərar qəbul etdikdən və həmin qərardan şikayət verilmədikdə borclunun məcburi gətirilməsi barədə təqdimat verilə bilər. Lakin icra məmuru borclunun məcburi gətirilməsi barədə qərarın, tələbin könüllü icrası barədə bildirişin borcluya təqdim edilməsi barədə, bununla yanaşı borcluya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməsi barədə hər hansı bildiriş verilməsini təsdiq edən sənədi təqdimata əlavə edilməmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)-3693/2021 nömrəli icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1 tərəfindən verilmiş təqdimat təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar