Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(125)-182/2023 16.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Borclu iştirakı ilə, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru tərəfindən verilmiş “borclunun məcburi gətirilməsi” barədə təqdimata açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-347/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə (bundan sonra – icra sənədi) əsasən Borclu (bundan sonra – Borclu) 1825 manat əsas, 10 manat cərimə, cəmi 1835 manat borc və ödənilmiş 31 manat dövlət rüsumu alınaraq Tələbkar (bundan sonra – Tələbkar) verilməlidir Gəncə şəhəri üzrə İcra İdarəsinin (bundan sonra – İdarə) icra məmuru Tural İmanov (bundan sonra – İcra məmuru) təqdimatla məhkəməyə müraciət edərək, icra sənədinin icrasının təmin edilməsi məqsədilə, Borclunun İdarəyə məcburi gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədi xx.xx.2018-ci il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclunun ünvanına göndərilmiş, Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş, edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq İdarəyə gəlməkdən boyun qaçırmış, icra sənədi üzrə tələbi təmin etməmişdir. Borclunun məcburi gətirilməsi barədə qərar xx.xx.2022-ci il tarixdə qəbul edilərək Borclunun ünvanında göndərilmiş, həmin qərardan şikayət verilməmişdir. Məhkəmə iclasında iştirak edən Borclu təqdimatın təmin edilməməsini xahiş etmiş, bildirmişdir ki, məcburi aparılmağına zərurət yoxdur, könüllü olaraq icra məmurunun yanına gedə bilər. Belə ki, əvvəllər İdarəyə çağırılsa da sonradan onu İdarəyə çağırmamışlar və ona görə də İdarəyə getməmişdir. Xəstəliyə görə pensiya alırdı, pensiyasının 50 faizindən tutulurdu. Sonra pensiyası kəsilmişdir və işləmədiyi üçün ödəniş edə bilməmiş, pensiyası yenidən bərpa olunmaq üzrədir və borcunu ödəyəcəkdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, icra məmuru və tələbkar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, borclunu dinləyib, iş üzrə toplanmış sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin olunmamalıdır. İş materialları ilə müəyyən olunur ki, İcra məmurunun təqdimatında icra sənədi üzrə Borclunun icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayındığı qeyd edilsə də, məhkəməyə bu halı təsdiq edən mötəbər sübutlar təqdim edilməmişdir. Belə ki, təqdimata Borclunun İdarəyə çağırılması ilə bağlı üç adda sənəd - tələbin könüllü icrası haqqında bildiriş, məsuliyyətə cəlb olunma barədə xəbərdarlıq və məsuliyyətə cəlb olunma barədə sonuncu xəbərdarlıq əlavə edilmişdir ki, həmin sənədlərin hər üçünün Borcluya xx.xx.2018-ci il tarixdə imza etdirilməklə təqdim edildiyi görünür. Lakin həmin vaxtdan sonra İcra məmuru tərəfindən icra sənədinin icrası ilə bağlı hər hansı tədbirin görülməsi, eləcə də Borclunun İdarəyə çağırılması, ona xəbərdarlıqların göndərilməsi təqdimata əlavə edilmiş sənədlərdən görünmür. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Qanunun mənasına görə, borclu icra hərəkətlərinin keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayındığı halda, onun barəsində məhkəmə qərarı əsasında məcburi gətirilmə tətbiq oluna bilər. Hazırki halda isə, Borclunun icra hərəkətlərinin keçirildiyi yerə çağırılması və onun bu çağırışdan üzrsüz səbəbdən yayınması müəyyən olunmur. Digər tərəfdən, İcra məmuru yuxarıda qeyd edilən üç adda sənədi təqdimata əlavə etdikdən sonra Borclunun çağırılması barədə hər hansı başqa tədbir görmədən “borclunun məcburi gətirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarının surətini iş materiallarına əlavə etmişdir ki, bu qərar icra qurumunun rəhbəri tərəfindən təsdiq edilməmişdir. Halbuki, həmin qanunun 84.3-cü maddəsinin tələbinə görə Bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 268, 395-396-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-347/2018 nömrəli, xx.xx.2018ci il tarixli icra sənədi üzrə Borclu məcburi gətirilməsinə dair icra məmuru tərəfindən verilmiş təqdimat təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №8(125)-182/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №8(125)-182/2023
16.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver