Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(125)-187/2023 20.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Borclu iştirakı ilə, Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş “borclunun məcburi gətirilməsi barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyənetdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Leyla Məmmədova təqdimatla məhkəməyə müraciət edərək, Göygöl Rayon Məhkəməsinin 2(066)-824/15 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə, Borclu məcburi qaydada gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Göygöl rayon məhkəməsinin 2(066)-824/15 nömrəli, xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən Borclu 956 ABŞ dolları məbləğində borc tutularaq "xxxx" ASC-yə ödənilməsi qərara alınmışdır. İcra sənədi xx.xx.2016-ci il tarixdə Gəncə şəhəri üzrə İcra idarəsinin icraatına daxil olmuşdur. İcra sənədi “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə uyğun olduğundan, həmin qanunun 8.3-cü maddəsinə əsasən icraata başlamaq haqqında qərar qəbul olunaraq surəti məhkəməyə və tərəflərə göndərilmişdir. Tələbin könüllü icrası üçün Borclu rəsmi qaydada bildiriş verilərək qanunla müəyyən edilmiş vaxt ərzində icranın təmin edilməsi tələb edilmişdir. Lakin Borclu tələbin müəyyən edilmiş vaxt ərzində könüllü icrasını təmin etməmişdir. Tələbin könüllü icrası haqqında bildiriş və xəbərdarlıq göndərilməsinə baxmayaraq bu günki tarixə qədər borclu borcunu ödəməmiş və Gəncə şəhəri üzrə İcra idarəsinə gəlməmişdir. Belə olduğu halda Borclun hərəkəti icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxs kimi qiymətləndirilməlidir. Məhkəmə iclasında borclu təqdimata etiraz edərək kredit borcunun «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidenti tərəfindən 28 fevral 2019- cu il tarixli 551 saylı Fərmanın təsir dairəsinə düşərək silindiyini, habelə ona kompensasiya məbləği ödənilməli olduğunu bildirdi. Borclu təqdimatın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, borclunu dinləyərək, iş üzrə toplanmış sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsassız olduğundan təmin olunmamalıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidenti tərəfindən 28 fevral 2019cu il tarixli 551 saylı Fərmanın 3.2-ci bəndinə əsasən 1-ci hissəyə əsasən ediləcək ödənişin ümumi məbləğinin, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğinin qırx beş gün müddətində müəyyən edilməsi nəzərdə tutulmuşdur. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Göygöl rayon məhkəməsinin 2(066)- 824/15 nömrəli, xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən Borclu "xxxx" ASC-nin xeyrinə tutulmalı olan 956 ABŞ dolları məbləğində borc «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidenti tərəfindən 28 fevral 2019- cu il tarixli 551 saylı Fərmanın təsir dairəsinə düşərək silinmişdir. Belə olan halda, tutulmalı olan borc olmadığı üçün Borclu icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməsi zərurəti aradan qalxmışdır. Belə ki, Qanunun mənasına görə, borclu icra hərəkətlərinin keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayındığı halda, onun barəsində məhkəmə qərarı əsasında məcburi gətirilmə tətbiq oluna bilər. Qeyd edilənlərə əsasən, təqdimat təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Göygöl Rayon Məhkəməsinin 2(066)-824/15 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə Borclu məcburi gətirilməsinə dair icra məmuru tərəfindən verilmiş təqdimat təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Xədicə Səfərli
Məhkəmə qərarları › İş №8(125)-187/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №8(125)-187/2023
20.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver