Məhkəmə qərarları › İş №8(125)-192/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №8(125)-192/2023

16.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(125)-192/2023 16.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X19 Şakir oğlunun sədrliyi, X9 iclas katibliyi, X1 iştirakı ilə, X1 Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 21 oktyabr 2016-cı il tarixli, 8(043)- 735/2016 nömrəli qərardadı ilə avtomobilin üzərinə qoyulmuş həbsin, qadağanın və məhdudiyyətin götürülməsi barədə ərizəsi üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 21 oktyabr 2016-cı il tarixli, 8(043)- 735/2016 nömrəli qərardadı ilə avtomobilin üzərinə qoyulmuş həbsin, qadağanın və məhdudiyyətin götürülməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 21 oktyabr 2016-cı il tarixli, 8(043)-735/2016 nömrəli qərardadı ilə **-CS-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin, qadağanın və məhdudiyyətin götürülməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 10 iyul 2010-cu il tarixdə Gəncə şəhər sakini X7 **-CS-*** dövlət nömrə nişanlı avtomobili almışdır. Gəncə şəhəri Kəpəz Rayon İcra və probasiya şöbəsi tərəfindən X8 "xxxx" ASC-yə olan borcuna görə etibarnamə ilə ona məxsus olan avtomobilinin üzərinə həbs qoyulmuşdur. Belə ki, X7 həmin avtomobili “Nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında" etibarnamə əsasında almış, həmin etibarnamə ilə ona hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar mülkiyyətçinin əvəzindən ərizə vermək və digər hərəkətləri yerinə yetirmək səlahiyyyətləri verilmişdir. Həmin etibarnamənin müddəti 15 iyul 2029-cu ilə qədərdir. O, yaxın vaxtlarda Qİ və TB şöbəsinə yaxınlaşaraq, avtomobili tam mülkiyyətinə keçirmək istəyəndə yoxlama zamanı ona bildirilmişdir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 21 oktyabr 2016-cı il tarixli, 8(043)-735/2016 nömrəli qərardadı ilə avtomobilin üzərinə həbs qoyulmuş, buna görə də avtomobilin onun tam mülkiyyətinə keçirilməsi mümkün deyildir. O, məhkəmənin həmin qərardadından məlumatsız olmuş, avtomobilin üzərinə hansı əsaslara üzrə həbs qoyulduğunu bilmir, güman edir ki, avtomobili ona satan şəxsin banka və ya hər hansı şəxsə borcu olduğu üçün üzərinə həbs qoyulmuş, amma onun heç bir banka, təşkilata və ya şəxsə borcu yoxdur. O, sadəcə vicdanlı alıcı olaraq avtomobili alaraq mülkiyyətçiyə tam qaydasında yəni avtomobilin pulunu tam olaraq ödəyərək həmin avtomobili almışdır. Qeyd olunan avtomobilin üzərinə qoyulmuş həbs etibarnamə ilə ona verilən səlahiyyətləri məhdudlaşdırır, həm avtomobildən həm də ona ödədiyi puldan, bir sözlə əmlakından məhrum edir, onun maraqlarına toxunur, əmlak və mülkiyyət hüquqlarını pozur. O, bir şəhid ailəsi kimi həmin avtomobildən istifadə edərək ailəsini doladırır. Hazırkı vəziyyətdə avtomobilin üzərinə qoyulan həbs onun ailəsinin maddi vəziyyətinə pis təsir edir. Məhkəmə iclasında X2 ərizəsi ilə eyni məzmunlu izahat verərək ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə tələbkar, borclu və icra məmuruna məlumat verilməsinə baxmayaraq heç biri üzrlü səbəblər göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə tələbkarın, borclunun və icra məmurunun iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni araşdıraraq hesab edir ki, X1 avtomobilin üzərinə qoyulmuş həbsin, qadağanın və məhdudiyyətin götürülməsi barədə ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Ərizəyə əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 8(043)-735/2016 nömrəli, 21 oktyabr 2016-cı il tarixli qərardadının surətindən görünür ki, təqdimat təmin edilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(043)-224/2015 nömrəli icra vərəqəsi üzrə tələb icra sənədinin məcburi icrasını təmin etmək məqsədi ilə X8 mülkiyyətində olan “VAZ-21043” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və borclu X8 mülkiyyətində olan “VAZ-21043” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. Belə ki, ərizəyə əlavə edilmiş ƏN seriyalı, 064101 nömrəli etibarnamənin surətindən görünür ki, X14 AB 409303 nömrəli qeydiyyat şəhadətnaməsi əsasında ona məxsus “VAZ- 21043” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etməyi, qeydiyyatdan çıxarmağı, qeydiyyata salmağı, ipoteka qoymağı, onun üzərində sərəncam verməyi və bu tapşırığının yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi X5 etibar etmişdir. Etibarnamə 15 iyul 2029-cu ilədək qüvvədədir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, icra vərəqəsi üzrə icra məmuru icra tədbiri olaraq borclu X10 məxsus “VAZ-21043” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə təqdimat verilmiş və həmin məhkəmənin 8(043)-735/2016 nömrəli, 21 oktyabr 2016-cı il tarixli qərardadı ilə təqdimat təmin edilmişdir. İcra sənədi üzrə borclu X14 ƏN seriyalı, 064101 nömrəli etibarnamə əsasında ona məxsus “VAZ-21043” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etməyi, qeydiyyatdan çıxarmağı, qeydiyyata salmağı, ipoteka qoymağı, onun üzərində sərəncam verməyi və bu tapşırığının yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi X5 etibar etmişdir. Həmin etibarnamə 15 iyul 2029-cu ilədək qüvvədədir. X2 qeyd olunan avtomobilin üzərinə qoyulmuş həbs etibarnamə ilə ona verilən səlahiyyətləri məhdudlaşdırdığı, əmlakından məhrum etdiyi, əmlak və mülkiyyət hüquqlarını pozduğundan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 21 oktyabr 2016-cı il tarixli, 8(043)-735/2016 nömrəli qərardadı ilə “VAZ-21043” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin, qadağanın və məhdudiyyətin götürülməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirləri kimi müəyyən edilmişdir. Həmin Qanunun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi əsaslarıdır. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə ilk növbədə qeyd edir ki, etibarnamə dedikdə, elə bir yazılı səlahiyyət (vəkalət) başa düşülür ki, bu səlahiyyət etibar edən adından üçüncü şəxslər qarşısında təmsil olunmaq üçün etibar edilənə verilir. Adətən, etibar edənlə etibar edilən arasındakı münasibətlər tapşırıq müqaviləsi ilə rəsmiləşdirilir. İcra vərəqi üzrə borclu X14 ona məxsus olan “VAZ-21043” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobili də məhz ərizəçi Mübariz İsmayılova alğı-satqısı müqaviləsi əsasında deyil, etibarnamə əsasında vermiş və sözgüdən avtomobil üzərində Mübariz İsmayılova müvafiq hüquqi hərəkətləri yerinə yetirməsini tapşırmış və məhz bü cür hərəkətlərə səlahiyyət vermişdir. Başqa sözlə Rövşən Ağayev mülkiyyətində olan “VAZ-21043” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobili Mübariz İsmayılova satmamış, birincinin sonuncuya vermiş olduğu etibarnamə isə mülki qanunvericiliyin tələbləri baxımından alqı-satqı kimi qiymətləndirilə bilməz. Belə ki, “VAZ-21043” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə əlaqədar Rövşən Ağayevin ərizəçiyə verdiyi etibarnamə sadəcə Rövşən Ağayevin (etibar edənin) əmlakının idarə edilməsi və ona sərəncam verilməsi məqsədi daşıyır, etibarnamə verən şəxs öz hüquqlarını və ya əmlakını satmır, etibar edir və etibarnamə alqı-satqını təsdiqləmir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “VAZ-21043” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı 2010-cu ildə Mübariz İsmayılova etibarnamə verilsə də həmin avtomaşın üzərinə həbs bundan 6 il sonra qoyulmuşdur. Bu baxımdan Mübariz İsmayılov hüquqi marağı olduğu halda avtomaşını Rövşən Ağayevin mülkiyyətindən öz mülkiyyətinə keçirmək üçün müvafiq tədbirlər görməli idi. X15 bu müddət ərzində hərəkətsizlik nümayiş etdirmişdir. Ona görə də onun gələcəkdə üzləşəcəyi riskləri o, görməli və bilməli idi. Belə olan halda məhkəmə hesab edir ki, “VAZ-21043” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə bağlı tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmadığından və hazırda avtomobil üzərində ərizəçinin mülkiyyət hüququ qeydə alınmadığından ərizəçi mübahisəli avtomobilin mülkiyyətçisi hesab edilmir. Bu səbəbdən də Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 21 oktyabr 2016-cı il tarixli, 8(043)- 735/2016 nömrəli qərardadı ilə “VAZ-21043” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində həbsin saxlanılması ərizəçinin mülkiyyət hüquqlarının əsassız pozulması kimi qiymətləndirilə bilməz. Odur ki, X1 “VAZ-21043” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin, qadağanın və məhdudiyyətin götürülməsi barədə ərizəsi əsassız olduğundan rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162, 263-269-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X4 Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 8(043)-735/2016 nömrəli, 21 oktyabr 2016-cı il tarixli qərardadı ilə “VAZ-21043” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin, qadağanın və məhdudiyyətin götürülməsi barədə ərizəsi əsassız olduğundan rədd edilsin. Qərardaddan, rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə yazılı şikayət verə bilərlər. Sədrlik edən hakim: Zaman İmanov Əsli ilə düzdür: X16

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar