Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(125)-476/2025 24.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X11 Tahir oğlunun sədrliyi və Aslanzadə Nəzrin Xəqani qızının katibliyi ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1021/2022 nömrəli qətnaməsinin izah edilməsi barədə X1 tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Tələbkar cavabdeh X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında xx.xx.2020-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 297 nömrə ilə qeydə alınmış nikahın pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1021/2022 nömrəli qətnaməsinə əsasən iddia təmin edilmiş, iddiaçı Tələbkar ilə cavabdeh X6 arasında xx.xx.2020-ci ildə Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 297 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahlarından xx.xx.2015-ci ildə anadan olmuş X7 və xx.xx.2020-ci ildə anadan olmuş X2 anaları X3 yanında saxlanılmaları qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. X1 ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1021/2022 nömrəli qətnaməsinin hansı orqan tərəfindən icra edilməsinin və uşağın digər valideyndən alınıb yanında qalması müəyyən edilən valideynə verilməsinin hazırki qətnamənin nəticə hissəsində ehtiva edilib-edilməməsinə dair izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Tələbkar ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında xx.xx.2020-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 297 nömrə ilə qeydə alınmış nikahın pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1021/2022 nömrəli qətnaməsi ilə iddianın təmin olunması, iddiaçı Tələbkar ilə cavabdeh X6 arasında xx.xx.2020-ci ildə Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 297 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahlarından xx.xx.2015-ci ildə anadan olmuş X7 və xx.xx.2020-ci ildə anadan olmuş X2 anaları X3 yanında saxlanılmaları qət edilmişdir. Daha sonra həmin qətnamə icraya yönəldilmişdir. Qətnamə qəbul edilən zaman uşaqlar onun himayəsində olmuş, daha sonra Tələbkar balaca oğlu xx.xx.2020-ci il tarixdə anadan olmuş X4 onun icazəsi olmadan özü ilə aparmış və iki aydır ki, uşağı ona göstərməmişdir. Bütün qurumlara şikayət etməsinə baxmayaraq şikayətlərinə baxılmamışdır. Gəncə şəhəri üzrə İcra İdarəsindən ona bildirmişdirlər ki, qətnamədə uşaqların ananın himayəsində saxlanılması qeyd edilmiş, alınıb verilməsi qeyd edilmədiyinə görə icra edə bilməmişdirlər. Buna görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəyə baxılması ilə əlaqədar işdə iştirak edən şəxslərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.4-cü maddəsinə əsasən ərizəyə işdə iştirak edən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, qətnamədə və onun əsasında verilmiş icra vərəqəsində hər hansı anlaşılmazlıq mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə, onun izah edilməsinə yol verilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 230, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1021/2022 nömrəli qətnaməsinin izah edilməsi barədə X1 tərəfindən verilmiş ərizə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №8(125)-476/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №8(125)-476/2025
24.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver