Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(125)-496/2023 25.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə təqdimata açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Cahid Qasımov məhkəməyə müraciət edərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-3716/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə, borclu Tələbkar2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-3716/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Tələbkar2 900,4 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İş üzrə borclu Tələbkar2 könüllü icra üçün müəyyən olunmuş müddətdə tələbin icrası ilə bağlı bildiriş göndərilməsinə, dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq borcundan heç bir ödəniş etməmiş və tam şəkildə ödəməkdən üzrsüz səbəbdən boyun qaçırmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun əmanəti, əmlakı və gəlirləri barədə müvafiq idarə və təşkilatlara sorğular edilərək heç bir əmanəti, əmlakı və gəlirləri müəyyən edilməmişdir. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tələbkar, borclu və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, təqdimat əsaslı olduğu üçün təmin edilməlidir. Təqdimata əlavə edilmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-3716/2021 saylı, xx.xx.2021-ci il tarixli məhkəmə əmrinin surətindən görünür ki, Tələbkar2 "xxxx" MMC ilə bağlanmış xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 900,40 manat əsas borc və 20 manat dövlət rüsumunun Sky Elektroniks” MMC-nin xeyrinə tutulması əmr edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin və icraata başlamaq haqqında qərarın surətindən görünür ki, borclu Tələbkar2 Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-3716/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarında olan “Elektron icra” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, tələbin yönəldilməsi üçün borclunun heç bir əmanəti, əmlakı və gəlirləri müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2 və 15.3-cü maddələrinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Həmin Məcəllənin 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Göründüyü kimi icra məmuru tərəfindən görülmüş tədbirlərə baxmayaraq icra sənədi icra edilməmişdir. Borcluya məxsus tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmiş, borclu tələbi könüllü olaraq icra etməmişdir. Belə olan halda borclunun ölkədən getməsi icra sənədinin icrasız qalması ilə nəticələnəcəkdir. Buna görə də icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-3716/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi icra olunanadək xx.xx.1985-ci il tarixdə ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Tələbkar2 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №8(125)-496/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №8(125)-496/2023
25.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver