Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(125)-498/2023 04.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Tələbkar Borclu iştirakı ilə, Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Tural İmanov təqdimatla məhkəməyə müraciət edərək, Şəki Rayon Məhkəməsinin e-2(075)-1296/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli qərarla icraata başlanılan Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(075)-1296/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 18 may 2022-ci il tarixdən hesablanmaqla 04 may 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq Tələbkarn xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2022-ci il tarixində Gəncə şəhəri üzrə İcra idarəsinin icraatına daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Qeyd olunan müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara elektron sorğular göndərilmişdir. Borcluya məxsus tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar edilməmişdir. Məhkəmə iclasında borclu təqdimatın təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında tələbkar təqdimatın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, təqdimatı və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(075)-1296/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 18 may 2022-ci il tarixdən hesablanmaqla 04 may 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq Tələbkarn xeyrinə ödənilməlidir; xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Borclu Şəki Rayon Məhkəməsinin e-2(075)-1296/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsаsən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1ci maddəsinin tələbinə görə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırıla bilməsi üçün ilkin şərt onun icra sənədinin könüllü icrası üçün müəyyən olunmuş vaxtda icra sənədini üzrsüz səbəbdən icra etməməsi halıdır. Təqdim olunmuş materiallar araşdırılarkən müəyyən olundu ki, “İcraata başlama haqqında” qərarın, tələbin könüllü icrası haqqında bildirişin və məsuliyyətə cəlb olunma barədə xəbərdarlıqların borcluya təqdim edilməsinə baxmayaraq, icra sənədinin icrasına hələ də nail olunmamışdır. Məhkəmə ötən müddət ərzində icra sənədinin hələ də icra edilməməsini, borclunun ölkə hüdudlarından kənara çıxacağı təqdirdə icra sənədinin icrasının çətinləşəcəyini, ödənilməmiş aliment borcunun məbləğini nəzərə alaraq hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə təqdimat təmin edilməli, Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 231, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. xx.xx.1991-ci il təvəllüdlü, Ağdam rayonu, Sarıcalı kəndində doğulmuş və həmin ünvanda qeydiyyatda olan, Gəncə şəhər, R.Qasımov küçəsi, dalan 1, ev 17A ünvanında yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №8(125)-498/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №8(125)-498/2023
04.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver