Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(125)-526/2025 08.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Qasımov Zakir Zaur oğlunun katibliyi, borclu X3 iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(104)-295/2025 saylı qətnaməsinin icrasına möhlət verilməsinə dair borclu X5 tərəfindən verilmiş ərizəyə Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X1 Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(104)-295/2025 saylı qətnaməsinin icrasına 6 ay müddətinə möhlət verilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(104)-295/2025 saylı qətnaməsinə əsasən Tələbkar San qızı tərəfindən ona 9000 manat kompensasiya verilməklə ünvan 1 ünvanında yerləşən evdən istifadə hüququma xitam verilməklə və həmin evdən çıxarılmağım müəyyən edilmişdir. Həmin ev məhkəmə qətnaməsinə qədər onun mülkiyyətimdə olmuşdur. Uzun illərdir ki, ailə üzvləriylə birlikdə həmin evdə yaşayır. Hazırda məhkəmə qətnaməsi qanuni qüvvəsini aldığına görə icra olunması Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. Hazırda icra şöbəsinin icra məmuru tərəfindən eyd olunan evdən çıxarılması tələb olunur. Həmin evdə iki övladıyla birlikdə yaşayır. Onların başqa yaşayış yerləri yoxdur. Tez bir müddətdə özlərinə yaşayış yeri tapa bilməkləri mümkün deyildir. Hazırda icra şöbəsi tərəfindən onun evdən çıxarılması tələb olunur. Lakin onların yaşamaq üçün başqa yaşayış yerləri yoxdur. Buna görə də ailə üzvləriylə birlikdə yaşamağa görə başqa ev tapmaq üçün onlara müddət lazımdır. Məhkəmə iclasında iştirak edən borclu ərizəsində yazılanların izahatı olaraq qəbul edilməsini və ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmiş, tələbkar məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasın onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə borclunu dinləyərək, ərizənin dəlilləri və iş materiallarını araşdıraraq belə hesab edir ki, ərizə təmin edilməməlidir. Ərizəyə əlavə edilmiş: Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(104)-295/2025 nömrəli qətnaməyə əsasən iddiaçı Tələbkar tərəfindən verilmiş apellayasiya şikayəti qismən təmin edilməsi; Gəncə Şəhər Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli 2(125)-1473/2022 nömrəli qətnamənin ləğv edilməsi və yeni qətnamə çıxarılması; cavabdeh X4 9000 manat kompensasiya verilməklə onun ünvan 2 ünvanda yerləşən evdən istifadə hüququna xitam verilməsi və həmin evdən çıxarılmaı; cavabdeh X3 evdən çıxarılması ilə kompensasiyanın verilməsi eyni gündə icra olunması qət edilmişdir. Belə ki, qanunvericiliyə görə hakim tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə haqlıdır (MPM, maddə 231.1; “İcra haqqında” Qanun, maddə 15). “Borclunun əmlak vəziyyəti” anlayışı bəllidir, “digər hallar” ifadəsi isə geniş əhatəlidir, bura həm borcluya, həm də tələbkara aid olan müxtəlif hallar daxildir, hansı ki, borcluya qətnaməni icra etməsi üçün çətinlik yaradır, lakin tələbkarın məhkəmə müdafiəsi hüququnun mahiyyətinə xələl gətirmir. Nəzərə alınmalıdır ki, məhkəmə qərarının icra olunması məhkəmə müdafiəsi hüququnun tərkib hissəsidir, əgər qətnamənin icrasına möhlət verilməsi məhkəmə müdafiəsi hüququnun mahiyyətinə xələl gətirərsə buna icazə verilə bilməz. Ali Məhkəmə Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli, 4 №-li qərarınında da bu mövqe öz əksini tapmışdır. Belə ki, qərarın 12-ci bəndində qeyd olunur: “Məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi ... müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər”. Qərarın 13-cü bəndində isə qeyd olunmuşdur: “Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar”. Həmçinin, Ali Məhkəməsi Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 6-cı bəndinin 5-ci abzasında qeyd olunur ki, Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən, Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Məhkəmə hesab edir ki, hazırki halda məhkəmə qətnaməsi ilə müəyyən edilmiş cavabdehin evdən çıxarılmalarına möhlət verilməsi tələbkarın mənafeyi baxımından məqsədə uyğun sayıla bilməz. Əks təqdirdə bu məhkəmə qətnaməsinin səmərəliliyini azaldır və tələbkar öz hüquqlarını realizə etmək imkanından məhrum olur. Məhkəmə hesab edir ki, borclunun ərizəsində əsaslandığı hallar qətnamənin icrasına möhlət verilməsi üçün üzrlü səbəb hesab oluna bilməz. Həmin əsaslara söykənərək qətnamənin icrasına möhlət verilməsi barədə ərizə qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icrasını ləngitmək xarakteri daşıyır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(104)-295/2025 saylı qətnaməsinin icrasına möhlət verilməsinə dair X1 tərəfindən verilmiş ərizə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №8(125)-526/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №8(125)-526/2025
08.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver