Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(125)-591/2023 22.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi ilə, Gəncə Şəhər Məhkəməsinin 2(125)-543/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1 tərəfindən verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi : Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1 məhkəməyə təqdimat verərək Gəncə Şəhər Məhkəməsinin 2(125)-543/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Gəncə şəhər Məhkəməsi tərəfindən verilmiş 2(125)-543/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 19 may 2021-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 17.900 (on yeddi min doqquz yüz) manat, hüquqi yardıma görə vəkilə ödənilmiş vəsaitin əvəzi qismində 110 (bir yüz on) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 165 (bir yüz altmış beş) manat, cəmi 18175 (on səkkiz min yüz yetmiş beş) manat məbləğində pul vəsaiti Tələbkar xeyrinə tutulmalıdır. İş üzrə Borclu könüllü icra üçün müəyyən olunmuş müddətdə tələbin icrası ilə bağlı bildiriş göndərilməsinə və rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh icranı təmin etməmiş və icranı təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırmışdır. Borclu barəsində müvafiq qaydada sorğular edilmiş və borcluya məxsus heç bir qiymətli əmlak aşkar edilməmişdir. Aparılan araşdırmalar zamanı Borclu ölkə hüdudlarından kənara çıxma ehtimalı müəyyən edilmişdir. Belə olan halda məhkəmə qərarları əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədiyi üçün, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədə müvafiqdir. Hazırda icra sənədi üzrə Borclu 18175 manat borcu qalmaqdadır. Təqdimata baxılması ilə əlaqədar işdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata işdə iştirak edən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, «İcra Haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-543/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, Borclu xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 17.900 (on yeddi min doqquz yüz) manat, hüquqi yardıma görə vəkilə ödənilmiş vəsaitin əvəzi qismində 110 (bir yüz on) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 165 (bir yüz altmış beş) manat, cəmi 18175 (on səkkiz min yüz yetmiş beş) manat məbləğində pul vəsaitinin Tələbkar xeyrinə tutulması qət edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)- 543/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə icraat başlanmışdır. xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası barədə bildirişdən görünür ki, Borclu tələbin könüllü icrası ilə bağlı məlumatlandırılmışdır. xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, borcluya borcunu könüllü ödəməyəcəyi təqdirdə inzibati məsuliyyətə cəlb olunacağı ilə bağlı məlumat verilmişdir. Təqdimatdan görünür ki, Borclu icra sənədi üzrə 18175 manat borcu vardır. Məhkəmə iclasında müəyyən olundu ki, Borclu Gəncə Şəhər Məhkəməsinin Məhkəməsinin e-2(125)-543/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə tələbin könüllü icrası barədə bildiriş verilməsinə və rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, tələbi könüllü icra etməmiş 18175 (on səkkiz min bir yüz yetmiş beş) manat borcu yaranmışdır. İcra sənədinin vaxtında borclu tərəfindən könüllü icra edilməməsi, onun Azərbaycan Respublikası ərazisini tərk etmək ehtimalının olması və bunun nəticəsində məhkəmə qətnaməsinin icrasız qalmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, Borclu ölkədən getmək hüququ müvəqqəti, yəni icra sənədi üzrə borcunu tam şəkildə ödəyənə kimi məhdudlaşdırılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Təqdimat təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(125)-543/2022 saylı icra sənədi üzrə borclu xx.xx.1981-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti, yəni icra sənədi üzrə müəyyən edilmiş borcunu ödəyənədək məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №8(125)-591/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №8(125)-591/2023
22.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver