Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(125)-593/2023 31.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Gəncə Şəhər Məhkəməsinin 2(125)-274/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə (bundan sonra – icra sənədi) əsasən Borclu (bundan sonra – borclu), xx.xx.2006-cı il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment Tələbkar (bundan sonra- tələbkar) ödənilməlidir. Gəncə şəhəri üzrə İcra İdarəsinin (bundan sonra – İdarə) icra məmuru Vüqar Gözəlov (bundan sonra – icra məmuru) təqdimatla məhkəməyə müraciət edərək icra sənədinin icrasının təmin edilməsi məqsədilə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədi icra olunması üçün İdarənin icraatına daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilərək qərarın surəti bildirişlə borcluya göndərilməklə təqdim olunmuşdur. Tələbin könüllü təmin edilməsi üçün müddət müəyyən edilmiş, həmin müddət ərzində borclu tərəfindən tələb könüllü təmin edilmədiyi üçün onun əmlak vəziyyəti barədə aidiyyəti təşkilatlara sorğular göndərilmiş, lakin borclunun adına tələbin yönələ biləcəyi hər hansı dəyərli əmlak aşkar etmək mümkün olmamışdır. Borclunun icra sənədi üzrə aliment borcu 720 manat təşkil edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, icra məmuru, borclu və tələbkar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən edilir ki, icra sənədi icra edilməsi üçün İdarəyə göndərilmiş və icra məmurunun xx.xx.2023-cü il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanılmış, xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildiriş borcluya xx.xx.2023-cü il tarixdə təqdim edilərək ona icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. Lakin borclu icra sənədinin icrasını tam təmin etməmişdir. Borclu xx.xx.2023-cü il tarixdə İdarədə verdiyi izahatında borcunu hissə-hissə ödəmək istədiyini bildirmiş, lakin buna baxmayaraq borclu icra sənədinin hissə-hissə icrasını da təmin etməmişdir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, İcra məmuru icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclunun adına bankda pul vəsaitinin, depozitin, əmanətin, daşınar və yaxud daşınmaz əmlakının olub-olmamasına dair elektron qaydada aidiyyəti dövlət qurumlarına sorğular verilmiş, lakin borclunun adına tələbin yönələ biləcəyi hər hansı dəyərli bir əmlakını aşkar etmək mümkün olmamışdır. MPM-in 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsаsən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1ci maddəsinin tələbinə görə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırıla bilməsi üçün ilkin şərt onun icra sənədinin könüllü icrası üçün müəyyən olunmuş vaxtda icra sənədini üzrsüz səbəbdən icra etməməsi halıdır. Təqdim olunmuş materiallar araşdırılarkən müəyyən olunmuşdur ki, “icraata başlamaq haqqında” qərarın, tələbin könüllü icrası haqqında bildirişin borcluya təqdim edilməsinə baxmayaraq, icra sənədinin icrasına hələ də tam nail olunmamışdır. Ötən müddət ərzində icra sənədinin icra edilməməsini, borclunun ölkə hüdudlarından kənara çıxacağı təqdirdə icra sənədinin icrasının çətinləşəcəyini, ödənilməmiş aliment borcunun məbləğini nəzərə alaraq məhkəmə hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə təqdimat təmin edilməli, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 231, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-274/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu – xx.xx.1979-cu il tarixdə ünvan 1 ünvanda qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №8(125)-593/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №8(125)-593/2023
31.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver