Məhkəmə qərarları › İş №8(125)-606/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №8(125)-606/2023

01.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(125)-606/2023 01.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Tahir oğlunun sədrliyi, Arıxova Nigar Azər qızının katibliyi ilə, Gəncə Şəhər Məhkəməsinin 2(125)-1121/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclular Borclu1, Borclu2 və Borclu3 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1 tərəfindən verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi : Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1 məhkəməyə təqdimat verərək Gəncə Şəhər Məhkəməsinin 2(125)-1121/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclular Borclu1, Borclu2 və Borclu3 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Gəncə şəhər Məhkəməsinin 2(125)- 1121/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclular Borclu1, Borclu2 və Borclu3 müştərək qaydada cəmi 9114.28 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. İş üzrə borclular Borclu1, Borclu2 və Borclu3 idarəyə dəvət edilmiş, lakin onlar, çağırışlara məhəl qoymayaraq idarəyə gəlməmişdirlər. Aparılmış icra tədbirləri nəticəsində borcluların adına heç bir əmlak müəyyən edilməmişdir. Odur ki, icra işinin icrasını təmin etmək məqsədi ilə borclu şəxslər ölkəyə girib çıxdığı üçün onların ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması təmin edilə bilər. Borclular Borclu1, Borclu2 və Borclu3 ölkə hüdudlarından kənarda olduqları üçün Gəncə Şəhər Məhkəməsinin 2(125)- 1121/2022 saylı, xx.xx.2022-çi il tarixli icra sənədlərini icra etmək mümkün olmur. Belə olan halda məhkəmə qərarları əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclular tərəfindən üzürsüz səbəbdən icra edilmədiyi üçün, borcluların ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədə müvafiqdir. Təqdimata baxılması ilə əlaqədar işdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata işdə iştirak edən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, «İcra Haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-1121/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, Borclu1, Borclu2 və Borclu3 müştərək qaydada Tələbkar ASCnin xeyrinə cəmi 9114,28 manat məbləğində pulun tutulması qət edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)- 1121/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə icraat başlanmışdır. xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası barədə bildirişdən görünür ki, borclular Borclu1, Borclu2 və Borclu3 tələbin könüllü icrası ilə bağlı məlumatlandırılmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, borclular Borclu1, Borclu2 və Borclu3 Gəncə Şəhər Məhkəməsinin Məhkəməsinin 2(125)-1121/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə tələbin könüllü icrası barədə bildiriş verilməsinə və rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, tələbi könüllü icra etməmişdirlər. İcra sənədinin vaxtında borclular tərəfindən könüllü icra edilməməsi, onların Azərbaycan Respublikası ərazisini tərk etmək ehtimalının olması və bunun nəticəsində məhkəmə qətnaməsinin icrasız qalmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, borclular Borclu1, Borclu2 və Borclu3 ölkədən getmək hüququ müvəqqəti, yəni icra sənədi üzrə borcunu tam şəkildə ödəyənə kimi məhdudlaşdırılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Təqdimat təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-1121/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu xx.xx.1995-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu1, borclu xx.xx.1990-cı ildə Gürcüstan, Rustavi şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan Borclu2 və borclu xx.xx.1968-ci ildə ünvan 3 ünvanında qeydiyyatda olan Borclu3 ölkədən getmək hüququ müvəqqəti, yəni icra sənədi üzrə müəyyən edilmiş borcunu ödəyənədək məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar