Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(125)-651/2024 09.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Şakir oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş “borclunun məcburi gətirilməsi” barədə təqdimata, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Şakir Şabanov təqdimatla məhkəməyə müraciət edərək, Borclu məcburi gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(043)-1314/15 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Borclu 1585 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "Finca Azerbaijan” ММ QBKT-nin xeyrinə ödənilməsi qət edilmişdir. Tələbin könüllü icrası üçün Borclu rəsmi qaydada bildirişlər verilərək qanunla müəyyən edilmiş vaxt ərzində icranın təmin edilməsi tələb edilmişdir. Lakin borclu tələbin müəyyən edilmiş vaxt ərzində könüllü icrasını təmin etməmişdir. Tələbin könüllü icrası haqqında bildiriş və xəbərdarlıq göndərilməsinə baxmayaraq Borclu 1615 manat bugünkü tarixə borcları qalmaqdadır. Borclular həmin borcu ödəməkdən yayınır, icra məmurunun çağırışı ilə icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınırlar. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası “İcra Haqqında” Qanununun 84.2-ci maddəsinə əsasən cavabdehin məcburi gətirilməsinə dair qərar çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, icra məmuru, tələbkar və borclu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb məhkəmə hesab edir ki, icra sənədi üzrə borclu barəsində məcburi gətirilmə barədə qərardad çıxarılmalıdır. Belə ki, təqdimata əlavə edilmiş: Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1314/2015 nömrəli, 08 aprel 2015-ci il tarixli icra vərəqindən görünür ki, Borclu və X1 müştərək qaydada 1404,06 manat əsas borc, 176,89 manat faiz borcu, 4,05 manat dəbbə pulu, cəmi 1585 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul alınaraq “Finca Azerbaijan” Məhdud Məsuliyyətli QBKT-nin xeyrinə tutulması qət edilmişdir. 17 iyul 2024-cü il tarixli “borclunun məcburi gətirilməsi” haqqında qərardan görünür ki, ünvan 2nda qeydiyyatda olan Borclu Gəncə şəhəri üzrə İcra İdarəsinə üzrsüz səbəbdən gəlmədiyi üçün onun barəsində məcburi qaydada Gəncə şəhəri üzrə İcra İdarəsinə gətirilməsi barədə aidiyyatı məhkəməyə təqdimat verilməsi qərara alınmışdır. Borclu ünvanlanmış tələbin könüllü icrası barədə bildirişin surətindən görünür ki, Borclu icra məmuru tərəfindən ona, icra sənədi icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə getməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə təqdimatı və təqdimata əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməli, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 1314/2015 nömrəli, 08 aprel 2015-ci il tarixli icra sənədi üzrə - xx.xx.1963-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, Gəncə şəhəri, X7, ev 10, mənzil 1 ünvanında qeydiyyatda olan və ünvan 2nda yaşayan Borclu Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilməli, qərardadın icrası Gəncə şəhər BPİnin 1-ci Polis Şöbəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263, 264, 268, 395, 396-cı maddələrini və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1314/2015 nömrəli, 08 aprel 2015-ci il tarixli icra sənədi üzrə - xx.xx.1963-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, Gəncə şəhəri, X7, ev 10, mənzil 1 ünvanında qeydiyyatda olan və ünvan 2nda yaşayan Borclu Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan, rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən işə baxan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №8(125)-651/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №8(125)-651/2024
09.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver