Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(125)-771/2022 30.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Tahir oğlunun sədrliyi, Səfərova Leyla Firdovsi qızının katibliyi, ərizəçi (borclu) X5 və tələbkar X1 iştirakı ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-2145/2022 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizəçi (borclu) X6 tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi (borclu) X6 ərizə ilə məhkəməyə müraciət edərək Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-2145/2022 nömrəli qətnaməsinin hissə-hissə (ayda 50 manat məbləğində) icra olunmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Ərizəçi (borclu) X6 ərizəsini onunla əsalandırmışdır ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-2145/2022 nömrəli qətnaməsinə əsasən ondan 3700 manat məbləğində pul, 110 manat hüquqi yardıma görə çəkilən xərc və 60 manat ödənilmiş dövlət rüsumunun X1 xeyrinə ödənilməsi qət edilmişdir. Hazırda maddi imkanının ağır olması, işləməməsi və ailə vəziyyəti ilə bağlı qətnamə üzrə borcunu ödəməyə imkanı çatmır. Buna baxmayaraq məhkəmə qərarına hər zaman hörmətlə yanaşmaqla birlikdə öhdəliyini anlayaraq həmin öhdəliyi qətnamədə göstərilmiş həcmdə hissə-hissə icra etməyə maddi durumu imkan verir. Məhkəmə iclasında ərizəçi (borclu) X6 ərizənin məzmununa uyğun çıxış edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tələbkar X3 borclunun icra sənədi üzrə borcunu ödəmək imkanına malik olduğunu göstərərək ərizənin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-2145/2022 nömrəli qətnaməsindən görünür ki, X4 3700 (üç min yeddi yüz) manat pul, 110 (bir yüz on) manat hüquqi yardıma görə çəkilən xərc və dövlət rüsumunun əvəzi olaraq 60 (altmış) manat alınaraq X1 xeyrinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Ssitemindən çıxarılmış xx.xx.2022-ci il tarixli, ********** seriyalı məşğulluq haqqında arayışdan görünür ki, X6 xx.xx.2020-ci il tarixindən Dövlət Məşğulluq Xidmətində işsiz statusundadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin tələblərinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. «İcra Haqqında» Qanunun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Məhkəmə borclunun maddi vəziyyətini və işsiz olmasını nəzərə alaraq hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-2145/2022 nömrəli qətnaməsi üzrə tutulmalı olan borc hissə-hissə hər ay 50 manat olmaqla X4 tutularaq tələbkar X2 verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Ərizə təmin olunsun. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-2145/2022 nömrəli qətnaməsi üzrə ərizəçi (borclu) X6 tərəfindən ödənilməli olan 3700 (üç min yeddi yüz) manat pul, 110 (bir yüz on) manat hüquqi yardıma görə çəkilən xərc və dövlət rüsumunun əvəzi olaraq 60 (altmış) manat hissə-hissə, hər ay 50 (əlli) manat olmaqla tələbkar X2 ödənilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. X10
Məhkəmə qərarları › İş №8(125)-771/2022
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №8(125)-771/2022
30.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver