Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(125)-958/2023 07.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-543/2022 nömrəli «icra sənədi üzrə icraatın dayandırılması» barədə Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru İlkin Qədimovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru İlkin Qədimov təqdimatla məhkəməyə müraciət edərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)- 543/2022 nömrəli icra sənədi üzrə icraatın dayandırılması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Gəncə Şəhəri Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-543/2022 nömrəli icra sənədinə əsasən Borclu 19 may 2021-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 17.900 manat, hüquqi yardıma görə vəkilə ödənilmiş vəsaitin əvəzi qismində 110 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 165 manat, cəmi 18.175 manat məbləğində pul vəsaitinin X1 xeyrinə tutulmalıdır. Bu barədə müvafiq müvafiq qaydada xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilərək icra sənədi icraata qəbul edilmişdir. Tələbin könüllü icrası üçün borclu X2 rəsmi qaydada bildiriş göndərilərək, qanunla müəyyən edilmiş vaxt ərzində icranın təmin edilməsi tələb edilmişdir. Lakin Borclu icra sənədində qeyd edilən ünvan 1 ünvanında yaşamadığı müəyyən edilmişdir. Borclu barəsində tələbin yönəldilə biləcəyi əmlakları müəyyən etmək üçün aidiyyəti orqanlara sorğular edilmiş və borcluda tələbin yönəldilə biləcəyi əmlaklar aşkar edilməmişdir. Borclunun yaşayış yeri haqqında məlumat əldə etmək mümkün olmadığından xx.xx.2023-cü il tarixdə borclunun axtarılması haqqında qərar qəbul edilərək Gəncə şəhəri Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə göndərilmiş və Daxili İşlər Nazirliyinin rəsmi elektron internet səhifəsindən Borclu barəsində xx.xx.2023-cü il tarixdən axtarış işi açıldığı müəyyən edilmişdir. Sonda icra məmuru İlkin Qədimov icraatın dayandırılmasına dair məsələyə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, borclu, tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğu üçün təmin edilməlidir. Təqdimata əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)- 543/2022 nömrəli icra sənədinin surətindən görünür ki, Borclu 19 may 2021-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 17.900 manat, hüquqi yardıma görə vəkilə ödənilmiş vəsaitin əvəzi qismində 110 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 165 manat, cəmi 18.175 manat məbləğində pul vəsaitinin X1 xeyrinə tutulmalıdır. İşdə olan xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-543/2022 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Borclu ünvanlanmış xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası barədə bildirişin surətindən görünür ki, Borclu tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir və icra sənədi icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. İşdə olan borclunun axtarılması haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Borclu barəsində Azərbaycan Respublikası üzrə axtarış elan edilmiş və qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış borclu və cavabdeh şəxslər»ə dair elektron portaldan çıxarışdan görünür ki, Borclu barəsində Gəncə Şəhər Baş Polis İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə axtarış işi açılmışdır. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 18.1.5-ci maddəsinə əsasən borclu, onun əmlakı axtarışda olduqda və ya onun uşağı axtarışda olduqda, icra sənədi üzrə icraat dayandırıla bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 19.1.2-ci maddəsinə görə həmin Qanunun 17-ci və 18-ci maddələrində nəzərdə tutulmuş hallarda icraat borclunun və ya tələbkarın Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissələrində müddətli həqiqi hərbi xidmətdə olduğu, üzrlü səbəblərdən icra hərəkətlərinin həyata keçirildiyi yerin hüdudlarından kənarda, stasionar müalicə müəssisəsində olduğu və ya borclunun, onun əmlakının axtarışda olduğu və ya ondan alınmış uşağın axtarışda olduğu halda - müvafiq olaraq hərbi xidmətdən buraxılanadək və ya kontrakt üzrə hərbi xidmətə başlayanadək, icra hərəkətlərinin keçirildiyi yerin hüdudlarına qayıdanadək, müalicə müəssisəsindən çıxanadək yaxud borclunun, onun əmlakının və ya ondan alınmış uşağın axtarışı başa çatanadək dayandırılır. Borclu barəsində axtarış elan edildiyindən məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-543/2022 nömrəli icra sənədi üzrə icraat həmin icra sənədi üzrə Borclu axtarışı başa çatanadək dayandırılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263-264, 266-268-ci maddələrinə əsasən məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-543/2022 nömrəli icra sənədi üzrə icraat həmin icra sənədi üzrə Borclu axtarışı başa çatanadək dayandırılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №8(125)-958/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №8(125)-958/2023
07.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver