Məhkəmə qərarları › İş №8-2(103)-10/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-10/2023

18.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-10/2023 18.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-49/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından Borclu MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Tələbkar “Azərbaycan Professional Kinorejissorlar Gildiyası” İctimai Birliyi şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, icra məmuru Nümayəndə icraata xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, icra sənədinin icrasının davam etdirilməsi üçün Maraqlı şəxsnə qaytarılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Mahkəməsinin xx.xx.2022- ci il tarixli e-2-2(113)-1408/2022 saylı qətnamasinə əsasən, iddiaçi “Azərbaycan Professional Kinorejissorlar Gildiyası” İctimai Birliyi ilə müqavilə bağlananadək Borclu tərəfindən “Azərbaycan Professional Kinorejissorlar Gildiyası” İctimai Birliyinə üzv müəlliflərin audiovizual əsərləri üzrə TV kanalların retranslyasiyasının həyata keçirilməsinin qadağan edilməsi və 01 iyul 2020-ci il tarixdən 18 fevral 2022-ci il tarixədək olan dövrdə “Azərbaycan Professional Kinorejissorlar Gildiyası” İctimai Birliyinə üzv müəlliflərin audiovizial əsərlərinin yayımını həyata keçirdiyinə görə 27900 manat məbləğində pul vəsaitinin Borclundən tutularaq “Azərbaycan Professional Kinorejissorlar Gildiyası” İctimai Birliyinə ödənilməsi qət olunmuşdur. Qətnamə xx.xx.2023-ci il tarixli icra sənədi üzrə Səbail rayon icra şöbəsinə icra edilməsi üçün göndərilmiş, xx.xx.2023-cii il tarixində icra məmuru Nümayəndə icraatına daxil olmuşdur. Həmin icra sənədi barəsində icra məmuru Nümayəndə xx.xx.2023-ci il tarixdə icra sənədinin borclu tərəfindən tam olaraq icra olunmasını əsas gətirərək və “İcra haqqında” Qanunun 20.1.5 va 20.2-ci maddələrini rəhbər tutaraq icraata xitam verilməsi baradə qərar qəbul etmişdir. Qətnamə pulun tutulması hissəsində icra olunsa da, “Azərbaycan Professional Kinorejissorlar Gildiyası” İctimai Birliyi ilə müqavilə bağlananadək Borclu tərəfindən “Azərbaycan Professional Kinorejissorlar Gildiyası” İctimai Birliyinə üzv müəlliflərin audiovizual əsərləri üzrə TV kanalların retranslyasiyasının həyata keçirilməsinin qadağan edilməsi hissəsində icra olunmamışdır. İcra məmuru borclunun xx.xx.2023-cü il tarixində Səbail rayon icra şöbəsinə təqdim etdiyi məktubu əsas götürərək artıq üzv müəlliflərin audiovizual əsərlərinin retranslyasiyasının həyata keçirilmədiyi qənaətinə gəlmişdir. Lakin məhkəmə Gildiyanın üzərinə qeyd edilən sənədlərin təqdim edilməsi öhdəliyini qoymamışdır. Müvafiq qətnamənin qəbul edilməsi üçün zəruri olan və məhkəmənin tələb etdiyi bütün sübutlar məhkəməyə təqdim edilmişdir. Qarşı tərəf sanki ədalət mühakiməsini həyata keçirən orqan kimi Gildiyanın üzərinə öhdəliklər qoyur, əsərlərin Gildiyaya məxsusluğunun sübut edilməsini tələb edir. Gildiya üzv müəlliflərinin siyahısını məhkəməyə təqdim etmişdir. Həmin müəlliflərin hansı audiovizual əsərlərinin olmasının hər kəsə açıq olan mənbələrdən, o cümlədən internet resurslarından müəyyən edilməsi mümkündür. Həmin əsərlərin hansı saatda və tarixdə yayımlanmasının göstərilməsi Gildiyanın vəzifəsi deyildir. Buna nəzarati borclu tərəfin özü həyata keçirməlidir. Borclu məktubda özü də retranslyasiyasının həyata keçirilməsinin dayandırıldığını göstərməmişdir. İcra məmurunun hansı əsasla məhkəmə qətnaməsinin tam icra olunduğu qənaətinə gəldiyi məlum deyil. Məhkəmə qərarı tam icra olunmamış icraata xitam verilmişdir. Halbuki, borclu retranslyasiyaya davam edir. İcra məmurunun icra sənədinin icrasında laqeydliyi, eləcə də müvafiq icra tədbirlərini “İcra haqqında” Qanunun tələblərinə uyğun olaraq təmin etməməsi icra məmuru tərəfindən qanunsuz və əsassız qərarın qəbul edilməsi ilə nəticələnmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8-2(113)-49/2023 nömrəli qərardadı ilə şikayət təmin edilmiş, icra məmuru Nümayəndə xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi haqqında qərarının ləğv olunması, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-1408/2022 saylı icra vərəqəsinin Maraqlı şəxsnə qaytarılması və icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi qərara alınmışdır. Borclu MMC şikayət verərək, həmin qərardadın ləğv edilməsi, icra məmuru Nümayəndə xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi haqqında qərarının qüvvədə saxlanılması və şikayətin rədd edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e2-2(113)-1408/2022 saylı qətnaməsindən görünür ki, icra məmuru tərəfindən icra edilməli olan 2 hissə mövcuddur: - iddiaçı “Azərbaycan Professional Kinorejissorlar Gildiyası” İctimai Birliyi ilə müqavilə bağlananadək Borclu tərəfindən “Azərbaycan Professional Kinorejissorlar Gildiyası” İctimai Birliyinə üzv müəlliflərin audiovizual əsərləri üzrə TV kanalların retranslyasiyasının həyata keçirilməsinin qadağan edilməsi; - 01 iyul 2020-ci il tarixdən 18 fevral 2022-ci il tarixədək olan dövrdə “Azərbaycan Professional Kinorejissorlar Gildiyası” İctimai Birliyinə üzv müəlliflərin audiovizial əsərlərinin yayımını həyata keçirdiyinə görə 27900 manat məbləğində pul vəsaitinin Borclundən tutularaq “Azərbaycan Professional Kinorejissorlar Gildiyası” İctimai Birliyinə ödənilməsi. İş materiallarında olan “İcraata xitam verilməsi haqqında” icra məmuru Nümayəndə xx.xx.2023-cü il tarixli Qərarından görünür ki, icra sənədində qeyd olunan tələbin borclu tərəfindən tam şəkildə təmin olunduğuna istinad olunaraq “İcra haqqında” Qanunun 20.1.5 və 20.2-ci maddəsinə əsasən icra sənədinə xitam verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, icra sənədinə xitam verilməsi barədə icra məmurunun qərarı qanunsuz və əsassızdır. Belə ki, icra işinin materiallarından görünür ki, qətnamə pulun tutulması hissəsində icra olunmuş, lakin “iddiaçı “Azərbaycan Professional Kinorejissorlar Gildiyası” İctimai Birliyi ilə müqavilə bağlananadək Borclu tərəfindən “Azərbaycan Professional Kinorejissorlar Gildiyası” İctimai Birliyinə üzv müəlliflərin audiovizual əsərləri üzrə TV kanalların retranslyasiyasının həyata keçirilməsinin qadağan edilməsi” hissəsində icra olunmamışdır. Belə ki, qətnamənin qeyd olunan hissədə icra olunması ilə bağlı icra məmuru tərəfindən hər hansı icra tədbirinin görülməsi icra işinin materialları ilə təsdiqlənmir. Əksinə, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Borclu MMC icra şöbəsinə müraciət edərək qeyd etmişdir ki, icra vərəqəsi üzrə borc məbləği onlar tərəfindən ödənilmişdir. “Azərbaycan Professional Kinorejissorlar Gildiyası” İctimai Birliyinə üzv müəlliflərin audiovizual əsərləri üzrə TV kanalların retranslyasiyasının həyata keçirilməsinin qadağan edilməsi hissəsi ilə bağlı məlum edirlər ki, tələbkarın iddia etdiyi əsərlərə müəlliflik hüquqlarını rəsmi təsdiq edəcək sənəd yoxdur. “Azərbaycan Professional Kinorejissorlar Gildiyası” İctimai Birliyinə üzv müəlliflərin audiovizual əsərləri siyahısı və onlara məxsusluğunu təsdiq edən rəsmi sənədlər olduğu təqdirdə onlar tərəfindən həmin əsərlər yayımlanmayacaqdır. Borclu MMC-yə “Azərbaycan Professional Kinorejissorlar Gildiyası” İctimai Birliyinə üzv müəlliflərin audiovizual əsərlərinin müəlliflərlə aralarında bağlanan müqavilələr (alt sənədlər də daxil olmaqla) təqdim edilməklə həmin əsərlərin adlı siyahısını və eyni zamanda hansı saatda və tarixlərdə yayımlanması göstərilməklə təqdim edilməsinin təmin edilməsi və iş üzrə icraata xitam verilməyi xahiş olunmuşdur. Borclu tərəfindən icra şöbəsinə göndərilən məktubdan da göründüyü kimi tələbkar tərəfindən müəyyən məlumatın verildiyi halda qətnamənin qeyd olunan hissəsinin icrasının mümkünlüyü qeyd olunmuş, bundan sonra icra məmuru qətnamənin həmin hissəsinin icra edilməsi ilə bağlı hər hansı icra hərəkəti həyata keçirməmiş, icra tədbiri görməmiş və icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul etmişdir. Halbuki, "İcra haqqında" Qanunun 7-ci maddəsinə əsasən icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görmək icra məmurunun vəzifəsidir. Həmin Qanunun 20.1 və 20.1.5-ci maddəsində isə təsbit olunmuşdur ki, icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən müəyyən olundu ki, qanuni qüvvəyə minmiş Bakı Kommersiya Mahkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1408/2022 saylı qətnaməsi qismən icra olunmuş, “iddiaçı “Azərbaycan Professional Kinorejissorlar Gildiyası” İctimai Birliyi ilə müqavilə bağlananadək Borclu tərəfindən “Azərbaycan Professional Kinorejissorlar Gildiyası” İctimai Birliyinə üzv müəlliflərin audiovizual əsərləri üzrə TV kanalların retranslyasiyasının həyata keçirilməsinin qadağan edilməsi” hissəsində icra olunmamışdır. Belə olan halda, icra sənədinin tam icra olunması əsası ilə icra sənədi üzrə “İcraata xitam verilməsi haqqında” qəbul edilmiş qərar qanuni və əsaslı hesab edilə bilməz. “İcra haqqında” Qanunun 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmin Qanunun 20.6-cı maddəsinə əsasən icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq şikayətin təmin olunması, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-1408/2022 saylı icra sənədi üzrə icra məmuru Nümayəndə xx.xx.2023cü il tarixli “İcraata xitam verilməsi haqqında” Qərarının ləğv olunması, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e2-2(113)-1408/2022 saylı icra vərəqəsinin Maraqlı şəxsnə qaytarılması və icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi nəticəsinə gəlmişdir. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-49/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar