Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-11/2025 27.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ borcluların əmlakları üzərinə həbs qoyulması barədə icra məmurunun təqdimatı üzrə (Açar söz:icra məmurunun təqdimatı, borclunun əmlakı üzərinə həbs qoyulması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), X2 və X1 ibarət tərkibdə İcra sənədinin icrasını təmin etmək məqsədilə borcluların əmlakları üzərinə həbs qoyulmasına dair Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmurunun təqdimatı üzrə Bakı Kommersiya Məhkəməsinin 02 aprel 2025-ci il tarixli qərardadından borclular Borclu4 İsmayıl Əfəndiyeviç və Borclu1 tərəfindən verilmiş şikayətlərə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları
1. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Borclu1, Borclu2, Borclu3 və Borclu4 5 325 000 ABŞ dollarının ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla tutularaq Tələbkar2, Tələbkar1, Tələbkar3 və Tələbkar4 ödənilməsi, 5 325 000 ABŞ dolları ödənildikdən sonra Tələbkar2, Tələbkar1, Tələbkar3 və Tələbkar4 ilə Borclu1, Borclu2, Borclu3 və Borclu4 arasında bağlanmış "xxxx" MTK-nın təsis paylarının alqı-satqısı müqavilələrinin ləğv edilərək, Tələbkar2, Tələbkar1, Tələbkar3 və Tələbkar4 "xxxx" MTK-nın 90 % təsis payını Borclu1, Borclu2, Borclu3 və Borclu4 İsmayıl - Əfəndiyeviçə geri qaytarmaları qət olunmuşdur.
2. Həmin qətnamə qanuni qüvvəyə minmiş, xx.xx.2023-cü il tarixdə icra vərəqəsi verilərək icra edilməsi üçün Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə göndərilmiş, icra məmurunun xx.xx.2023-cü il tarixli qərarı ilə icra icraatına başlanılmışdır.
3. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1070 saylı bağ sahəsi, Xızı rayonu, Yeni Yaşma kəndində torpaq sahəsi, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ev 16, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı, Bakı şəhəri, Yasamal rayonu, Q.Xəlilov küçəsi, 12, M2, m3, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat pr. (560,80) Borclu1, Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev k, məh.468-469, ev 23, m.59, Bakı şəhəri, Səbail rayonu, 71, M9, m1, Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov k, 14, M17, m1, Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, 63, M15, m2, Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, 63, M12, m2, Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, 63, M11, m2, Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, 63, M10, m2, Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, ev 63, 65, 67, 69, 71, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Səfixanı küçəsi, sahə 11, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1072E saylı, bağ sahəsi, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1072Ə bağ sahəsi, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1072, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1072A, nömrəli mənzillər (bağ evləri) X4-Əfəndiyeviçin mülkiyyətindədir.
Birinci instansiya məhkəməsindəki icraat və qəbul olunmuş məhkəmə aktı
4. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru təqdimatla Bakı Kommersiya Məhkəməsinə (məhkəmə) müraciət edərək, borclular Borclu1 mülkiyyətində olan Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1070 saylı bağ sahəsinin, Xızı rayonu, Yeni Yaşma kəndində torpaq sahəsinin, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ev 16, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı, Bakı şəhəri, Yasamal rayonu, Q.Xəlilov küçəsi, 12, M2, m3, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat pr. (560,80)-nin, X4-Əfəndiyeviçin mülkiyyətində olan olan Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev k, məh.468-469, ev 23, m.59-un, Bakı şəhəri, Səbail rayonu, 71, M9, m1in, Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov k, 14, M17, m1-in, Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, 63, M15, m2-nin, Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, 63, M12, m2-nin, Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, 63, M11, m2-nin, Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, 63, M10, m2-nin, Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, ev 63, 65, 67, 69, 71-in, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Səfixanı küçəsi, sahə 11-in, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1072E saylı bağ sahəsinin, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1072Ə bağ sahəsinin, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1072-nin, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1072A nömrəli mənzillərin (bağ evləri) üzərinə həbs qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. Təqdimat onunla əsaslandırılmışdır ki, icraat zamanı borclular Borclu1 və X4-Əfəndiyeviçin mülkiyyətində həmin əmlakların olduğu aşkar edilmişdir və icra sənədinin icrasını təmin etmək məqsədilə əmlakların üzərinə həbs qoyulması məqsədəmüvafiqdir.
6. Tələbkarlar, borclular və icra məmuru məhkəməyə gəlməmiş, təqdimata onların iştirakı olmadan baxılmışdır.
7. Məhkəmənin xx.xx.2025-ci il qərardadı ilə təqdimatın təmin olunması qərara alınmışdır.
8. Məhkəmə, gəldiyi nəticəni “İcra haqqında” Qanunun 43.1.1-ci, 45.1-ci, 45.6-cı, 50.1-ci, 50.2-ci maddələrinə istinadla belə əsaslandırmışdır ki, icra məmuru tərəfindən Borclu4 İsmayıl Əfəndiyeviçə və Borclu1 tələbin könüllü icrası haqqında bildiriş, digər cavabdehlər Tələbkar4, Tələbkar3, Tələbkar2, Tələbkar1 icra icraatına başlanılma haqqında qərar təqdim edilsə də, borc məbləği könüllü icra üçün müəyyən edilmiş müddətdə icra edilməmişdir.
9. Həmin qərardaddan Borclu4 İsmayıl Əfəndiyeviç və Borclu1 tərəfindən verilmiş şikayətlər məhkəmənin 22 aprel 2025-ci tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
10. Şikayətlər belə əsaslandırılmışdır ki, icra məmuru əmlakların üzərinə həbs qoyulması ilə bağlı məhkəməyə təqdimat verərkən tələbkarların mövqeyini öyrənməmişdir. Belə ki, tələbkarlardan heç biri qeyd edilən əmlakların üzərinə həbs qoyulmasında maraqlı deyildir. Hətta tələbkarlar tərəfindən icra vərəqəsinin icrasının təxirə salınması ilə bağlı icra məmuruna dəfələrlə ərizə də təqdim edilmiş, həmin ərizələrdə borclu və cavabdehlər arasında danışıqlar aparıldığı göstərilmiş, icra sənədi ilə bağlı icra hərəkətlərinin təxirə salınması xahiş olunmuşdur. İcra məmuru heç bir lüzum olmadan əmlakların üzərinə həbs qoyulması ilə bağlı məhkəməyə təqdimat vermişdir. Əmlakların üzərinə həbs qoyulması ilə bağlı xx.xx.2025-ci il tarixli qərardad qəbul edildikdən sonra tələbkarın nümayəndəsi ilə danışıqlar aparılmış, o, əmlakların üzərinə həbs qoyulmasına zərurət olmadığını, lazım olduqda bu mövqeyi məhkəmədə də təsdiq edəcəyinə hazır olduğunu bildirmişdir. xx.xx.2023-cü il tarixdə icra vərəqəsində 5 325 000 ABŞ dolları məbləğində vəsaitin borclulardan tutulması qeyd edilmiş, onların hər birindən nə qədər məbləğin tutulması göstərilməmişdir. Ona görə də, 5 325 000 ABŞ dolları məbləğində vəsait borclular arasında müştərək qaydada bölünməli, borcluların hər birindən 1 331 250 ABŞ dolları məbləğində vəsait tutulmalıdır. Lakin icra məmuru 5 325 000 ABŞ dolları məbləğində vəsait tutulması üçün yalnız onların mülkiyyətində olan əmlakların üzərinə həbs qoyulması ilə bağlı təqdimat vermiş, borcun hamısının bu iki şəxsin mülkiyyətində olan əmlaklar vasitəsilə təmin etməyə çalışmış, təqdimatda digər borcluların mülkiyyətində olan əmlakların üzərinə həbs qoyulması qeyd edilməmişdir. Onların hər birindən tutulmalı olan 1 331 250 ABŞ dolları məbləğində vəsait üzərinə həbs qoyulmuş əmlaklarımın dəyərindən xeyli azdır. Buna görə də bütün əmlakların üzərinə həbs qoyulmasına zərurət yoxdur. Bu onları əmlaklarından istifadə etmələrindən əsassız olaraq məhrum edir. Belə məlum olur ki, icra məmuru icra sənədi ilə bağlı dolğun araşdırma aparmamış, hər borcludan tutulmalı olan məbləği müəyyən etməmiş, bütün borc məbləğini onların mülkiyyətində olan əmlakların üzərinə həbs qoyulması ilə təmin etməyə çalışmışdır. Apellyasiya baxışı
11. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən hallar aşkar edilməmiş, işə yazılı icraat qaydasında baxılmışdır.
12. İcra sənədi üzrə tələbkarların nümayəndələri (vəkilləri) tərəfindən elektron sistemə ərizə və barışıq razılaşması yüklənmiş, tərəflər arasında barışıq əldə olunduğu bildirilməklə şikayətin təmin, qərardadın ləğv edilməsi xahiş olunmuşdur.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
13. Maddə 231.3. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması), borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır.
14. 231.3-1. Məhkəmə borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimata onun daxil olduğu vaxtdan 5 iş günü müddətində, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında ərizələrə və icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara onların daxil olduğu vaxtdan 10 iş günü müddətində baxır.
15. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
“İcra haqqında” Qanun
16. Maddə 20.1. İcra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.1. məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; 20.1.2. məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə.
17. Maddə 20.2. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir.
18. Maddə 20.3. İcra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir.
19. Maddə 20.4. İcra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir.
20. Maddə 20.5. Tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər.
21. Maddə 20.6. İcraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır.
22. Maddə 20.7. İcraata xitam verilməsi barədə icra məmurunun qərarı bu Qanunun 20.4-cü və 20.5-ci maddələrinə müvafiq olaraq ləğv olunmadıqda və ya ondan şikayət verilmədikdə, şikayət verildikdə isə bu şikayətin təmin olunmaması barədə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra sənədi 3 gün müddətində onu vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) geri qaytarılır.
23. Maddə 20.8. İcra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir.
24. Maddə 45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir.
25. Maddə 45.2. İcra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür.
26. Maddə 45.6. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur.
27. Maddə 45.7. Tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir.
28. Maddə 50.1. İcraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur.
29. Maddə 50.2. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir.
30. Maddə 50.3. Borclunun əmlakı üzərində sərəncam vermək hüququna və ya borclunun əmlakından istifadə etmək hüququna icra məmuru tərəfindən qoyulmuş məhdudiyyətlərə əməl olunmaması Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
31. Maddə 50.4. Borclunun əmlakı üzərinə aşağıdakı hallarda həbs qoyulur: 50.4.1. tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün; 50.4.2. borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün.
32. Maddə 50.5. Üzərinə həbs qoyulduğu vaxtdan beş gündən tez, lakin bir aydan gec olmayaraq, borclunun əmlakı icra məmuru tərəfindən satılmağa verilməsi üçün götürülür. Əmlak götürülənə qədər borclu, icra məmurunun nəzarəti altında onu sata bilər.
33. Maddə 53.1. Üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır.
34. Maddə 53.2. Vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakı istisna olmaqla, borclunun əmlakı qanunla nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır.
35. Maddə 53.3. Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır.
36. Maddə 54.1. İcra qurumunda eyni borclu barəsində bir neçə icra sənədi olduqda, onlar ümumi icraatda birləşdirilir. Bu zaman borclunun əmlakı üzərinə tələbin, icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi üçün ehtimal olunan xərclərin ümumi məbləği həcmində, digər iddianın (iddiaların) təmin olunması üçün onun üzərinə həbs qoyulmasından asılı olmayaraq, həbs qoyulur.
Apellyasiya baxışının həddi
37. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
38. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi təqdimatı təmin etməkdə haqlı olmuşdur və borcluların şikayətləri, eləcə də həmin qərardadın çıxarılmasından sonra icraat tərəflərinin barışması qərardadın ləğvi üçün əsas təşkil etmir.
39. Xüsusilə qeyd olunmalıdır ki, icra icraatının tərəfləri arasında barışıq sazişinin bağlanması, yaxud icra sənədinin onu vermiş məhkəməyə geri qaytarılması barədə tələbkarın icra məmuruna müraciət, yaxud tələbdən imtina edəcəyinə dair öhdəlik götürməsi, icra sənədi üzrə icraatın yekunlaşdığı mənasına gəlmir – çünkü həm tərəflərin həmin öhdəliyi yerinə yetirməməsi ehtimalı vardır, həm də hər bir müvafiq halda icra sənədinin icraatına xitam verilməsinin mexanizmi “İcra haqqında” Qanunda tənzmlənmişdir (§ 16-22) və icra məmurunun müvafiq qərarlarının mübahisələndirilməsi imkanı da mövcuddur.
40. Nəzərə alınmalıdır ki, məhz icra sənədi məhkəməyə qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir (§ 23), eləcə də məhkəmənin tətbiq etdiyi məcburi icra tədbirlərinin ləğv olunması haqqında məhkəməyə müraciət imkanı vardır.
41. Həmçinin qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi hər hansı səhvə yol verməmişdir – belə ki, məhkəmə icra məmurunun təqdimatına qərardad çıxarılan günə olan vəziyyətə uyğun qiymət vermişdir və qərardaddan sonrakı tarixdə icraat tərəflərinin barışacağını nəzərə alması mümkün deyildi. Apellyasiyanın məqsədi isə məhkəmə səhvlərinin aradan qaldırılmasından ibarətdir.
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-67/2025 saylı iş üzrə 02 aprel 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Hakimlər: Elnur Həsənov
Təranə Mahmudova
Leyla Əliyeva