Məhkəmə qərarları › İş №8-2(103)-12/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-12/2022

06.07.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-12/2022 06.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Borclu icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə şikayəti üzrə Bakı Kommersiya Məhkəməsinin 27 may 2*22-ci il tarixli qərardadından Borclu tərəfindən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 iyul 2*18-ci il tarixli, 2-2(81)-782/2*18 nömrəli qətnaməsi ilə iddiaçı "MCB Lizinq” QSC-nin pulun ödənilməsi, lizinq obyektinin geri qaytarılması və müqavilənin ləğv edilməsi tələbinə dair iddia tələbi qismən təmin edilmiş və *5.*6.2*14-cü il tarixli LM№ 16*/*6-2*14 saylı daxili maliyyə lizinqi müqaviləsi və bu müqaviləyə əlavə edilməsi haqqında 17.12.2*14-cü il tarixli LM№ 16*/*6-2*14-*1 saylı, 21.*1.2*15-ci il tarixli LM№ 16*/*6-2*14-*2 saylı, 3*.*3.2*15-ci il tarixli LM№ 16*/*6-2*14- *3 saylı, 29.*7.2*15-ci il tarixli LM№ 16*/*6-2*14-*4 saylı və 29.*4.2*16-cı il tarixli LM№ 16*/*6-2*14-*5 saylı razılaşma müqaviləsi üzrə "MCB Lizinq” QSC-yə olan əsas borc 69.*75,25 manat, 11.976,75 manat faiz borcu, 5** manat dəbbə pulu və 3* manat dövlət rüsumu, cəmi 81.582 manat cavabdehlər Borclu və X1 müştərək qaydada iddiaçı "MCB Lizinq” QSC-nin xeyrinə tutulması, *5.*6.2*14-cü il tarixli LM№ 16*/*6-2*14 saylı daxili maliyyə lizinqi müqaviləsi və bu müqaviləyə əlavə edilməsi haqqında 17.12.2*14-cü il tarixli LM№ 16*/*6-2*14-*1 saylı, 21.*1.2*15-ci il tarixli LM№ 16*/*6-2*14-*2 saylı, 3*.*3.2*15-ci il tarixli LM№ 16*/*6-2*14-*3 saylı, 29.*7.2*15-ci il tarixli LM№ 16*/*6-2*14-*4 saylı və 29.*4.2*16-cı il tarixli LM№ 16*/*6-2*14-*5 saylı razılaşma müqaviləsinin ləğv edilməsi və “MİMAKİ UJV-16*” çap avadanlığı (seriya № G93 CB571); “Roland LEC 54* UV” plotter-çap avadanlığı (seriya № ZBQ*398); “Maxima PZ32*8 GT2” çap avadanlığı (seriya № EJ329*2128**T); “Roland ARM 1*” çap avadanlığı (seriya №ZBR*2*8); “Roland EGX 36*” çap avadanlığı (seriya № ZBN*328); “Mimaki CJV 3*-16* BS” çap avadanlığı (seriya № 62CE113); “Flora LJ32* P” çap avadanlığı (seriya №LJİİ+32**A/8P-B/USB/789); “Maxima GT2 PZ 32*8” çap avadanlığı (seriya № EJ329*2468***) və polietilen paket istehsal xətti (ekstruder 1, ekstruder 2, kəsim avadanlığı 2, çap avadanlığı, doğrayıcı (drabilka), təkrar emal) cavabdeh Borclu tərəfindən iddiaçı "MCB Lizinq” QSC-yə geri qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 yanvar 2*19-cu il tarixli, 2-2(1*3)-65/2*19 nömrəli qətnaməsi ilə cavabdeh Borclu apellyasiya şikayəti təmin edilməmiş, iddiaçı "MCB Lizinq” QSC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 iyul 2*18-ci il tarixli, 2- 2(81)-782/2*18 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilmiş, *5.*6.2*14-cü il tarixli LM№ 16*/*6-2*14 saylı daxili maliyyə lizinqi müqaviləsi və bu müqaviləyə əlavə edilməsi haqqında 17.12.2*14-cü il tarixli LM№ 16*/*6-2*14-*1 saylı, 21.*1.2*15-ci il tarixli LM№ 16*/*6-2*14-*2 saylı, 3*.*3.2*15-ci il tarixli LM№ 16*/*6-2*14-*3 saylı, 29.*7.2*15-ci il tarixli LM№ 16*/*6-2*14-*4 saylı və 29.*4.2*16-cı il tarixli LM№ 16*/*6-2*14-*5 saylı razılaşma müqaviləsi ləğv edilmiş, *5.*6.2*14-cü il tarixli LM№ 16*/*6- 2*14 saylı daxili maliyyə lizinqi müqaviləsi və bu müqaviləyə əlavə edilməsi haqqında 17.12.2*14-cü il tarixli LM№ 16*/*6-2*14-*1 saylı, 21.*1.2*15-ci il tarixli LM№ 16*/*6-2*14- *2 saylı, 3*.*3.2*15-ci il tarixli LM№ 16*/*6-2*14- *3 saylı, 29.*7.2*15-ci il tarixli LM№ 16*/*6-2*14-*4 saylı və 29.*4.2*16-cı il tarixli LM№ 16*/*6-2*14-*5 saylı razılaşma müqaviləsi üzrə cavabdehlər Borclu və X1 iddiaçı "MCB Lizinq” QSC-nin xeyrinə 79.*36,94 manat əsas borc, 13.212,56 manat faiz (mükafat) borcu, 7*4 manat gecikməyə görə borc (dəbbə pulu) olmaqla, cəmi 92.952,9 manat borcun tutulması, lizinq obyektləri olan “MİMAKİ UJV-16*” çap avadanlığı (seriya № G93 CB571); “Roland LEC 54* UV” plotterçap avadanlığı (seriya № ZBQ*398); “Maxima PZ32*8 GT2” çap avadanlığı (seriya № EJ329*2128**T); “Roland ARM 1*” çap avadanlığı (seriya №ZBR*2*8); “Roland EGX 36*” çap avadanlığı (seriya № ZBN*328); “Mimaki CJV 3*-16* BS” çap avadanlığı (seriya № 62CE113); “Flora LJ32* P” çap avadanlığı (seriya №LJİİ+32**A/8P-B/USB/789); “Maxima GT2 PZ 32*8” çap avadanlığı (seriya № EJ329*2468***) və polietilen paket istehsal xəttinin (ekstruder 1, ekstruder 2, kəsim avadanlığı 2, çap avadanlığı, doğrayıcı (drabilka), təkrar emal) cavabdeh Borclu tərəfindən iddiaçı "MCB Lizinq” QSC-yə geri qaytarılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(1*2)- 2*2/2*19 saylı *4.*6.2*19-cu il tarixli qərarı ilə cavabdehlərin kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 yanvar 2*19- cu il tarixli, 2-2(1*3)-65/2*19 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 yanvar 2*19-cu il tarixli, 2-2(1*3)-65/2*19 nömrəli qətnaməsi qanuni qüvvəsini almış, 2-2(1*3)-65/2*19 saylı, 16 yanvar 2*19-cu il tarixli icra sənədi icra edilməsi üçün Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, həmin icra və probasiya şöbəsinin (böyük icra məmuru İlyas Cəfərov) 26.*7.2*19-cu il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanılmış və həmin icra sənədində göstərilən tələbin 1* gün müddətində könüllü icra edilməsi üçün Borclu bildiriş göndərilmişdir. 12.*7.2*18-ci il tarixli Borclu da imzaladığı aktdan görünür ki, 1 saylı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin *4.*6.2*18-ci il tarixli, 2-2(81)-782/2*18 nömrəli icra vərəqəsinə əsasən işə mahiyyəti üzrə baxılıb qurtaranadək “MİMAKİ UJV-16*” çap avadanlığı (seriya № G93 CB571); “Roland LEC 54* UV” plotter-çap avadanlığı (seriya № ZBQ*398); “Roland ARM 1*” çap avadanlığı (seriya №ZBR*2*8); “Roland EGX 36*” çap avadanlığı (seriya № ZBN*328); “Mimaki CJV 3*-16* BS” çap avadanlığı (seriya № 62CE113); “Flora LJ32* P” çap avadanlığı (seriya №LJİİ+32**A/8P-B/USB/789); “Maxima GT2 PZ 32*8” çap avadanlığı (seriya № EJ329*2468***) və polietilen paket istehsal xəttinin (ekstruder 1, ekstruder 2, kəsim avadanlığı 2, çap avadanlığı, doğrayıcı (drabilka)) üzərində sahiblik və istifadə hüquqlarının həyata keçirilməsi Borclu və başqalarına qadağan edilmiş və qərardadın icrasını təmin etmək məqsədilə icra məmuru tərəfindən əmlakların yerləşdiyi qeyri-yaşayış sahəsinə baxış keçirilmiş, “Mimaki CJV 3*-16* BS” çap avadanlığı (seriya № 62CE113); “Flora LJ32* P” çap avadanlığı (seriya №LJİİ+32**A/8P- B/USB/789) və “Maxima GT2 PZ 32*8” çap avadanlığının (seriya № EJ329*2468***) mövcud olmadığı aşkar edilmiş və aşkar edilmiş digər avadanlıqlar (“MİMAKİ UJV-16*” çap avadanlığı (seriya № G93 CB571); “Roland LEC 54* UV” plotter-çap avadanlığı (seriya № ZBQ*398); “Roland ARM 1*” çap avadanlığı (seriya №ZBR*2*8); “Roland EGX 36*” çap avadanlığı (seriya № ZBN*328); Maxima PZ32*8 GT2” çap avadanlığı (seriya № EJ329*2128**T)) üzərində sahiblik və istifadə hüquqlarının həyata keçirilməsi Borclu və digər borclu X2 qadağan edilməklə məsul saxlanca təhvil verilmişdir. Maraqlı şəxs 17/72-11*8*1/5 saylı *8.*6.2*21-ci il tarixli məktubu ilə Borclu bildirilmişdir ki, sonuncu tərəfindən iddianın təmin tədbiri çərçivəsində lizinq obyektləri olan avadanlıqların bir qismi tələbkara təhvil verilmiş və yalnız onlardan “Mimaki CJV 3*-16* BS” çap avadanlığı (seriya № 62CE113); “Flora LJ32* P” çap avadanlığı (seriya №LJİİ+32**A/8P-B/USB/789) və “Maxima GT2 PZ 32*8” çap avadanlığı (seriya № EJ329*2468***) və polietilen paket istehsal xətti (ekstruder 1, ekstruder 2, kəsim avadanlığı 2, çap avadanlığı, doğrayıcı (drabilka), təkrar emal) təhvil verilməmiş, həmçinin 3*.*7.2*19-cu il tarixli izahatında təhvil verilməyən avadanlıqlarının məhkəmə qərarı əsasında dəyərinin ödəniləcəyi bildirilsə də, nə qeyd olunan avadanlıqlar "MCB Lizinq” QSC-yə geri qaytarılmayıb, nə də ki, avadanlıqların dəyəri ödənilməyib. Həmçinin məktubda qeyd edilir ki, qeyd olunan (Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 16 yanvar 2*19-cu il tarixli, 2-2(1*3)-65/2*19 nömrəli qətnaməsi ilə müəyyən edilən) borc məbləği ödənilmişdir. Borclu məhkəməyə şikayət ünvanlayaraq ona münasibətdə Maraqlı şəxs hərəkətlərini qanun pozuntusu kimi hesab edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin *4.*6.2*18-ci il tarixli, 2-2(81)-782/2*18 nömrəli qərardadına əsasən Maraqlı şəxs tərəfindən iddianı təmin təbdiri çərçivəsində onun tərəfindən lizinqə götürülmüş dəzgahların üzərinə həbs qoyulmuş və tələbkar "MCB Lizinq” QSC-yə təhvil verilmiş, 2*2*ci ilin sentyabr ayında o, 5 müqavilə üzrə btüün öhdəliklərini yerinə yetirmiş və ödəniş qəbzlərini Yasamal Rayon İcra Şöbəsinə təqdim etsə də, əmlakların qaytarılması ilə bağlı icra şöbəsinə müraciətlər etməsinə baxmayaraq hələ də əmlaklar ona qaytarılmamışdır. Bakı Kommersiya Məhkəməsinin 27 may 2*22-ci il tarixli qəradadı ilə Borclu icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə şikayəti rədd edilmişdir. Həmin qərardaddan Borclu tərəfindən şikayət verilmişdir. Bakı Kommersiya Məhkəməsinin 17.*6.2*22-ci il tarixli, 8-2(113)-42/2*22 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 27.*5.2*22-ci il tarixli, 8-2(113)-42/2*22 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İcraat materiallarından göründüyü kimi, Borclu Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qanuni qüvvəyə minmiş 16 yanvar 2*19-cu il tarixli, 2- 2(1*3)- 65/2*19 nömrəli qətnaməsinə əsasən tələbkara 92.952,9 manat borcu ödəməklə yanaşı lizinq obyektləri olan çap avadanlıqlarını geri qaytarmalı idi. Borclu tərəfindən qətnamə üzrə tutulmuş məbləğin tələbkar "MCB Lizinq” QSC-yə ödənilməsi onu qətnamənin avadanlıqların qaytarılması hissəsini icra etmək öhdəliyindən azad etmədiyindən və qaytardığı avadanlıqları geri tələb etmək hüququ vermədiyindən borclunun icra məmuru qarşısında irəli sürdüyü tələblərin (avadanlıqların üzərindən həbsin götürülməsi, avadanlıqların qaytarılması) əsassız olduğu müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 27.*5.2*22-ci il tarixli, 8-2(113)-42/2*22 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.*.1, 4** və 4*5-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Borclu şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 27.*5.2*22-ci il tarixli, 8-2(113)-42/2*22 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar