Məhkəmə qərarları › İş №8-2(103)-12/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-12/2024

20.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-12/2024 20.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Şirinov Ziya Allahverdi oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(1*2)-195/2*21 nömrəli, *2.*6.2*21-ci il tarixli icra sənədi (qərarı) üzrə icra üsulunun və qaydasının dəyişdirilməsi barədə tələbkar LPO "xxxx" KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş ərizə üzrə Bakı Kommersiya Məhkəməsinin *8.*5.2*24-cü il tarixli qərardadından tələbkar LPO "xxxx" KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: Ləğv prosesində olan "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC-dən 27 yanvar 2*16-cı il tarixli, 1* №-li kredit müqaviləsi üzrə 13812*** manat əsas borc, 144912,93 manat müqavilə müddətinin sonuna faiz borcu, 3637933,4 manat cərimə, 2138527,22 manat müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2*14-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu olmaqla ümumilikdə 19733373,55 manat məbləğində pul vəsaitinin və iş üzrə ödənilmiş 3* manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2*2*-ci il *7 avqust tarixli 2-2(113)-393/2*2* nömrəli qətnaməsi ilə ASC-in MMC-ə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə iddiası qismən təmin olunmuş, müqavilə üzrə əsas borc 12.85*.711 manat, faiz borcu 1.6*8.253,25 manat, cərimə 5**.*** manat olmaqla, ümumilikdə 14.958.964,25 manat məbləğində pul vəsaiti MMC-dən tutularaq ASC-ə ödənilməsi, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 23 manat məbləğində pul vəsaiti MMC-dən tutularaq ASC-yə ödənilməsi, məhkəmə–mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 145 manat məbləğində pul vəsaitinin 11* manat məbləğində hissəsi MMC-dən, 35 manat məbləğində hissəsi ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət olunmuşdur. Bakı Apelyasiya Məhkəməsinin 2*2*-ci il 1* dekabr tarixli 2-2(1*3)-564/2*2* nömrəli qətnaməsi ilə cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2*2*-ci il *7 avqust tarixli, 2-2(113)-393/2*2*2* saylı qətnaməsi borcun tutulması hissəsində dəyişdirilmiş, cavabdeh MMC-dən müqavilə üzrə 12.85*.711 manat əsas borc, 1.6*8.253,25 manat faiz borcu və 5*.*** manat cərimə borcu olmaqla, ümumilikdə,14.5*8.964 manat məbləğində pul vəsaiti iddiaçı ASC-nin xeyrinə tutulması qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(1*2)- 195/2*21 nömrəli *2.*6.2*21-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2*2*-ci il 1* dekabr tarixli 2-2(1*3)-564/2*2* saylı qətnaməsi qismən - cərimə borcu hissəsində - dəyişdirilmiş, cavabdeh Borclu MMC-dən 27.*1.2*16-cı il tarixli 1* №-li kredit müqaviləsi üzrə 12.85*.711,** manat əsas borc, 1.6*8.253,25 manat faiz borcu və 5**.*** manat cərimə borcu olmaqla, ümumilikdə, 14.958.964,25 manat məbləğində pul vəsaitinin iddiaçı «X4» ASC-nin xeyrinə tutulması, cavabdehin kassasiya şikayətinin təmin edilməməsi qərara alınmış, qərar qəbul edildiyi andan qüvvəyə minmiş və icraya yönəldilmişdir. İcra icraatı üzrə tələbkar LPO "xxxx" KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ərizə ilə məhkəməyə müraciət edərək, Ali Məhkəmənin *2.*6.2*21ci il tarixli 2-2(1*2)-195/2*21 saylı icra sənədi üzrə icra üsulunun və qaydasının dəyişdirilərək, icra sənədi üzrə tutmanın ipotekaya qoyulmuş X2 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, 3**9-cu məhəllə, ev 83, 85, 87, 89 əmlakın ümumi sahəsi 2426.4* kv.m olan qeyri-yaşayış sahəsinə yönəldilməsi yolu ilə icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, icra sənədi 17.*7.2*21-ci il tarixdən Yasamal rayon İcra şöbəsinin icraatındadır, lakin bu günədək icra sənədi icra edilməmişdir. Odur ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə 14.*9.2*21-ci il tarixli Razılaşmaya əsasən Tərəflər Əmanətlərin Sığortalanması Fondu (ipoteka saxlayan), X3 (ipoteka qoyan) və Borclu MMC (borcalan) razılaşırlar ki, Borcalanın öhdəliyinin icrasını təmin etmək məqsədi ilə ipoteka qoyan Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, 3**9-cu məhəllə, ev 83, 85, 87, 89 əmlakın ümumi sahəsi 2426,4* kv.m olan xüsusi mülkiyyətdə olan əmlakını İpoteka saxlayan qarşısında ipoteka ilə yüklü edir və bununla bağlı tərəflər arasında 14.*9.2*21-ci il tarixli 1*/1 nömrəli İpoteka Müqaviləsi bağlanmışdır. Bakı Kommersiya Məhkəməsinin *8 may 2*24-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(1*2)-195/2*21 saylı, *2.*6.2*21-ci il tarixli icra sənədi (qərarı) üzrə icra üsulunun və qaydasının dəyişdirilməsi barədə tələbkar LPO "xxxx" KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş ərizə rədd edilmişdir. Tələbkar LPO "xxxx" KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-43/2*24 nömrəli, *8.*5.2*24-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və icra üsulunun dəyişdirilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, nəzərə alınmalıdır ki, icra sənədinin aydın və birmənalı olması, habelə qətnamədə icra üsulu və qaydasının konkret göstərilməsi maraqlı tərəfin müraciəti əsasında icra üsulunun və qaydasının dəyişdirilməsini istisna etmir. Halhazırda borclunun qətnamə üzrə "xxxx" KB ASC-yə olan 14.958.964,25 manat məbləğində borcu ödənilməmiş qalmaqdadır, bunun üçün isə icra sənədi üzrə müəyyənləşdirilmiş icra üsulu dəyişdirilməlidir. Lakin məhkəmə sadalanan halları araşdırmadan qərardadda ərizənin mahiyəti üzrə əsaslı olub-olmadığına hüquqi qiymət vermədən ərizənin təmin olunmaması barədə qərardad qəbul etmişdir. Qeyd olunan xüsusatları nəzərə alsalar görərlər ki, Bakı Kommersiya Məhkəməsi əsassız qərardad qəbul etmişdir. “İpotekahaqqında” Azərbaycan Respublikası Qanununun 39.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissəhissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Belə ki, yuxarıda qeyd olunan imperativ maddi hüquq normalarının tələblərinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra işi üzrə icra üsulunun və qaydasının dəyişdirilməsinə yalnız ipoteka saxlayanın razılığı ilə yol verilməsi müəyyən edilir. Ali Məhkəmənin Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və insan hüquqları üzrə Avropa məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 3*.*3.2**6-cı il tarixli 5 nömrəli Qərarının 6-cı bəndində isə qeyd olunmuşdur ki, Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Beləliklə, qanunvericilikdə qətnamədə nəzərdə tutulmuş onun icra üsulunun və qaydasının iddiaçının (tələbkarın) hüquqlarını və qanuni mənafeyini təmin edən digər icra üsulu və qaydası ilə əvəz edilməsi mümkünlüyü nəzərdə tutulur. Bakı Kommersiya Məhkəməsinin 29.*5.2*24-cü il tarixli, 8-2(113)-43/2*24 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin çıxarışına (daşınmaz əmakın reyestr nömrəsi **1*11**6397-*53*1-*83**7) əsasən müəyyən edilir ki, ümumi sahəsi 2426,4* m2 olan Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, 3*99-cu məhəllə, ev 83,85,87,89 ünvanında yerləşən qeyri-yaşayış sahəsi X1 xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 23.*7.2*21-ci il tarixdə 1121*827*6 nömrəsi ilə qeydiyyata alınmışdır. - LPO "xxxx" KB ASC (ipoteka saxlayan) ilə X3 (ipotekaqoyan) və Borclu MMC (borc alan) arasında 14.*9.2*21-ci il tarixli 1*/1 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən ipoteka saxlayanla borcalan arasında bağlanmış 27 yanvar 2*16-cı il tarixli 1* saylı kredit müqaviləsinə müvafiq olaraq ipoteka saxlayan tərəfindən borcalana kommersiya məqsədi üçün illik 5,5% olmaq şərti ilə 18.5**.*** manat məbləğində kredit ayrılmışdır. 1.2-ci bəndinə əsasən ipoteka qoyan mülkiyyət hüququ əsasında ona məxsus olan ipoteka predmetini kredit müqaviləsi üzrə yaranmış öhdəlikərn icrasının təmin edilməsi məqsədi ilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. - ipoteka predmeti - Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, 3*99cu məhəllə, ev 83,85,87,89 ünvanında yerləşən əmlakın ümumi sahəsi 2426,4* kv.m. olan xüsusi müllkiyyət (daşınmaz əmlakın dövlət reyestrində 23.*7.2*21-ci il tarixdə 1121*827*6 nömrəsi ilə qeydiyyata alınmış). 5.1-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan ipoteka predmetlərinə tutma yönəldə bilər. İpoteka predmetlərinə tutma məhkəmə qaydasında və ya məhkəmədən kənar qaydada yönəldilir. 5.3-cü bəndinə əsasən ipoteka predmetlərinə tutmanın yönəldilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada bildiriş verilməsi ilə başlayır. 5.4-cü bəndinə əsasən iopteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınmalıdır. - Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışla təsdiq edilir ki, Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, 3*99cu məhəllə, ev 83,85,87,89 ünvanında yerləşən ümumi sahəsi 2426,4* m2 olan qeyriyaşayış sahəsi üzərində X1 mülkiyyət hüququ LPO "xxxx" KB ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Çıxarışda əsas öhdəliyin mahiyyəti və icra müddəti qrafasında 27.*1.2*16-cı il tarixli, 1* saylı kredit müqaviləsinə istinad edilmişdir. Qeydiyyat tarixi 27.*9.2*21-ci il və qeydiyyat nömrəsi **********-dür. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun: 1*.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. 26.1.3-cü maddəsinə əsasən ipoteka qoyanın öz vəzifələrini icra edə bilmədiyi aşkar olarsa, məhkəmə qaydasında ipoteka predmetinin ona verilməsini tələb etmək ipoteka saxlayanın hüquqlarına daxildir. 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Yuxarıda göstərilən normaların məzmunundan göründüyü kimi qanunverici ipotekaya tutma yönəldilməsinin iki qaydasını müəyyən etmişdir: məhkəmə qaydası və məhkəmədənkənar qayda. Məhkəmədən kənar qayda ipotekaya tutma yönəldilməsi barədə bildiriş alındıqdan sonra 21 təqvim günü ərzində şikayət verilmədiyi halda icra qeydinin verilməsini, məhkəmə qaydası isə ipotekaya tutma yönəldilməsi barədə məhkəmədə iddia qaldırılmasını və həmin iddia əsasında məhkəmənin 39.3-cü maddəsində göstərilən tələblərə uyğun qətnamə qəbul edilməsini nəzərdə tutur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, hazırkı halda mübahisəli hüquq münasibətlərində ipotekaqoyan olan ərizəçi ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna riayət etmədən (ipotekaqoyana ipotekaya tutma yönədilməsi barədə bildiriş göndərmədən, onu qeydiyyata almadan və s.) ayrıca iddia predmeti olan tələbin təmin edilməsinə qətnamənin icra üsulunun dəyişdirilməsi barədə ərizə təqdim etməklə nail olmağa çalışdığından ərizənin təmin edilməməsi qanuni və əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin *8.*5.2*24-cü il tarixli, 8-2(113)-43/2*24 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.*.1, 4** və 4*5-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Tələbkar LPO "xxxx" KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin *8.*5.2*24-cü il tarixli, 8-2(113)-43/2*24 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar