Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-12/2025 04.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Borclu (cavabdeh) X5 *7.*4.2*25-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-258/2*22 saylı, 22.*4.2*22-ci il tarixli qətnaməsinin icrasına 6 ay müddətinə möhlət verilməsi barədə şikayəti üzrə (Açar sözlər: icraya möhlət verilməsi) X1 (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-258/2*22 saylı, 22.*4.2*22-ci il tarixli qətnaməsinin icrasına möhlət verilməsi barədə Bakı Kommersiya Məhkəməsinin 8-2(113)- 72/2*25 saylı, 18.*4.2*25-ci il tarixli qərardadından iş üzrə borclu X5 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq qərara aldılar. Birinci instansiya məhkəməsindəki icraat və qəbul olunmuş məhkəmə akt(lar)ı
1. Borclu (cavabdeh) X5 *7.*4.2*25-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-258/2*22 saylı, 22.*4.2*22-ci il tarixli qətnaməsinin icrasına 6 ay müddətinə möhlət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi ilə iddiaçının xeyrinə tutulmuş ümumillikdə 282*21,45 manat borcun çox hissəsi ödənilmişdir. Banka hazırda cəmi 1*1373,34 manat borc qalmışdır. Bakı şəhəri, Xətai rayonu, 2934 məhəllə, Sadıqcan küçəsi, ev 2A, korpus 3, mənzil 1 satılmış və banka ödənilmişdir. Hazırda digər əmlak Ağdaş rayonu, Məşəd kəndində *,2* ha torpaq sahəsi və onun üzərində olan 88.5 kv.m ümumi, 74.5 kv.m əsas, 14.* kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası isə hərraca göndərilmişdir. Ancaq həmin əmlak bu günkü bazar dəyərində çox aşağı qiymətə dəyərləndirilmişdir. Banka olan borcun çox hissəsi ödənilmişdir. Qalan borcu isə tez bir zamanda bağlamağa öhdəlik götürür. Ancaq bank tərəfindən şərait yaradılmır. Çünki bankın əməkdaşları həmin əmlakın dəyərinin daha yüksək olduğunu bilirlər və onun əmlakını ələ keçirməyə çalışırlar.
3. Bank "xxxx" ASC 1*.*4.2*25-ci il tarixdə elektron məhkəmə sisteminə ərizə yükləyərək, AR MPM-nin 231.5-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verildiyini, qətnamənin hissə-hissə icra edilməsinin Bank "xxxx" ASC-nin maraqlarına uyğun olmadığını və ipoteka saxlayan olaraq buna razılığının olmadığını bildirmişdir. Odur ki, qeyd edilənləri əsas gətirərək ərizənin rədd edilməsini məhkəmədən xahiş emişdir.
4. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-72/2*25 saylı, 18.*4.2*25-ci il tarixli 2- 2(113)-258/2*22 saylı, qərardadı ilə borclu cavabdeh X5 tərəfindən verilmiş ərizə rədd edilmişdir.
5. Borclu X5 “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə şikayət ilə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-72/2*25 nömrəli, 18.*4.2*25-ci il tarixli qərardadının ləğv edilməsini və ərizənin təmin edilməsi ilə bağlı qərardad qəbul edilməsini xahiş etmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin *7.*5.2*25-ci il tarixli, 8-2(113)-72/2*25 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Apellyasiya instansiya məhkəməsindəki icraat
7. Məhkəmənin 19.*5.2*25-ci il tarixli, 8-2(1*3)-327/2*25 nömrəli qərardadı ilə şikayət mümkün hesab edilmiş, yazılı icraat qaydasında işə baxılması *4.*6.2*25-ci il tarixə təyin edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
8. Maddə 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.
9. 231.5. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
10. Məhkəmə şikayəti, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməlidir.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.
12. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 12-ci və 13-cü bəndlərində qeyd edilir ki, Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinə görə, qətnamənin icrasına möhlət verilməsi, onun hissəhissə icrası və ya icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında məsələ həll olunarkən tərəflərin əmlak vəziyyəti və digər hallar nəzərə alınmalıdır. Qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən, borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmə bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdır.
13. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna görə istənilən məhkəmə tərəfindən qəbul edilmiş qərarın icrasının təmin edilməsi İnsan Hüquqları və X2 haqqında Konvensiyanın 6-cı maddənin məqsədləri baxımından «ədalətli məhkəmə araşdırmasının» tərkib hissəsidir.
14. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, hazırkı halda qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasına möhlət verilməsi ədalətli məhkəmə araşdırması prinsipinə zidd olmaqla qanuni qüvvəyə minmiş qətnamə ilə iddiaçıların bərpa edilmiş hüquqlarının yenidən pozulması ilə nəticələnəcəyindən borclunun ərizəsi təmin oluna bilməz.
15. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir.
16. Lakin iş materiallarından da müəyyən olunur ki, Bank "xxxx" ASC birinci instansiya məhkəməsinə borclunun ərizəsinə etiraz verərək, qətnamənin icrasına möhlət verilməsinin bankın maraqlarına uyğun olmadığını və ipoteka saxlayan olaraq buna razılığının olmadığını bildirmişdir.
17. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin Məhkəməsinin 8-2(113)-72/2*25 saylı, 18.*4.2*25-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
18. Mülki Prosessual Məcəllənin 4*2-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.
19. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.*.1, 4**, 4*2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
Borclu X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin Məhkəməsinin 8-2(113)-72/2*25 saylı, 18.*4.2*25-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.