Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-13/2024 21.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-51/2*24 saylı 15.*5.2*24-cü il tarixli qərardadından tələbkar "xxxx" MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin 24.*1.2*24-cü il tarixli, e-2-2(113)-544/2*24 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin cavabdeh Borclu QSC-yə qarşı *7.*1.2*22-ci il tarixli, SPARK-**3/2*22 saylı müqaviləyə əsasən pulun tutulması barədə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Borclu QSC-dən ƏDV daxil 139.553,88 manat məbləğində borc və 6.*** manat məbləğində dəbbə pulu, cəmi 145.553,88 manat məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 3** manat və dövlət rüsumunun əvəzi olaraq 35 məbləğində pul vəsaitinin tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra *7.*3.2*24-cü il tarixdə icra vərəqəsi verilmiş və icra edilməsi üçün Maraqlı şəxsnə göndərilmişdir. Maraqlı şəxs (böyük icra məmuru X1) 11.*3.2*24-cü il tarixli “icraata başlamaq haqqında” qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır. Hazırda tələbkar "xxxx" MMC məhkəməyə şikayət ünvanlayaraq, Maraqlı şəxs icra məmuru X1 Bakı Kommersiya Məhkəməsinin 24.*1.2*24-cü il tarixli, e-2-2(113)-544/2*24 saylı icra sənədinin icrası ilə bağlı hərəkətsizliyinin qanunsuz hesab edilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən 1 aydan artıq vaxt keçməsinə baxmayaraq, nəinki borclunun əmlakı üzərinə həbs qoyulmuş, ümumiyyətlə borclunun əmlak vəziyyəti yoxlanılmamışdır. Borclu kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi şəxsdir və aktiv bank hesabları mövcuddur. “İcra haqqında” Qanunun 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Lakin icra məmuru tərəfindən verilmiş könüllü icra müddətinin keçməsinə, icraata başlmaq haqqında qərar borcluya təqdim olunduğu gündən 1 aydan artıq vaxt keçməsinə baxmayaraq, icra məmuru tərəfindən borclunun bank hesablarına inkasso sərəncamları göndərilməmişdir. Məhkəmə qərarının icrasından qəsdən yayınan borclu inzibati məsuliyyətə cəlb olunmamışdır. Bakı Kommersiya Məhkəməsinin 15.*5.2*24-cü il tarixli, 8-2(113)-51/2*24 nömrəli qərardadı ilə şikayət təmin edilməmişdir. Tələbkar "xxxx" MMC şikayət verərək, həmin qərardadın ləğv edilməsini və icra sənədinin icrası ilə bağlı hərəkətsizliyin qanunsuz hesab edilməsi barədə qərardad qəbul xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamə qanuni qüvvəsini aldıqdan sonra *7.*3.2*24-cü il tarixdə icra vərəqəsi verilmiş və icra edilməsi üçün Bakı şəhəri Nəsimirayon İcra şöbəsinə göndərilmişdir. Lakin, icra məmuru tərəfindən məcburi icra tədbirləri 14.*5.2*24-cü il tarixdə, yəni icra sənədini aldıqdan sonra 67 gün sonra görülmüşdür. Halbuki, “İcra haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. İş materiallarından göründüyü kimi, icra məmuru iki aylıq müddəti ötürmüşdür. Eyni zamanda “İcra haqqında” Qanunun 5*.1-ci maddəsinə əsasən, icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirə salınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Lakin, icra məmuru tərəfindən borclunun əmlakı üzərinə 2 aydan sonra həbs qoyulmuşdur. İş materiallarında inkasso sərəncamları və nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması haqqında qərar olsa da, onların göndərilməsi ilə bağlı heç bir sənəd əlavə olunmamışdır. Bakı Kommersiya Məhkəməsinin 27.*5.2*24-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Maraqlı şəxs (böyük icra məmuru X1) 14.*5.2*24-cü il tarixli borclunun əmlak üzərinə həbs qoyulması haqqında qərarı ilə ünvan 2 ünvanında qeydiyyatda olan Borclu QSC-yə məxsus “İsuzu NMR77H" yük markalı, ** JX *** dövlət qeydiyyat nişanlı, "X5" minik markalı, 99 PB *16 dövlət qeydiyyat nişanlı, Lexus ES25*" minik markalı, 1* PP *15 dövlət qeydiyyat nişanlı, "Qaz 33*2-75*" yük markalı, ** JK *** dövlət qeydiyyat nişanlı və "Lexus LX5**D" minik markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması qərara alınmış və qərar icra olunması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinə göndərilmişdir. Eyni zamanda, Maraqlı şəxs (böyük icra məmuru X1) 14.*5.2*24-cü il tarixli "xxxx" ASC-yə və "xxxx" ASCyə ünvanladığı məktublardan görünür ki, Bakı Kommersiya Məhkəməsinin 24.*1.2*24-cü il tarixli, e-2-2(l 13)-544/2*24 saylı icra sənədi və bu sənəd əsasında tərtib edilmiş inkasso sərəncamları icra olunması üçün sözügedən banklara göndərilmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd etmişdir ki, icra məmuru tərəfindən icra sənədinin icra edilməsini təmin etmək üçün qanunun tələbinə uyğun olaraq məcburi icra tədbirləri həyata keçirilmişdir. İcra məmuru tərəfindən icra hərəkətləri həyata keçirilərkən hərəkətsizliyə yol verilməsi isə iş materiallarına əsasən müəyyən edilmir. Belə olan halda məhkəmə hesab etmişdir ki, tələbkarın şikayətinin dəlilləri icra məmurunun icra sənədinin icrası ilə bağlı vəzifələrini yerinə yetirərkən hərəkətsizliyə yol verməsi barədə nəticəyə gəlmək üçün əsas vermir. Odur ki, şikayət rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə mahiyyəti üzrə düzgündür. Şikayətin dəlilləri isə əsaslı hesab edilə bilməz. Belə ki, “İcra haqqında” Qanununun 44.1-ci maddəsinə əsasən məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması (44.1.1); icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi (44.1.2); könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi (44.1.3.). Həmin Qanunun 44.2-ci maddəsində isə göstərilmişdir ki, bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. İş materiallarından da müəyyən edilir ki, poçt vasitəsi ilə Borclu QSC-nin ünvanına göndərilmiş Maraqlı şəxs 11.*3.2*24-cü il tarixli “tələbin könüllü icrası haqqında” bildirişi ünvana çatdırılmamış və geri qaytarılmışdır. Həmin bildirişin və icraata başlamaq haqqında qərarın surəti yalnız 2*.*5.2*24-cü il tarixdə borclunun etibarnamə üzrə nümayəndəsi Toğrul Qurbanova təqdim edilmişdir. Göründüyü kimi, icraata başlamaq haqqında qərar 11.*3.2*24-cü il tarixdə qəbul edilsə də, həmin vaxt tələbin könüllü icrası haqqında bildirişin borcluya təqdim edilməsi mümkün olmadığına görə könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi baş verməmişdir. Belə olan halda isə məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Ona görə də, tələbkarın şikayətində qeyd edilən müddətdə icra məmurunun hərəkətsizliyi qanunsuz hesab edilə bilməz. Bu baxımdan kollegiya hesab edir ki, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 4*2-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.*.1, 4**, 4*2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Tələbkar "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-51/2*24 saylı 15.*5.2*24-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova Ziya Şirinov
Məhkəmə qərarları › İş №8-2(103)-13/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-13/2024
21.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver