Məhkəmə qərarları › İş №8-2(103)-14/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-14/2022

14.07.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-14/2022 14.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə Borclu MMC-yə məxsus avtomobillərin üzərinə həbs qoyulmasına dair icra məmurunun təqdimatı ilə bağlı Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-36/2022 nömrəli iş üzrə 26 may 2022-ci il tarixli qərardadından "xxxx" ASC-nin apellyasiyasının mümkünlüyünü yoxlayaraq müəyyən etdi: Bakı şəhəri Nizami rayon icra şöbəsi təqdimatla məhkəməyə müraciət edərək, Borclu MMC-yə məxsus olan “Kia Sorento” minik markalı **-AE-***, “İsuzu Turkuaz” minik markalı **-JP-***, “Hyundai Tucson” minik markalı **-AU-***, “VAZ 21074” minik markalı **- JS-***, “Nissan Sunny” minik markalı **-AU-***, “Kia Sorento” minik markalı **-JS-***, “Hyundai” minik markalı **-PK-***, “Nissan Pathfinder” minik markalı **-JS-***, “Hyundai Hİ” mikroavtobus markalı **-JP-*** və “Qaz 33021” yük markalı **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə təqdimat təmin edilmişdir. Qərardadla razılaşmayan "xxxx" ASC ondan şikayət verərək, ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qərardadı ilə ASC tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ləğv olunmuş, iş təqdimata baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmişdir. Qərardadla razılaşmayan "xxxx" ASC ondan şikayət verərək, ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayət qismən təmin edilərək, təqdimat işlə birlikdə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə təqdimat rədd edilmişdir. Qərardadla razılaşmayan Tələbkar1 MMC ondan şikayət verərək, ləğv edilib, təqdimatın təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət qismən təmin edilmiş, qərardad ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Kommersiya Məhkəməsinə qaytarılmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmişdir. Qərardadla razılaşmayan "xxxx" ASC ondan şikayət verərək, ləğv edilib, təqdimatın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiyanın mümkünlüyünü Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə yoxlayaraq, aşağıdakıları qeyd edir. MPM-in 267.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. “İcra haqqında” AR Qanununun: Maddə 28.2. İcraatda tərəflər tələbkar və borcludur; Maddə 54.1. İcra qurumunda eyni borclu barəsində bir neçə icra sənədi olduqda, onlar ümumi icraatda birləşdirilir. Bu zaman borclunun əmlakı üzərinə tələbin, icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi üçün ehtimal olunan xərclərin ümumi məbləği həcmində, digər iddianın (iddiaların) təmin olunması üçün onun üzərinə həbs qoyulmasından asılı olmayaraq, həbs qoyulur; Maddə 75.1. Borcludan tutulmuş pul məbləği icra sənədləri üzrə bütün tələblərin təmin edilməsi üçün yetərli olmadıqda, göstərilən məbləğ bu Qanunun 75.2-75.6-ci maddələri ilə müəyyən olunmuş növbəlilik qaydasında tələbkarlar arasında bölüşdürülür; Maddə 75.6. Bütün qalan tələblər beşinci növbədə təmin edilir. Bu zaman icra sənədlərinin daxil olma ardıcıllığı əsas götürülür. İşdən görünür ki, hazırkı birləşdirilmiş icra icraatının tərəfləri tələbkarlar Tələbkar1 MMC (2(82)-577/2018, xx.xx.2018) və Tələbkar2 QSC BOKT (2(82)-590/2018, xx.xx.2018), borclu isə Borclu MMC-dir. Həmin iş üzrə qəbul edilmiş məhkəmə aktını mübahisələndirən isə icraat üzrə tərəf olmayan "xxxx" ASC-dir. Belə olan halda, qərardaddan şikayət icra icraatının tərəfi olmayan subyekt tərəfindən verilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi həmin şəxsin ilk öncə mübahisəli “qərardadın bilavasitə aid olduğu digər şəxs” statusuna malik olub-olmamasını, qərardadın onun hüquq və vəzifələrinə, şikayətdə qeyd etdiyi kimi “gözlənilən mülkiyyət hüququ”na toxunub-toxunmamasını, ümumiyyətlə onun belə bir statusa və hüquqa, o cümlədən qərardaddan şikayət vermək hüququna malik olub-olmamasını yoxlamadan və qərardadında müzakirə etmədən, şikayəti iş materialları ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Analoji hüquqi situasiyada MPM 364.2-ci maddə ilə apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmənin qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamasını və bunun nəticəsinə dair qərardad qəbul etməsini tələb etmişdir. MPM-in: Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət, mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla verildiyi və bu səbəbdən apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün, qeyri-mümkün sayılmalı və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-36/2022 nömrəli iş üzrə 26 may 2022-ci il tarixli qərardadından "xxxx" ASC-nin apellyasiyası qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar