Məhkəmə qərarları › İş №8-2(103)-14/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-14/2023

11.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-14/2023 11.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Səbail rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından tələbkar "xxxx" MMC tərəfindən verilmiş şikayət üzrə Bakı Kommersiya Məhkəməsinin 8-2(113)- 65/2023 saylı, xx.xx.2023-cü saylı qərardadından borclu tərəfindən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: Tələbkar "xxxx" MMC (Borclu) Maraqlı şəxs Bakı Kommersiya Məhkəməsinin 2- 2(113)-1491/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə “icraata xitam verilməsi barədə” qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC-nin cavabdeh Borclu qarşı “maneələrin aradan qaldırılması, avadanlıqların qaytarılması' tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1491 /2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçı "xxxx" MMC-nin istifadə və sahibliyinə verilmiş cavabdeh Borclu məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən cavabdeh Borclu tərəfindən iddiaçı "xxxx" MMC- nin çıxarılmasının qeyri-qanuni hesab edilməsi, xx.xx.2021 -ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçı "xxxx" MMC-nin istifadə və sahibliyinə verilmiş cavabdeh Borclu məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən iddiaçı "xxxx" MMC-nin istifadəsi ilə bağlı cavabdeh Borclu tərəfindən qanunsuz və özbaşına olaraq yaradılmış maneələrin aradan qaldırılması qət edilmişdir. Sözügedən qətnamə üzrə icra vərəqəsi icra olunması üçün aidiyyət qaydalarına uyğun olaraq Maraqlı şəxsnə göndərilmişdir (icra məmuru Səbuhi Əhmədov). Borclu tərəfindən icra sənədi icra olunmadığı üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(009)- 48/2023 nömrəli qərardadına əsasən Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 1491/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu Səbail Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilməsi barədə icra məmuru Səbuhi Əhmədovun təqdimatı təmin edilmişdir. Borclunun məcburi qaydada Səbail Rayon İcra Şöbəsinə gətirilməsi Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə həvalə edilsə də, məcburi gətirmə barədə qərardad icra olunmamışdır. xx.xx.2023-cü il tarixində Səbail Rayon İcra Şöbəsi tərəfindən borclu barəsində axtarış elan edilməsi barədə qərar qəbul edilmişdir. Borclu barəsində axtarış işi açıldıqdan və axtarışda olan şəxs qismində sistemə əlavə edildikdən sonra Səbail Rayon İcra Şöbəsi tərəfindən borclunun axtarılması barədə qərar ləğv edilmiş və axtarış işi dayandırılmışdır. Səbail Rayon İcra Şöbəsi bu hərəkəti belə əsaslandırmışdır ki, borclunun axtarılmasına “zərurət aradan qalxdığı üçün” axtarış işi dayandırılmışdır. Bunun ardınca Səbail Rayon İcra Şöbəsi iş üzrə icraata xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli Qərar qəbul etmişdir. İlk olaraq bildirilməlidir ki, həmin Qərar “İcra haqqında” AR Qanununun 20.1.5-ci maddəsinə əsasən qəbul edilmişdir. Həmin normaya əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Lakin icra məmuru icra sənədinin tam icra olunmasına dair heç bir akt və digər növ sənəd tərtib etməmiş, yalnız borclunun izahatına əsaslanaraq icra sənədinə xitam vermişdir. Şirkətin istifadə hüququnun qətnamə ilə bərpa olunmasına baxmayaraq icarə obyektindən istifadə edə bilmir, bununla bağlı icra məmuruna narazıçılıqlarını bildirsələr də, o bunun əksinə olaraq borclunun “səmimi etirafına” əsaslanaraq icra işinə xitam verir. Təbii ki, borclu şöbəyə verdiyi izahatında həqiqəti əks etdirən məlumatları təqdim etməyəcəkdir və hər bir vəchlə icra sənədinin icrasından yayınacaqdır, belə olan halda onun yalan izahatına əsaslanaraq icra işinə xitam vermək əsassızdır və bu səbəbdən də xitam qərarı ləğv edilməlidir. Həmin Qərar belə əsaslandırılmışdır ki, “icra sənədinin icrası ilə əlaqədar olaraq icra məmurları qeyd olunan ünvanda olan zaman həmin qeyri-yaşayış sahəsindən qanuni əsaslarla digər sahibkar tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. Eyni zamanda icra sənədi üzrə Borclu xx.xx.2023-cü il tarixli izahatında onun tərəfindən heç bir qanunsuz və özbaşına maneənin mövcud olmadığını qeyd etmiş, hər hansı qanunsuz və özbaşına maneə yaradılmaması barədə ondan iltizam alınmışdır”. Səbail Rayon İcra Şöbəsi tərəfindən qəbul edilən iş üzrə icraata xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli qərar tamamilə qanunsuz olduğu üçün ləğv edilməlidir. Bakı Kommersiya Məhkəməsinin 2- 2(113)-1491/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin nəticə hissəsindən də göründüyü kimi xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçı "xxxx" MMC-nin istifadə və sahibliyinə verilmiş cavabdeh Borclu məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən iddiaçı “Elllis Catering" MMC- nin istifadəsi ilə bağlı cavabdeh Borclu tərəfindən qanunsuz və özbaşına olaraq yaradılmış maneələrin aradan qaldırılması qət edilmişdir. Yəni, həmin maneənin konkret olaraq nədə olması qətnamənin nəticə hissəsində ifadə edilməyib. Bu da onu deməyə əsas verir ki, Borclu həmin obyektdən istifadə ilə bağlı "xxxx" MMC-yə yaratdığı bütün maneələri aradan qaldırmalıdır. Yəni Borclu "xxxx" MMC ilə bağladığı xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin qüvvədə olmasına baxmayaraq, “BARİSTİCA’ MMC və X3 ilə 25 oktyabr 2021 -ci il tarixli 2 ayrı icarə müqaviləsi bağlayaraq ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bir hissəsini "xxxx" MMC-yə, digər hissəsini isə X2 icarəyə verməsi Ş.Hicranın "xxxx" MMC üçün yaratdığı maneələrdən biridir və həmin maneə də Ş.Hicran tərəfindən aradan qaldırılmalıdır. Əks halda, belə bir vəziyyət yaranacaq: "xxxx" MMC-nin Borclu ilə bağladığı icarə müqaviləsi qüvvədədir və "xxxx" MMC-nin bu müqavilədən irəli gələn hüquqları dövlət qeydiyyatına alınıb. Məhkəmə də qətnamə çıxarıb ki, Borclu bütün maneələri aradan qaldırsın ki, "xxxx" MMC mübahisə predmeti olan obyektdən istifadə edə bilsin. Lakin, "xxxx" MMC yenə də obyektdən istifadə edə bilmir. Çünki, Borclu belə bir bəhanə gətirir ki, həmin obyekt "xxxx" MMC və X1 qanuni istifadəsindədir. Lakin, "xxxx" MMC-nin Borclu "xxxx" MMC və X4 bağladığı müqavilələrə xitam vermək və onları həmin obyektdən çıxarmaq kimi bir səlahiyyəti və hüququ yoxdur. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbinə görə müqaviləni dəyişdirmək və ləğv etmək hüququ müqavilənin tərəflərinə məxsusdur, onlar razılığa gəlmədikdə isə bu mübahisə müqavilə tərəflərindən birinin müraciəti ilə məhkəmə qaydasında həll edilir. Yəni, "xxxx" MMC-nin obyektdən istifadə hüququnun tanınmasına dair Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1491/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi sadəcə kağız üzərində qalıb. Həmin qətnamənin icra edilməsinə "xxxx" MMC-dən başqa heç kəs maraqlı deyil. Bu məsələnin yeganə həlli yolu odur ki, Səbail Rayon İcra Şöbəsi tərəfindən qəbul edilən iş üzrə icraata xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli qərar ləğv edilsin və İcra Şöbəsinə izah edilsin ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1491 /2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi "xxxx" MMC-nin mübahisə predmeti olan obyektdən maneəsiz istifadə etmək hüququnun həyata keçirilməsinə yönəldilib. Buna görə də Borclu öz təşəbbüsü ilə "xxxx" MMC və X4 bağladığı müqavilələrə xitam verməli, həmin şəxsləri obyektdən çıxarmalı və obyekti yenidən "xxxx" MMC-nin qanuni istifadəsinə verməlidir. Çünki, bu tədbir də məhz obyektdən istifadə ilə bağlı maneənin aradan qaldırılmasına xidmət edir. Qeyd edilən bu tədbir icra edilməsə, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 1491/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin icrasından söhbət gedə bilməz və bu hal uzun sürən məhkəmə mübahisələrinin yaranmasına rəvac verəcək. Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-65/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1491/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsinə dair Səbail rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmişdir. Borclu həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsi və tələbkarın şikayətinin təmin olunmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-1491/2022 saylı qətnaməsinin Borclu üçün hərəkətlə icra edilməli olan nəticəsi ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən iddiaçı "xxxx" MMC-nin istifadəsi ilə bağlı onun tərəfindən qanunsuz və özbaşına olaraq yaradılmış maneələrin aradan qaldırılmasıdır. İcra sənədinin borclu tərəfindən icra edilməsi üçün ilk növbədə qeyri-yaşayış sahəsindən iddiaçı "xxxx" MMC-nin istifadəsi ilə bağlı cavabdehin-borclunun yaratdığı qanunsuz və özbaşına maneələr müəyyən olunmalıdır. Lakin icra işindən görünür ki, borclu tərəfindən yaradılmış qanunsuz və özbaşına maneələr müəyyən olunmamışdır. Heç hakim də qərardadında borclunun hansı qanunsuz və özbaşına maneələr yaratdığını və aradan qaldırmadığını müəyyən etməmişdir. Belə olan halda, hakim borcludan və icra məmurundan nəyin icrasını tələb edir, aydın deyildir. Hakim “Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1491/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə tələblər borclu tərəfindən təmin edilməmişdir” nəticəsini, yəni, qərardadını əsaslandırmamışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8-2(113)-65/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Borclunun vəkili məhkəməyə ərizə ilə müraciət edərək işə şifahi icraat qaydasında baxılmasını xahiş etsə də ərizə əsaslandırılmadığından vəsatət təmin olunmamışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8-2(113)-65/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 20.4-cü maddəsinə əsasən icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 14.1-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1491/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə xx.xx.2022-cı il tarixdə Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsi tərəfindən icraata başlanılması barədə qərar qəbul edilmiş, daha sonra icra sənədi ərazi aidiyyəti üzrə Səbail rayon İcra Şöbəsinə göndərilmişdir. Səbail rayon İcra Şöbəsi “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.5-ci maddəsinə əsaslanaraq xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi barədə qərarı ilə icra sənədi üzrə icraata xitam verilmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1491/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.2021 -ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçı "xxxx" MMC-nin istifadə və sahibliyinə verilmiş cavabdeh Borclu məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən iddiaçı "xxxx" MMC-nin istifadəsi ilə bağlı cavabdeh Borclu tərəfindən qanunsuz və özbaşına olaraq yaradılmış maneələrin aradan qaldırılması təmin edilməli idi. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Hazırkı halda tələbkarın ərizəsinə əsasən "xxxx" MMC-nin ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində fəaliyyəti bərpa olunmadığından icra sənədi icra olunmamışdır. Səbail rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi barədə qərarında qeyd edilmişdir ki, icra sənədinin icrası ilə əlaqədar olaraq icra məmurları qeyd olunan ünvanda olan zaman həmin qeyri-yaşayış sahəsindən qanuni əsaslarla digər sahibkar tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. Eyni zamanda icra sənədi üzrə Borclu xx.xx.2023-cü il tarixli izahatında onun tərəfindən heç bir qanunsuz və özbaşına maneənin mövcud olmadığını qeyd etmiş, hər hansı qanunsuz və özbaşına manəe yaradılmaması barədə ondan iltizam alınmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki. icra şöbəsinin borclunun Səbail rayon İcra şöbəsinə ünvanladığı izahata istinad etməklə icra sənədinin icra olunduğuna dair qənaətə gəlməsi və bu əsasla icra üzrə icraata xitam verməsi düzgün olmamışdır. İcra məmuruna Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1491/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədində cavabdeh Borclu tərəfindən qanunsuz və özbaşına olaraq yaradılmış maneələrin nədə ifadə olunduğu aydın deyildisə “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən icra sənədinə izah verilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə bilərdi. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8-2(113)-65/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Borclu şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8-2(113)-65/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar