Məhkəmə qərarları › İş №8-2(103)-15/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-15/2024

14.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-15/2024 14.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 17 may 2024-cü il tarixli e-8-2(113)-26/2024 saylı qərardadından tələbkar Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş şikayətin mümkünlüyü məsələsinə baxaraq, m ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin 17 may 2024-cü il tarixli e-8-2(113)-26/2024 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-70/2023 saylı, xx.xx.2023-cü il tarixli və Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3713/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədlərinin məhkəməyə geri qaytarılması öhdəliyi Bakı şəhəri Nəsimi Rayon Şöbəsinin icra məmurunun üzərinə qoyulmuş, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)- 70/2023 saylı, xx.xx.2023-cü il tarixli və Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 3713/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədləri üzrə icra ödənişinin alınması, inkasso sərəncamının qoyulması barədə Bakı şəhəri Nəsimi Rayon Şöbəsinin icra məmurunun hərəkətləri qanunsuz hesab edilmişdir. Tələbkar Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiyanın mümkün hesab edilməsi barədə qərardad qəbul edilənədək isə tələbkar Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin 17 may 2024-cü il tarixli, e-8-2(113)-26/2024 nömrəli qərardadından verilmiş şikayətin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiyanın mümkün hesab edilməsi barədə qərardad qəbul edilənədək şikayətin geri qaytarılması barədə ərizə daxil olduğuna görə artıq apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Belə ki, Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Ona görə də, hazırkı işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və şikayətin geri qaytarılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 366 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Kommersiya Məhkəməsinin 17 may 2024-cü il tarixli e-8-2(113)-26/2024 saylı qərardadından tələbkar Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Şikayətin geri qaytarılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Raqib Qurbanov Ziya Şirinov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar