Məhkəmə qərarları › İş №8-2(103)-16/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-16/2021

15.12.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-16/2021 15.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Məmmədov Vidadi Məmməd oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, "Mobilnoye Proyektno-Stroitelnoye Obyedineniye "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi və vəkili Nümayəndə, nümayəndəsi X1 iştirakı ilə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 iyun 2018-ci il tarixli, 2-2(81)- 430/2018 saylı qətnaməsinə izah verilməsi barədə "Mobilnoye Proyektno-Stroitelnoye Obyedineniye "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş ərizəyə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 18 oktyabr 2021ci il tarixli, 8-2(113)-51/2021 saylı qərardadından "Mobilnoye Proyektno-Stroitelnoye Obyedineniye "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan filialı tərəfindən verilmiş şikayətə məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 iyun 2018-ci il tarixli, 2-2(81)-430/2018 saylı qətnaməsi ilə "xxxx" MMC-nin ilk iddia tələbinin qismən təmin edilməsi, "xxxx" MMCnin tikinti ərazisindən diametri 2500 mm olan MTS markalı mikto tunel qazan aparıtının layihəyə ziyan vurmadan və tuneli zədələmədən tuneldən götürülməsi vəzifəsinin ilk iddia tələbi üzrə cavabdehin üzərinə qoyulması, ilk iddia tələbi üzrə cavabdehdən 10 (on) manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq ilk iddia tələbi üzrə iddiaçı "xxxx" MMC-yə ödənilməsi, ilk iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi və qarşılıqlı iddia tələbi üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia tələbi üzrə iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra olunması üçün Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə göndərilmişdir. "Mobilnoye Proyektno-Stroitelnoye Obyedineniye "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 iyun 2018-ci il tarixli, 2-2(81)-430/2018 saylı icra sənədi üzrə izah verilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 8-2(113)-51/2021 saylı qərardadı ilə "Mobilnoye Proyektno-Stroitelnoye Obyedineniye "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş ərizənin təmin edilməməsi qərara alınmışdır. Qeyd edilən qərardaddan "Mobilnoye Proyektno-Stroitelnoye Obyedineniye "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən şikayət verilmişdir. Bakı Kommersiya Məhkəməsinin 17.11.2021-ci il tarixli e-8-2 (113)-51/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə məhkəmə iclasında baxılmış, "Mobilnoye Proyektno-Stroitelnoye Obyedineniye "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi və vəkili Nümayəndə, nümayəndəsi X2 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Məhkəmə şikayətə məhkəmə iclasında baxaraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 18 oktyabr 2021- ci il tarixli, 8-2(113)-51/2021 saylı qərardadı ləğv edilməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 230.1-ci mаddəsinə əsаsən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır; 230.3-cü mаddəsinə əsаsən qətnamə və ya qərardad icra edilməmişsə, onun izah edilməsinə yol verilir. Ərizəçi məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədinə izah verilməsi barədə ərizəsini belə əsaslandırır ki, ərazisindən diametri 2500 mm olan MTS markalı mikto tunel qazan aparıtının hansı tikinti ərazisində, hansı layihəyə əsasən, hansı tuneldən götürülməsi, layihənin və tunelin zərərdən necə mühafizə olunması, zərərin olmaması üçün hansı tədbirlərin görülməsi “qət etdi” hissədə qeyd edilmədiyindən izaha ehtiyac vardır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qətnamənin “qət etdi” hissəsində isə qeyri-dəqiq və izaha ehtiyacı olan hansısa məqam yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 iyun 2018-ci il tarixli, 2-2(81)-430/2018 saylı qətnaməsinin “Qət etdi” hissəsində həqiqətən icra hərəkətlərinin hansı tikinti ərazisində həyata keçirilməli olduğu, hansı layihədən bəhs olunduğu qeyd edilməsə də, bu barədə məlumatlar qətnamənin təsviri və əsaslandırıcı hissəsində öz əksini tapdığından həmin məsələlərlə bağlı izah verilməsindən məhkəmənin imtinası əsaslı olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 18 oktyabr 2021- ci il tarixli, 8-2(113)-51/2021 saylı qərardadı ləğv edilməli, iş ərizəyə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 398.0.2, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: "Mobilnoye Proyektno-Stroitelnoye Obyedineniye "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan filialının şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 18 oktyabr 2021- ci il tarixli, 8-2(113)-51/2021 saylı qərardadı ləğv edilsin. İş birinci instansiya məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar