Məhkəmə qərarları › İş №8-2(103)-16/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-16/2024

25.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-16/2024 25.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5345/2023 nömrəli, xx.xx.2023-cü il tarixli və e-2-2(113)-5884/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədlərinin icrası ilə bağlı borclunun əmlakı üzərinə həbs qoyulması barədə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Məhəmməd Qaragözov tərəfindən verilmiş təqdimat üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından borclu "xxxx" QSC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Məhəmməd Qaragözov təqdimatla məhkəməyə müraciət edərək, icra sənədi üzrə "xxxx" QSC-yə məxsus olan “Toyoto Camry” minik markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı, “BMW X7 XDrive 40İ M Sport Package” minik markalı, **-JJ-*** dövlət qeydiyyat nişanlı, “Mitsubishi L200” minik markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı, “X4” yük markalı, 99- JV176 dövlət qeydiyyat nişanlı və “X3” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 17 may 2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Məhəmməd Qaragözovun təqdimatı təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5345/2023 nömrəli, xx.xx.2023-cü il tarixli və e-2-2(113)-5884/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədlərinin icrasının təmin edilməsi məqsədilə borclu "xxxx" QSC-yə məxsus olan “Toyoto Camry” minik markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı; “BMW X7 XDrive 40İ M Sport Package” minik markalı, **-JJ-*** dövlət qeydiyyat nişanlı; “Mitsubishi L200” minik markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı; “X4” yük markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı və “X3” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması qərara alınmışdır. Borclu "xxxx" QSC Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8-2(113)- 48/2024 nömrəli qərardadından şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8-2(113)-48/2024 saylı qərardadının ləğv edilməsini və təqdimatın təmin edilməsini, əks halda şikayətə baxılması üçün işin Bakı Apelyasiya Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə işin hər bir halını aydınlaşdırmamışdır. Belə ki, borclunun vəkili və nümayəndəsinin də prosesdə qeyd etdiyi kimi VFS˝ GROUP˝ QSC icra məmuruna ilkin olaraq, özünün anbarında olan əmlaklara yönəlmənin həyata keçirilməsini bildirmiş və bu barədə şifahi razılıq əldə edilmişdir. Lakin sonrada icra məmuru bunu etməyərək, QSC-nin mülkiyyətində olan digər əmlaklara yönəltmə etmişdir ki, bu hal da, arcİ˝ haqqında˝ AR Qanunun45.6-cı maddəsinin tələbinə ziddir. Belə ki, maddi hüquq normasının tələbinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. Göründüyü kimi icra məmuruna müraciətin yazılı şəkildə olmasına dair maddi normada hər hansı tələb olmadığından onlar bunu şifahi şəkildə bildirirək, razılıq əldə etmişlər. Bu mümkünsüz olsaydı, icra məmuru dərhal onlara yazılı müraciət etməli olduqlarını bildirərdi. Mütləq şəkildə qeyd edilməlidir ki, şirkətin anbarında olan əmlakların dəyəri kifayət qədər yüksəkdir. Belə ki, havalandırlma sistemində istifadə edilən motorların qiyməti on, hətta yüz minlərlə ABŞ dolları ilə dəyərləndirilir. Bununla da Konstitusiyanın müddəalarına uyğun olaraq, ədalət mühakiməsinin həyata keçirilməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməli olduğu halda, bu baş verməmiş, məhkəmə borclu şəxsin qanunla qorunan hüququnu pozmaqla qərar qəbul etmişdir. Halbuki, xüsusən mülkiyyət hüququ ilə bağlı mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanınşikayətinə dair 2021-ci il 12 aprel tarixli Qərarı). Sadalanan pozuntular məhkəmə qərardadının qanunsuz və əsassız olmasına birbaşa dəlalət edir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8-2(113)-48/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab olunur. 45.1-ci madəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsinin icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. 50.1-ci maddəsinə görə icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. 50.2-ci maddəsinə görə icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə tərəfindən şikayətin dəlillərinə münasibətdə qeyd edilmişdir ki, icraat materiallarına əsasən müəyyən edilir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 5345/2023 nömrəli, xx.xx.2023-cü il tarixli və e-2-2(113)- 5884/2023 nömrəli, xx.xx.2023cü il tarixli icra vərəqələri icra edilməsi üçün Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə göndərilmiş və şöbənin icra məmuru Məhəmməd Qaragözovun xx.xx.2024-cü il tarixli qərarı ilə e-2-2(113)-5884/2023 nömrəli, xx.xx.2023- cü il tarixli icra sənədi üzrə, xx.xx.2024-cü il tarixli qərarı ilə e-2-2(113)-5345/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icra icraatına başlanılmışdır. Eyni zamanda icra məmuru Məhəmməd Qaragözovun qərarı ilə icra işləri ümumi icraatda birləşdirilmişdir. İcra Şöbəsi tərəfindən borclu "xxxx" QSC-yə tələbin könüllü icrası haqqında bildiriş və icra icraatına başlanılma haqqında qərar müvafiq olaraq xx.xx.2024-cü il və xx.xx.2024- cü il tarixdə təqdim edilsə də, lakin borc məbləği könüllü icra üçün müəyyən edilmiş müddətdə icra edilməmişdir. Hazırda Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 5345/2023 nömrəli, xx.xx.2023-cü il tarixli və e-2-2(113)-5884/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqələri icra olunmamaqdadır. Həmçinin elektron icra informasiya sisteminin çıxarışından görünür ki, borclu "xxxx" QSC-nin mülkiyyətində “Toyoto Camry” minik markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı, “BMW X7 XDrive 40İ M Sport Package” minik markalı, **-JJ-*** dövlət qeydiyyat nişanlı, “Mitsubishi L200” minik markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı, “X4” yük markalı, **-JV- *** dövlət qeydiyyat nişanlı və “X3” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobillər aşkar edilmişdir. Göstərilənlərə əsasən məhkəmə borclu "xxxx" QSC-nin icra sənədlərini könüllü icra üçün müəyyən edilmiş müddət ərzində icra etmədiyini və icra vərəqələrinin təxminən 4 ay ərzində icra edilməmiş qaldığını nəzərə alaraq hesab etmişdir ki, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Məhəmməd Qaragözov borclunun yuxarıda göstərilən əmlakın üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə Borclu QSC-nin nümayəndəsi və vəkili Vəkil icra sənədləri üzrə tələbin icra məmuru tərəfindən ilk növbədə borclunun bank hesablarına həbs qoyulması barədə dəlillərə münasibətdə qeyd edir ki, icra işinin materiallarından da görünür ki, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə borclunun bank hesablarına inkasso sərəncamları qoyulmuş və inkasso sərəncamları icra olunması üçün müvafiq banklara göndərilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Məhkəmə anbarda əmlaklarının olması və yönəltmənin həmin əmlaklara yönəldilməsi barədə icra məmuruna şifahi şəkildə bildirmələri barədə Borclu QSC-nin nümayəndəsi və vəkili Vəkil dəlillərinə münasibətdə qeyd etmişdir ki, Borclu QSC tərəfindən tələbin onlara məxsus əmlaklara və əşyalara yönəldilməsinin icra məmuruna bildirmələri (o cümlədən şifahi şəkildə) icra işinin materiallarından müəyyən olunmur. Borclu "xxxx" QSC apellyasiya şikayətində qeyd etdiyi dəlillərə məhkəmə münasibət bildirdiyindən və məhkəmə kollegiyası məhkəmənin arqumentasiyasını əsaslı və qanuni hesab etdiyindən yenidən həmin dəlillərə münasibət bildirilməsinə zərurət görmür. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu "xxxx" QSC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8-2(113)-48/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar