Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-17/2022 17.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, 8-2(113)-49/2022 saylı iş üzrə Bakı Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 17 iyun 2022-ci il tarixli qərardaddan iş üzrə borclu (cavabdeh) Borclu verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Kommersiya Məhkəməsi tərəfindən 2(81)-2234/2008 saylı iş üzrə xx.xx.2021ci il tarixdə verilmiş icra vərəqəsinə əsasən iş üzrə borclu (cavabdeh) Borclu tərəfindən “5000 DQU” tipli avadanlıq (xx.xx.2007-ci il tarixli aktda qeyd edilmişdir) iş üzrə tələbkar (iddiaçı) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) qaytarılmalıdır. Bakı Şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru X1 “icra sənədinə izah verilməsi barədə” ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, «“5000 DQU” tipli avadanlığın göstəricilərinin dəqiqləşdirilməsi və həmin avadanlığın tələbkara qaytarılıb-qaytarılmaması» barədə izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, icra sənədində “alınmalı olan əşya natura şəkilində tələb olunursa, onun adı, növü, forması, miqdarı, markası, yeri və s.” eyniləşdirmə göstəriciləri açıq və başa düşülən şəkildə qeyd edilməlidir. Hazırkı icra vərəqəsi də, həmin qaydada verilməli idi. Lakin icra vərəqəsində, onun verilməsinə əsas olmuş məhkəmə qərarında «Borclu MMC tərəfindən “5000 DQU” tipli avadanlıq (xx.xx.2007-ci il tarixli aktda qeyd edilmişdir) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) qaytarılsın» kimi göstərilmişdir. Hazırda, borclu MMC ərizə ilə İcra Şöbəsinə müraciət edərək avadanlığı SOCAR-a qaytardığını bildirmişdir. İcra vərəqəsi anlaşılan olmadığından icra sənədinə izah verilməsi zərurəti yaranmışdır. Bakı Kommersiya Məhkəməsi ərizəyə baxaraq iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardad ilə ərizənin təmin edilməməsini qərara almışdır. Borclu MMC həmin qərardaddan Bakı Kommersiya Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini və “icra sənədinə izah verilməsi barədə” icra məmurunun ərizəsinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, izaha ehtiyacı olan icra vərəqəsi anlaşılan deyil. İcra vərəqəsinin verilməsinə əsas olmuş Azərbaycan Respublikası 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2(81)-2234/2008 saylı, xx.xx.2008-c il tarixli qərardadı və həmin qərardadla təsdiq edilmiş, tərəflər arasında xx.xx.2008-ci il tarixdə imzalanmış barışıq sazişinə, həmçinin icra sənədinin verilməli olduğunu qərara almış Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının xx.xx.2021-ci il tarixli qərardadında müəyyən etmiş hallara uyğun olmadığından, ərizə üzrə maraqlı tərəf olan Borclu MMC haqlı olaraq qərardadla razılaşmır və hesab edir ki, qərardad ləğv edilməli və icra sənədinin, onun verilməsinə əsas olmuş qeyd edilən məhkəmə aktından irəli gələn tələblərə uyğun icrasının təmin edilməsi üçün icra sənədinə izah verilməsi vacibdir. İzahla bağlı ərizə təqdim edilmiş Bakı Kommersiya Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixli icra sənədi, Azərbaycan Respublikası 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2(81)-2234/2008 saylı, xx.xx.2008-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi haqqında qərardadın icrası məqsədləri üçün verilmişdir. İzahı tələb olunan icra sənədinin aid olduğu Azərbaycan Respublikası 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2008-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi haqqında qərardadın nəticə hissəsində, tərəflərin müqavilə üzrə aldıqları avadanlıqların qarşılıqlı olaraq bir-birinə qaytarmalarına dair bağladıqları xx.xx.2008-ci il tarixli barışıq müqaviləsinin təsdiq edilməsi göstərilmiş, lakin barışıq üzrə tərəflərin birinin digərinə konkret olaraq hansı avadanlıqların hissələrinin qaytarılmalı olduqları qeyd edilməmişdir. Adı keçən qərardadın əsaslandırıcı hissəsində "Bayıl Limanı" DKQİ "xxxx" MMC-yə 5000 DOU tipli avadanlığılıqların hissələrinin qaimə üzrə verilmişdir" şəkildə qeyd edilir. Göründüyü kimi həmin qərardadla "xxxx" MMC-yə aid edilən öhdəlik, "Bayıl Limanı" DKQİ tərəfindən ona qaimələr əsasında verilmiş avadanlıqların hissələrinin qaytarılması ilə əhatə olunur. Bu baxımdan da "xxxx" MMC-dən tələb olunan avadanlıq hissələri, onların verilməsini təsdiq edən qaimələrin təqdim edilməsi ilə götürülməli olduğu bəllidir. Çünki 5000 DQU tipli qazma qurğu kompleksi 22 ayrı-ayrı avadanlıqlardan, hər bir avadanlıq isə formasından asılı olaraq 5-30 ayrı-ayrı hissələrdən ibarətdir və bu avadanlıqların bir sıra hissələrinin, tərəflər arasında mübahisə başlanılan zaman "Bayıl Limanı" DKQİ-nə məxsus anbar sahəsində, yəni tələbkarda olduğuna dair məhkəmələr tərəfindən müəyyən edilmiş hallar mövcuddur. Tərəflər arasında xx.xx.2008-ci il tarixdə imzalanmış barışıq sazişində (1.2 və 1.3-cü bəndləri) qaytarma ilə bağlı öhdəlik bu şəkildə qeyd edilmişdir: “... tərəflər hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə həbsdən, girovdan və s. yüklülükdən azad edilməklə 1 ay müddətində təhvil verəcəklərini öhdəsinə götürürlər". İcra sənədinin verilməli olduğunu müəyyən etmiş Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının xx.xx.2021-ci il tarixli qərardadında tələb bu şəkildə qeyd olunur: “Bayıl Limanı” DKQİ Borclu MMC-yə 5000 DOU tipli avadanlıqların hissələrini qaimə üzrə vermişdir. Göründüyü kimi hər bir halda borcluya qarşı tələb avadanlığın ona qaimələr üzrə verilmiş hissələrinin qaytarılması çərçivəsində olmalıdır. Lakin izah verilməsinə dair ərizə təqdim edilmiş Bakı Kommersiya Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixli icra sənədində Azərbaycan Respublikası 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2008-ci il tarixli barışıq müqaviləsinin təsdiq edilməsi haqqında qərardadına əsasən, Borclu MMC tərəfindən 5000 DQU" tipli avadanlıq (xx.xx.2007-ci il tarixli akta qeyd edilmişdir) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) qaytarılsın" kimi qeyd edilmişdir. Bu qeyddən elə görünür ki, Borclu MMC “5000 DQU" tipli avadanlığı (qazma qurğusunu komplekt şəklində) qaytarmalıdır. İcra məmuru da bu tələblə çıxış edir və icrasının mümkün olmadığından çətinliklə üzləşir. İcra sənədində qeyd edilən xx.xx.2007-ci il tarixli akt Borclu MMC-nin avadanlıq hissələrinin qəbulu ilə deyil, təhvili barəsindədir. Göründüyü kimi icra sənədində qeyd edilmiş icra edilməli olan tələb, həmin icra sənədinin verilməsinə əsas olan Azərbaycan Respublikası 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2008-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi haqqında qərardadın nəticə hissəsində, nə də həmin qərardadın əsaslandırıcı hissəsində, nə də tərəflər arasında imzalanmış xx.xx.2008-ci il tarixli barışıq sazişində “alınmış malların qaytarılması ilə bağlı” hissələrində öhdəlik qeydlərinə, nə də icra sənədində adı çəkilən xx.xx.2007-ci il tarixli aktın məzmununa uyğun deyil. Nəticədə qaytarma ilə bağlı mühüm anlaşılmazlıq meydana çıxmışdır ki, bu da icranın mümkünsüzlüyünə yol açmaqdadır. Belə ki, mahiyyəti üzrə mövcud məhkəmə aktı, onda müəyyən edilmiş hallar və əlaqəli sənədlərdə irəli gələn Borclu MMC-nin öhdəliyi “qaimələrlə ona verilmiş 5000 DQU tipli avadanlıqların hissələrinin həmin qaimələr üzrə qaytarılması” olduğu halda, icra sənədində 5000 DQU tipli avadanlığın qaytarması kimi qeyd edilmişdir. Aşkar məsələdir ki, icra ilə bağlı qeyd olunan dəlillərə görə mövcud anlaşmazlığın aradan qaldırılması üçün icra sənədində qeyd olunan tələbin, onun verilməsinə əsas olan məhkəmə aktına uyğun “5000 DQU tipli avadanlıqların hissələrinin qaimə əsasında qaytarılması” kimi başa düşülməsi kimi izah verilməsi vacibdir. Ərizə “5000 DQU tipli avadanlığın göstəricilərinin dəqiqləşdirilməsi və həmin avadanlığın qaytarılıb-qaytarılmaması” ilə bağlı deyildir və ərizədə belə bir tələb də irəli sürülməmişdir. Ərizədə icra sənədində qeyd edilən “5000 DQU tipli qazma qurğusunun qaytarılması” tələbinin, icra sənədinin verilməsinə əsas olan sənədlərdə isə “həmin qazma qurğunun qaimələr əsasında verilmiş hissələri” qeyd olunduğu baxımından, eyni icra ilə bağlı köklü fərqli tələblər ortaya çıxmış çətinliyin aradan qaldırılması məqsədi ilə buna aydınlıq gətirilməsi üçün izah istənilmişdir. Şikayətə baxmış Bakı Kommersiya Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardad ilə şikayəti təmin edilməmiş və baxılması üçün şikayəti işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) şikayəti və mülki işin materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə görə, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Məhkəmə qeyd edir ki, icra sənədinə o vaxt izah verilə bilər ki, onda qeyd edilmiş ifadə və tələblər aydın olmasın. İcra sənədinin izahı onun verilməsi üçün əsas olmuş məhkəmə qərarının məzmunun dəyişdirilməsi ilə nəticələnməməlidir. Lakin izah verilməsi xahiş edilən icra sənədindən görünür ki, icra sənədində aydın olmayan, anlaşılmayan ifadələrdən istifadə edilməmişdir. İcra sənədi aydın və anlaşılandır. İcra sənədinin izah edilməsi üçün əsas yoxdur. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, iş üzrə borclu (cavabdeh) Borclu MMC-nin qərardaddan verdiyi şikayətdə göstərilənlər ilə bağlı qeyd edir ki, əgər icra vərəqəsi onun verilməsinə əsas olmuş məhkəmə qərarı ilə ziddiyyət təşkil edirsə, bu hal yeni icra vərəqəsinin verilməsi üçün, yox əgər ziddiyyət təşkil etmirsə, onda icra vərəqəsinin verilməsi üçün əsas olmuş məhkəmə qərarından şikayətin verilməsi üçün əsas ola bilərdi. Beləliklə də göstərilənlərə əsaslanan və MPM-nin 263, 264 və 402-ci maddələrini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İş üzrə borclu (cavabdeh) Borclu şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 17 iyun 2022ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №8-2(103)-17/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-17/2022
17.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver