Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-17/2023 21.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 8-2(113)-75/2023 saylı qərardadından Borclu MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nizami rayon icra şöbəsi təqdimatla məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-16/2021-037 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə 813243,58 ABŞ dolları məbləğində borcun və 30 manat dövlət rüsumu tələbinin borcluya məxsus əmlaka yönəldilməsi məqsədilə borclu şəxs Borclu MMC-nin mülkiyyətində olan “Kamaz 53213 xüsusi yanacaq D” yük markalı, HO 18464 dövlət qeydiyyat nişanlı avtomobilinin üzərinə həbsin qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nizami rayon icra şöbəsinin icraatına daxil olmuş Bakı kommersiya məhkəməsinin 2-2(113)- 16/2021-037 saylı, 17.03,2021-ci il tarixli icra icra sənədi üzrə icraata başlanılmış, icraata başlamaq haqqında qərar və bildiriş borclunun qeydiyyatda oğduğu ünvana göndərilmişdir. Borclu MMC icra sənədi üzrə tələbi könüllü olaraq təmin etməsi üçün 10 gün müddət verilmişdir. Borclu tərəfindən könüllü icra müddəti ərzində icra sənədində göstərilmiş tələb yerinə yetirilmədiyinə görə tələbin yönələ biləcəyi əmlakların aşkar olunması məqsədilə müvafiq icra tədbirləri görülmüş, nəticədə borclu şəxs “Petro-Hongkong-Pirsaat Oil Limited " MMC-nin mülkiyyətində olan “KAMAZ 53213 Xüsusi yanacaq D” yük markalı, HO 18464 dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmişdir. Borclu “Petro-Hongkong-Pirsaat Oil Limited" MMC-yə dəfələrlə edilən xəbərdarlıq və tələblərə baxmayaraq borcun ödənilməsi tərəfindən bu günədək təmin edilməmişdir. Borclu MMC təqdimata etiraz vermiş, etirazında bildirmişdir ki, həmin icra işi üzrə tələbkar “X4 Korporeyşn” şirkətini təmsil edən X2 və digərlərinin eibarnaməsinin müddəti keçmişdir və hazırda həmin etibarnamə səlahiyətsizdir. Müəyyən olunur ki “X4 Korporsion” şirkətin rəhbərliyi tərəfindən həmin şirkətin Azərbaycan Filialın rəhbəri Vu Şenqə verilmiş 29 iyul 2019-cu il tarixli etibarnamənin qüvvədə olma müddəti 31 may 2023-qü il tarixdə bitmişdir. Buna səlahiyyəti olmadığı halda, Vu Şenq 21 iyun 2023-cü il tarixdə Şirkəti icra işində təmsil etmək üçün X2 və digər şəxsə etibarnamə vermişdir. Göstərilənlərə əsasən etibarnamədə göstərilən şəxslər icra işində tələbkarı təmsil etmək səlahiyyətinə malki deyillər. “icra Haqqında” qanunun 28-ci mddəsinə əsasən icraatda tərəflər tələbkar və borcludur. Həmin qanunun 29.1-ci maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək., icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Həmin qanunun 32.2-ci maddəsinə əsasən - Hüquqi şəxslər qanunla, nizamnamə və ya əsasnamə ilə verilmiş səlahiyyət həddində hərəkət edən orqanları və ya vəzifəli şəxsləri yaxud onların nümayəndələri vasitəsilə icraatda iştirak edirlər. Hüquqi şəxsləri təmsil edən şəxslərin onların səlahiyyətlərini təsdiq edən sənədləri olmalıdır. Həmin qanunun 33-ci maddəsinə əssən- Nümayəndələrin səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq rəsmiləşdirilmiş etibarnamə ilə təsdiq olunur. Məhkmənin nəzərinə çatdırıram ki, icra haqqında qanunvericiliyin normaları dispozitiv normalardır, yəni tələbkar qət edilmiş borcu tələb edə bilər, ondan imtina edə bilər, icraatın dayandırlmasını və xitam verilməsi barədə ərizə verə bilər, birclu ilə icra üsullarını müəyyən edə bilər, barışıq sazişi bağlaya bilər və sair. Lakin hazırkı mərhələdə tələbkarın səlahiyyətli nümayəndəsi mövcüd olmadığı üçün bu hərəkətləri etmək mümkün deyil. Buna baxmayaraq icra məmuru səlahiyyətsiz şəxsin (nümayəndənin) tələbi üzə qanunsuz olaraq icra hərəkətləri yerinə yetirməklə məşğuldu. Göstərilənlərə uyğun olaraq təqdimatın rədd edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8-2(113)-75/2023 nömrəli qərardadı ilə Bakı şəhəri Nizami rayon İcra şöbəsinin təqdimatı təmin olunmuş, Borclu MMC-nin mülkiyyətində olan “Kamaz 53213 xüsusi yanacaq D” yük markalı, HO 18464 dövlət qeydiyyat nişanlı avtomobilinin üzərinə həbs qoyulmuşdur. Borclu MMC həmin qərardaddan şikayət verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8- 2(113)-75/2023 nömrəli qərardadının ləğv edilməsini, təqdimatın rədd edilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “X3 Korporeyşn” şirkətini təmsil edən X2 və digərlərinin etibarnaməsinin müddəti keçmişdir. Bakı Kommersiya Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. “İcra haqqında” qanunun 43.1.1-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. Həmin qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Qeyd edilən maddi hüquq normalarına görə tələbin borclunun, o cümlədən borclu hüquqi şəxsin əmlakına yönəldilməsi zamanı ilk növbədə əmlakın üzərinə həbs qoyulmalıdır və tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. “AZEMİS” məhkəmə elektron sistemindən əldə edilmiş xx.xx.2023-cü il tarixli məlumatdan görünür ki, Borclu MMC-nin mülkiyyətində mühərrikin həcmi 10850, mühərrikin nömrəsi 160151, banın tipi çən, ban nömrəsi KA.1525553 yanacaq olan xaki rəngli, istehsal ili 1987-ci il olan “Kamaz 53213 xüsusi yanacaq D” yük markalı, HO 18464 dövlət qeydiyyat nişanlı avtomobil vardır. Hazırda, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-16/2021-037 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu MMC tərəfindən tələbkar “X3 Korporeyşn”-ə ödəməli olan borc məbləği ödənilmədiyindən Borclu MMC-nin mülkiyyətində olan “Kamaz 53213 xüsusi yanacaq D” yük markalı, HO 18464 dövlət qeydiyyat nişanlı avtomobilinin üzərinə həbs qoyulması barədə birinci instansiya məhkəməsi düzgün olaraq təqdimatın təmin edilməsi nəticəsinə gəlmişdir. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Borclu MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 8-2(113)-75/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov
Məhkəmə qərarları › İş №8-2(103)-17/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-17/2023
21.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver