Məhkəmə qərarları › İş №8-2(103)-17/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-17/2024

01.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-17/2024 01.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və X1 ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8-2(113)-47/2024 saylı qərardadından tələbkar “MGH İnşaat Taahhüt Ticaret Limited” şirkəti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X3 borclunun pul vəsaitlərinin üzərinə həbs qoyulması barədə təqdimatla Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, məhkəmədən "xxxx" ASC-dən Borclu MMC-yə ödənilməli olan 4,7 milyon manat pul vəsaitindən tələbkara çatası 1.206.638,65 ABŞ dolları pul vəsaiti və 143.590 manat 7% icra ödənişinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsi xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-2(102)-80/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu MMC-dən 1.049.251 ABŞ dolları məbləğində əsas borc, 157.387,65 ABŞ dolları məbləğində faiz borcu iddiaçı Tələbkarnin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilən zaman borclunun bank hesablarının olması aşkar edilmiş və xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərdə inkasso sərəncamı qoyulmuş, lakin "xxxx" QSC "xxxx" ASC, "xxxx" ASC, “X6 Azərbaycan” QSC-də olan hesabları bağlı olduğu üçün icra edilmədən geri qaytarılmış, "xxxx" ASC, "xxxx" ASC-də olan hesablarında pul vəsaiti olmadığı üçün icra edilməmişdir. Daha sonra icra sənədinin icrasını təmin edilməsi məqsədilə Borclunə məxsus olan Bakı Şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1095 saylı bağ evinin üzərinə həbs qoyulması üçün xx.xx.2023-cü il tarixdə Bakı Kommersiya Məhkəməsinə təqdimat göndərilmiş, məhkəmənin 8-2(113)-101/2023 saylı, xx.xx.2023-cü il il tarixli qərardadına əsasən təqdimat təmin olunmuş, lakin məlum əmlak "xxxx" ASC-də ipoteka ilə yüklü olması müəyyən edilmişdir. Bu səbəbdən icra sənədində qeyd olunan tələbi Borclunə məxsus olan Bakı Şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1095 saylı bağ evinə yönəldilməsi halhazırda imkan xaricindədir. "xxxx" ASC-nin Borclunə ödənilməmiş borc öhdəliyinin qalması müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8-2(113)-47/2024 saylı qərardadı ilə təqdimat rədd edilmişdir. Tələbkar “MGH İnşaat Taahhüt Ticaret Limited” şirkəti həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərsu” ASC-nin xx.xx.2024-cü tarixli məktubundan görünür ki, “Qəbələ şəhərininsu təchizatı və kanalizasiya sistemlərinin tikintisinin tamamlanması işləri” üzrə "xxxx" ASC ilə Borclu MMC arasında 2018-ci ilin 2 aprel tarixindəpodrat müqaviləsi imzalanmış, müqavilə çərçivəsində 16 milyon manat dəyərində tikinti quraşdırma işləri görülmüş və icra olunmuş işlər üzrə 11,3 milyon manat dəyərində vəsait ödənilmişdir. Hazırda 4,7 milyon manat məbləğində Podratçı təşkilata borc mövcuddur. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli “tələbin borclunun manatla və xarici valyuta ilə olan pul vəsaitlərinə yönəldilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)- 80/2023-012 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu MMC-yə məxsus 1.206.638,65 ABŞ dolları pul vəsaiti və 143.590 manat 7% icra ödənişinin üzərinə həbs qoyulmuş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-80/2023-012 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə üzərinə həbs qoyulmuş məbləğdən 1.206.638,65 ABŞ dolları pul vəsaiti Nərimanov rayon İcra şöbəsinin depozit və 143.590 manat 7% icra ödənişi isə icra ödənişi hesabına köçürülməsi qərara alınmışdır. Qərar icra olunması üçün "xxxx" ASC-yə göndərilmişdir. Göründüyü kimi, Borclu MMC-nin dövlətin adından çıxmış məhkəmə qərarını icra etmək niyyəti yoxdur və məhz bu səbəbdən Borclu MMC "xxxx" ASC-dən ona çatası pulu almaqda maraqlı deyil, çünki həmin pulun alınması nəticəsində hazırda tələbkarın tələbi icra ediləcəkdir. Həmçinin, "xxxx" ASC hazırkı icra sənədi üzrə faktiki olaraq borclu qismində çıxış edir. Belə olan halda tələbkarın "xxxx" ASC-dən borcluya ödənilməli olan məbləğin ödənilməsini sürətləndirmək, eyni zamanda hazırkı icra sənədinin icrasını təmin olunması üçün icra məmurunun təqdimatı təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarından müəyyən edilir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-2(102)-80/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu MMC-dən 1.049.251 ABŞ dolları məbləğində əsas borc, 157.387,65 ABŞ dolları məbləğində faiz borcu iddiaçı Tələbkarnin xeyrinə ödənilməlidir. Həmin icra sənədi xx.xx.2023-cü il tarixdə tərtib edilərək icra olunması üçün Nərimanov rayon İcra şöbəsinə göndərilmiş, icraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə borclu "xxxx" MMC-yə göndərilmiş və 10 gün müddətində icranı könüllü olaraq təmin etmək təklif edilmiş, əks halda məcburi icra tədbirlərinin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İcra sənədi tələbin könüllü icrası müddətində icra edilməmişdir. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X3 borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilən zaman borclunun bank hesablarının olması aşkar edilmiş və xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərdə inkasso sərəncamı qoyulmuşdur. xx.xx.2023-cü il tarixli inkasso sərəncamlarından görünür ki, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsi tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 2(102)- 80/2023-012 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu MMC-nin "xxxx" ASC, "xxxx" ASC, "xxxx" ASC, “X7 Azərbaycan” QSC, "xxxx" ASC, "xxxx" ASC, "xxxx" QSC və "xxxx" ASC-də olan bank hesablarına 1.206.638,65 ABŞ dolları həcmində inkasso sərəncamları qoyulmuşdur. "xxxx" ASC-nin xx.xx.2024-cü tarixli məktubundan görünür ki, “Qəbələ şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisinin tamamlanması işləri” üzrə "xxxx" ASC ilə Borclu MMC arasında 2018-ci ilin 2 aprel tarixində podrat müqaviləsi imzalanmış, müqavilə çərçivəsində 16 milyon manat dəyərində tikinti quraşdırma işləri görülmüş və icra olunmuş işlər üzrə 11,3 milyon manat dəyərində vəsait ödənilmişdir. Hazırda 4,7 milyon manat məbləğində Podratçı təşkilata borc mövcuddur. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli “tələbin borclunun manatla və xarici valyuta ilə olan pul vəsaitlərinə yönəldilməsi haqqında” (icra məmuru Zanmiq Kazımov) qərardan görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 2(102)-80/2023-012 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu MMC-yə məxsus 1.206.638,65 ABŞ dolları pul vəsaiti və 143.590 manat 7% icra ödənişinin üzərinə həbs qoyulmuş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 2(102)-80/2023-012 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə üzərinə həbs qoyulmuş məbləğdən 1.206.638,65 ABŞ dolları pul vəsaiti Nərimanov rayon İcra şöbəsinin depozit və 143.590 manat 7% icra ödənişi isə icra ödənişi hesabına köçürülməsi qərara alınmışdır. Qərar icra olunması üçün "xxxx" ASC-yə göndərilmişdir. “İcra haqqında” Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. İş materiallarından isə görünür ki, icra məmurunun üzərinə həbs qoyulmasını xahiş etdiyi pul vəsaiti borclu hazırda Borclu MMC-yə deyil, icra sənədi üzrə borclu olmayan şəxs olan "xxxx" ASC-yə məxsusdur. Çünki, "xxxx" ASC-nin həmin pul vəsaitinin ödənilməsi öhdəliyi olsa da, hazıra qədər həmin pul vəsaiti Borclu MMC-nin hesabına köçürməmişdir. Belə olan halda isə “İcra haqqında” Qanunun qeyd olunan müddəalarına əsasən hazırda həmin pul vəsaitinin üzərinə həbs qoyula bilməz. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi icra məmurunun üzərinə həbs qoyulmasını xahiş etdiyi pul vəsaiti borcluya məxsus olmadığından məcburi icra tədbiri olaraq həmin pul vəsaitinin üzərinə həbs qoyulmasının təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayətin dəlilləri isə formal mülahizələrdən ibarət olduğuna görə əsassızdır və onun ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Tələbkar “MGH İnşaat Taahhüt Ticaret Limited” şirkəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8-2(113)-47/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar